Təbib ziyan yazdı mənə dünyanı,Hissi, məhəbbəti, xoş arzuları.Bulaq üstə gedən, a dəstə qızlar,Alın ilhamımı aparın barı.

Yola kölgə salan qoşa söyüdəDeyin bu gün olmaz, sabah gələrəm.O sərin kölgəli palıdın altdaDərib nəfəsimi bir dincələrəm.

Dağlara çıxmağa həkim qoymayır,İntizar çəkməsin dağ çiçəkləri.Doğma təbiətdən gözüm doymayır.Sifariş eylərəm xoş küləkləri.

Qocalsam, xəstəlik alsa üstümü,Dəliboy, kəkotu, reyhan gətirin.Aranda qalsa da vücudum mənim,Qızlar, xəyalımı dağa yetirin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов