Nə xoşdur çırpınmaq bahar eşqiləNə xoşdur ayrılıq, nə xoşdur vüsal,Bağlayıb günləri, ayları iləSən yenə uçursan cilovsuz xəyal...Sular lillənəndə, çaylar daşanda,Bahar nazlı-nazlı yaxınlaşanda,Sən, coşqun xəyalım, tapmırsan məkan,Nə doymaz əjdaha olurmuş insan...Gör aləm nə xoşdur, en, gəl, xəyalım,Yetər, yolçuluqdan dincəl, xəyalım.Çırpınma demirəm, sən ki bir quşsan,Bu geniş dünyada yüksəl, xəyalım...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке