Allah, Allah, bax bu cür dilbər mənim olsun gərək.Zülmətə atəş saçan gövhər mənim olsun gərək!

Aləmi odlandırır şəkkər ləbinlə ud xalın,Udla bir şəkkər səpən məcmər mənim olsun gərək.

Duzda dad, ləzzət olar, amma şirinlik, heyf, yox!Həm şirin, həm duzlu bir şəkkər mənim olsun gərək.

Hazıram nuş etməyə cüt aləmi bir badədə,Saqim ol ki, sən verən sağər mənim olsun gərək.

Müşk zülfün ətrini saçmaqdadır dünyalara,Ah, bu cür xoş rayihə, ənbər mənim olsun gərək!

Макта — последний бейт с тахаллусом поэта. Zülfünə quldur Nizami, nə deyir zülfün ucu:“Bax bu cür sadiq nökər, çakər mənim olsun gərək!”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви