Qəm yemə, qəm əhlinin imdadına canan çatar.Dosta yardım, bərk ayaqda mehriban dostdan çatar.

Kim səadət istəsə, göz yummasın qoy sübhədək,Yatsa - kordu, ağ günə yalnız ayıq insan çatar.

Sən hümasan... xırmanı qoy qarğalar eşsin, nə qəm.Sən mətinsən, umma... yalnız xəstəyə dərman çatar.

Burda şahlar çarpışır, oxlar yağır, gözlə gözün,Orda bayram əhlinə kişmiş, noğul, reyhan çatar.

Bal yeyən milçəkdi, bəs neçin yanan pərvanədir?Oğru qalmış, doğruya haqsız cəza lapdan çatar.

Şah ova çıxmış, saray itsaxlayan hökmündədi,İncimə, darvazaya it dartınar, səgban çatar.

Aşiq - əsrik, aqil - azaddır, ayıq bəs neyləsin?Ona da yalnız sabah növbət yetər, imkan çatar.

Макта — последний бейт с тахаллусом поэта. Ey Nizami, göz yumub dünyaya dövlətdən çək əl,İş sənin tək işsizə bambaşqa dünyadan çatar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви