Gör sənin ucbatından nələr gəldi başıma,Özüm öldüm, eşqimsə məğrur çıxdı qarşına.

Getdin... bircə an belə dönüb baxmadın geri,Ey həmişə əhdinə dönük çıxan aşina!

Düz gəlmirsən mənimlə, səbəb gözəlliyindir.Gözəllərin adəti - uymamaq tay-tuşuna.

Макта — последний бейт с тахаллусом поэта. Sənin eşqində necə səbr eləsin Nizami?Yanar qəlbi dönübdür bir Səməndər quşuna.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви