Bu gecə yatmaq nədir? Ləzzət çəkək ta sübhədək
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Bu gecə yatmaq nədir? Ləzzət çəkək ta sübhədək,Yatmağa var başqa gün, başqa döşək ta sübhədək.
Gah gözüm üstündə əyləş, gah sığın, sin canıma.Bağrımın başında ol, ülfətləşək ta sübhədək.
Sən badamgöz bir gözəl, şəkkər dodaqlı bir mələk,Məzəmiz şəkkər, badam... mey nuş edək ta sübhədək.
Başıma çox döymüşəm hicrində, ey gül, mən dünən,Bu gecə vəslin başımda bir çələng ta sübhədək.
Əllərim, canım sənin, mərci apar, ey nazənin!Ud məni nərddə, oxu, şənlən görək ta sübhədək.
Zülfünü tövbən kimi tulla, öpüşlər saç mənə,Tövbəni zülfün kimi əy, şəhd içək ta sübhədək.
Макта — последний бейт с тахаллусом поэта. Sən Nizami şerini dinlə, qulaq halqası et,Gəl qapı halqasını tərpətməyək ta sübhədək.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-bu-gece-yatmaq-nedir-lezzet-cekek-ta-subhedek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
شنیدم که بالای این سبز فرشخروسی سپیداست در زیر عرش
Икбал-наме, глава 7زهی آفتابی که از دور دستبه نور تو بینیم در هر چه هست
Икбал-наме, глава 8Лишь мудрейший из греков пришел в свой рудник, —Ряд вот этих каменьев пред нами возник:
Икбал-наме, глава 9О певец, подними сердцу радостный звон, —Те напевы, что звучный таит органон,
Стихи других поэтов · О любви
Sərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
AyrılıqlarHəmişə ayrılıq yaşayıb mənimləAna ayrılığı,
VəfaAy qız, çiçəyisən bizim dağların,Hüsnünün şöhrəti tutmuş hər yanı.
Muxəmməs (Nəsimiyə nəzirə)Sənə ey sərvi-səmənbər dedilər gerçəkmişLəbinə qəndi-mükərrər dedilər gerçəkmiş