Tutdu məni eşqin, sevda məni çəkdi
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Tutdu məni eşqin, sevda məni çəkdi,Hər sirrimi açdım, səhra məni çəkdi.
Verdin də qaşından bir fitnə qılıncı,Meydan məni tapdı, qovğa məni çəkdi.
Göstərmədin ülfət, şəfqət, ya məhəbbət,Sandım ki, koram, kor... röya məni çəkdi.
Üstümdə sən Ay-Gün, al qanımı tökdün,Sel gəldi də... gördün, tənha məni çəkdi.
Nəqd vəslini görməm, nisyə umar ümmid.Aldın günüm əldən, fərda məni çəkdi.
Макта — последний бейт с тахаллусом поэта. Yaş tökdü Nizami o qədər gözündən,Bac istədi dürrü, dərya məni çəkdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-tutdu-meni-esqin-sevda-meni-cekdi
Клавиши ← → для перехода, R — случайное стихотворение