Mən kiməm ki, söyləyim: eşqim mənə mehman olub.Dəm vurum ki, içmişik and, əhd olub, peyman olub.

Öz xudavənd hümmətilə mən qulu xoşbəxt edib,Bəzminə bəxş etdiyim nemət çörək yox, can olub.

Nur cəmalından doğubdur gecələr bayram günü,Bayrama qurban gərək... canım ona qurban olub.

Ləbi əlçatmaz... düşüb gül qədəmindən öpmüşəm,Bircə busəm yüz ilin can dərdinə dərman olub.

Açmışam dərdim-sərim, xoşbəxt gülüm xoş dinləyib,Dizimə köksün qoyub... dəstim ona yorğan olub.

Sübh - naməhrəm gəlib də... eyləyib eyşim haram,O gedərkən yığdığım həsrət, giley, hicran olub.

Макта — последний бейт с тахаллусом поэта. “Ey Nizami, əlvida, mən bir daha görməm səni!”O gülüb getmiş... mənim ağlar gözüm giryan olub.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви