Cavanlıq varikən əldə, gərək qədrin bilə insan
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Cavanlıq varikən əldə, gərək qədrin bilə insan,Əmin olma gələr bir də bu mülkü tərk edən karvan.
Bükülmüş qəddinə bir bax qocalmış şəxsin, həsrətlə,Cavanlıq günlərin, daim gəzər torpaqda sərgərdan.
Nə dövlət varsa dünyadə sənə ancaq ömürdür, bil,Onun mənasını dərk et, çalış boş keçməsin bir an!
Geri dönməz keçən bir gün, ayıq ol daima sən də,Rəva olmaz ki, məstlər tək keçə qəflətdə bu dövran.
Neçün sən hərzə işlərdə verirsən ömrünü badə,Xeyirli işlərə sərf et, həyatı eylə cavidan!
Pul ilə almadın canı, biləsən qiymətin, qədrinKi, oğru da qədir bilməz oğurlarsa malı asan.
Əgər sən şadiman olsan qəmə heç bir zərər gəlməz,Və ya qəmdən ölüb getsən, toxunmaz şadlığa nöqsan.
Макта — последний бейт с тахаллусом поэта. Nizami, səndə ruh varsa danış eşqü-məhəbbətdən,Gözəl bir musiqi dinlə, şərab versin sənə canan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-cavanliq-variken-elde-gerek-qedrin-bile-insan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Gəl, ey Misri-dilim dilbərGəl, ey Misri-dilim dilbər,Əzizi canımın, cananı dilbər.
OnaMunda kim var deyim yari-vəfadarım ona,Çəkibən xəlvətə bir sir açım əsrarım ona,
Qurban olduğumBilməm, məni neçin atmış, unutmuş,Cövrü-cəfasına qurban olduğum.