Kimdir deyil, deyirsən, indi cahanda bədbəxt?Bir yermi var ki, orda yaymaz fələk əsarət?

Ziynət verib, de, harda bir taleyə gəlin tək,Bu ayinəyə bənzər, doqquz üzüklü xilqət?

Aləm bu isə, gördük, yoxdur onun üzündəBir zərrəcə sədaqət, bir zərrə nur, şəfqət.

Dərdi, qəmi nə varsa fərz eylə olmayıbdır,Öylə düşün ki, yoxdur aləmdə böylə möhnət.

Bəslər fələk göbəkdə müşk ilə ənbər, ancaq,Ta sıxmayınca olmaz onda elə lətafət.

Müşk ilə doldurarsa dövranı bu zəmanə,Var müşkünün üzündə mütləq qandan işarət.

Макта — последний бейт с тахаллусом поэта. Tərk eylə bu cahanı, bəsdir daha, Nizami,Bu əqrəbdən bu tasda sən gözləmə səadət.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе