Sən hələ, bax, nocavansan, mən dəyişdim çox yaman,Sən gözəlləşdin, mənimsə gəncliyimdən yox nişan.

Sən kimi bir nobaharla sanma təğyir eyləməz,Bağü bağçam, hər nə var soldurdu bir badi-xəzan.

Sən Xəlilsən, mən odam, qarşında neçin sönməyim?Mən ölüm, sən arzun tək ömr elə hər bir zaman.

Sən şikəst sandın məni, düzdür, şikəstəm, bəndəyəm,Sən bilən qəlbdir bu qəlb, sən gördüyün candır bu can.

Sən bizi fərmanla yox, insafla dindir, sevgilim,Lütfünə, insafına yalnız özünsən hökmran.

Макта — последний бейт с тахаллусом поэта. Qulluğunda qul kimi durmuş Nizami, rəhm elə,Hər iki dünyadə könlüm səndən olsun kamiran.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов