Mənim ox qəlbimə dəymiş, gözüm pürxün, nədəndir?Özün qəlbimdəsən, nəqşən olur birun, nədəndir?

Bu dünyadə mənim ancaq yeganə istəyim var,Bəşər bir qəlbə sahibdir, belə şəbxun, nədəndir?

Fəzayi-eşqdə pərvaz bərabər etmişik biz,Sənin mehrin gödək, eşqim mənim əfzun, nədəndir?

Tutardın dost məni əvvəl, nədən mehri unutdun,Bu düşmənlik nədən doğdu, kənar oldun, nədəndir?

Макта — последний бейт с тахаллусом поэта. Şəfa qıldım bütün naçar ürəklər harda varsa,Nizamiyə çatıb növbət, cəfa qıldın, nədəndir?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви