Gördün nə bəla çəkdi başım eşqin ucundan?Dözdüm qəminə, gəlmədi, bax, dostluğa nöqsan.

Məzlumların naləsinə adət edibsən,Bəs naləmə meyl eyləmədin, sevgili canan?!

Eyb etməz, ürək vermə mənə, çünki gözəlsən,Dil verməmək adətdi gözəllərdə binadan.

Макта — последний бейт с тахаллусом поэта. Söylə, bu Nizami necə səbr etsin, əzizim,Eşqində qərarsız qalacaq, ey mahi-taban!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви