Qəm yemə, bir yar var, axır sənə qəmxar olar
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Qəm yemə, bir yar var, axır sənə qəmxar olar,Görsə ki, tənha qalıbsan, yar olar, dildar olar.
Nurlu bir tale dilərsən, yatma sən ta sübhədək,Heç nə çatmaz yatmışa, tale ayıqla yar olar.
Sən hümasan, sərçələr xırmanlara çəksin hücum,Sən ki salimsən, dəvayə möhtac o bimar olar.
Burda şahlar cəng edir, sən tirbarandan qorun.Toyda əllər məclis içrə nazla şəkərbar olar.
Balda milçək batdı, yaxdı şəm də pərvanəni,Kisəni tərrar apardı, dərdmənd əyyar olar.
Yol əgər yoxsa serayə, qəm yemə, eyb eyləməz,Şah ova çıxdıqda ancaq itçilər sərdar olar.
Макта — последний бейт с тахаллусом поэта. At qədəm bir dəm Nizami, tərk elə nakəsləri,Ta gərək bir kəs nə vaxt bu ölkədə salar olar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-qem-yeme-bir-yar-var-axir-sene-qemxar-olar
Клавиши ← → для перехода, R — случайное стихотворение