Hər gecə tədbir görür könlüm sənin hicranına
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Hər gecə tədbir görür könlüm sənin hicranına,Sübh tezdən bənd olur eşqin şirin sultanına.
Könlümü verdim sənə, mən-sən ki, bir can olmuşuq,Başqa bir can varmı, yetsin başqa bir cananına?
Günləri bayram kimi şirin keçər baxsan, gülüm,Sübh tezdən sən nəzər salsan əgər qurbanına.
Varmı cürət, qaldıram şəmşir sən tək atlıya,Başım üstə tutmuşam, vur zərbəni qalxanıma.
Məclisində mən kimi mehman gərək daim sənin,Gövhəri töksün üzə, qəsd eyləsin öz canına.
Sən ciyər didməkdən əl çək, ey pəri, et imtina,Yoxsa qərq eylər səni bir gün ciyər öz qanına.
Макта — последний бейт с тахаллусом поэта. Gözlərimdən sel kimi tökdüm ciyər suyun bu gün,Ta Nizaminin qubarı qonmasın eyvanına.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-her-gece-tedbir-gorur-konlum-senin-hicranina
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Könül, səbr ilə etmə əl-aman,Səni bir gün o dildara yetirərəm.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
ÖlkəmDünyamızı seyr etdim min dürlü həvəslərlə,Gördüm coşuyor dillər pək nəşəli səslərlə,
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,