Əziz elçi, könül yarı necədir?
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Əziz elçi, könül yarı necədir?Mən bimarın o nigarı necədir?
Gözəlliyi, məlahəti qalırmı?Nə eləyir, işi, karı necədir?
Söylə, əmlik ahumuzun nərgizi,Sünbülləri, çəmənzarı necədir?
Bulağından su içmişdir şəkərin,Guşəsində laləzarı necədir?
Dost tutanı o yad saydı, könlümünDüşmən olan dostu, yarı necədir?
Gecə-gündüz mən atəşdə yanıram,Şux mələyin abidarı necədir?
Qan içməkdə yox nöqsanı zərrəcə,Peşimanmı, söylə barı, necədir?
Bircə dəfə uf demədi ömründə,Aşüftəhal yar qərarı necədir?
Макта — последний бейт с тахаллусом поэта. Yar qəmindən Yəqub oldu Nizami,Əsrin Yusif şəhriyarı necədir?
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-eziz-elci-konul-yari-necedir
Клавиши ← → для перехода, R — случайное стихотворение