Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!

Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,Hicrinə yandı canım, yox daha taqət sənsiz!

Başqa bir yarı necə axtarım, ey nazlı mələk,Bilirəm, sən də dedin: “Yox yara hacət sənsiz!”

Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!

Nə gözüm var - arayım mən səni, bəxtim də ki yox,Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!

Макта — последний бейт с тахаллусом поэта. Sən Nizamidən əgər arxayın olsan da gülüm,Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке