Gözüm aydın, gözümə surəti-canan görünür
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Gözüm aydın, gözümə surəti-canan görünür,Mişki-ənbər saçaraq ətrlə əfşan görünür.
Allaha şükr edirəm, ey gözümün nuru, bu günYar gəlib göz önünə, sərvi-xuraman görünür.
Ayrılıq zəhrini daddım, acı da olsa, visalİki dünyayə dəyər, eylə ki, hicran görünür?
Səni bir dəfə görənlər güvənir eşqimizə,Nə üçün gözlərin, ey dil, belə giryan görünür?
Eşqini canım ilə bəslədi birlikdə könül,Onsuz, ey sevdiciyim, can evi viran görünür.
Ey sənəm, vəslin ilə, öylə ki, şad oldu könül,Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.
Макта — последний бейт с тахаллусом поэта. Şadlığından alışıb yandı Nizami, dedi ki:“Gözüm aydın, gözümə surəti-canan görünür”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-gozum-aydin-gozume-sureti-canan-gorunur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Gözəllər sultanı, mələklər şahı,Şahmar zülfün nə tökübsən dal dala!
DeyərsizHələ qəflətdəsiz, yatmısız belə,Sayıb məni bir divana deyərsiz.
Satiya, dur dolanım başına, gəl dövranəSatiya, dur dolanım başına, gəl dövranə,Cami-zərrini götür, bircə dolan məstanə.
Onu görürkənAlovlan, ey könül, yenə alovlan!Bu gün lap dəyişib o günkü canan.