نکیسا بر طریقی کان صنم خواستفرو گفت این غزل در پرده راست

Nikisa, necə ki, demişdi Şirin,Bir qəzəl oxudu rast üstə həzin:

مخسب ای دیده دولت زمانیمگر کز خوشدلی یابی نشانی

"Ey bəxtimin gözü, yatma, bir zamanBəlkə səadətdən tapasan nişan.

برآی از کوه صبر ای صبح امیددلم را چشم روشن کن به خورشید

Səbrin dağından çıx, ümmid səhəriİşıqlat qəlbimi, qov bu kədəri!

بساز ای بخت با من روزکی چندکلیدی خواه و بگشای از من این بند

Ey bəxt, bir neçə gün gəl mənə yar ol,Aç bağlı bəndimi, mənə açar ol!

ز سر بیرون کن ای طالع گرانیرها کن تا توانی ناتوانی

Ey tale, yatma, bir məharət göstər,Burax acizliyi, bacarsan əgər.

به عیاری برآر ای دوست دستیبرافکن لشگر غم را شکستی

Ey dost, hümmət elə, əl qaldır barı,Qabağından qaçsın qəm qoşunları.

جگر در تاب و دل در موج خونستگر آری رحمتی وقتش کنونست

Ürək od içində, ciyər dolu qan,Rəhm etmək istəsən, gəlmişdir zaman.

نه زین افتاده‌تر یابی ضعیفینه زین بیچاره‌تر یابی حریفی

Bundan daha düşgün bir aciz olmaz,Bundan daha yazıq kimsəsiz olmaz.

اگر بر کف ندانم ریخت آبیتوانم کرد بر آتش کبابی

Ələ su tökməyə yaramasam da,Qoya bilərəm ki, kababı oda.

و گر جلاب دادن را نشایمفقاعی را به دست آخر گشایم

Gər şərbət verməyə layiq deyiləm,Şişə açmağı ki, yaxşı bilirəm.

و گر نقشی ندانم دوخت آخرسپند خانه دانم سوخت آخر

Naxış salmasam da paltara əgər,Üzərlik yandırmaq əlimdən gələr.

و گر چینی ندانم در نشاندنتوانم گردی از دامن فشاندن

Tikə bilməsəm də ipək paltarı,Ətəyindən tozu çırparam barı.

میندازم چو سایه بر سر خاککه من خود اوفتادم زار و غمناک

Məni kölgə kimi salma torpağa,Ağlayıb düşmüşəm özüm ayağa.

چو مه در خانه پروینیت بایدچو زهره درد بر چینیت باید

Sənin kimi aya lazımdır Ülkər,Qadanı almağa bir Zöhrə istər.

سرایت را بهر خدمت که خواهیکنیزی می‌کنم دعوی نه شاهی

Gəlib sarayında qalaram müdam,Şahlıq iddiam yox, kəniz olaram.

مرا پرسی که چونی زارزویمچو میدانی و می‌پرسی چه گویم

Halımı soruşsan, nə söyləyim mən?Özün bunu məndən yaxşı bilirsən.

غریبی چون بود غمخوار ماندهز کار افتاده و در کار مانده

Düşün, necə olar qəm çəkən qərib?Neyləsin işində aciz, müztərib?

چو گل در عاشقی پرده دریدهز عالم رفته و عالم ندیده

Aşiqlikdə gültək yırtdım pərdəmi.Görmədən buraxıb getdim aləmi.

چو خاک آماجگاه تیر گشتهچو لاله در جوانی پیر گشته

Torpaqtək oxlara mən hədəf oldum,Təzə lalə kimi gənc ikən soldum.

به امیدی جهان بر باد دادهبه پنداری بدین روز اوفتاده

Bir ümidlə verdim dünyanı yelə,Bir xülya üstündə olmuşam belə.

نه هم پشتی که پشتم گرم داردنه بختی کز غریبان شرم دارد

Nə bir arxam var ki, havadar ola,Nə də bəxtim var ki, mənə yar ola.

مثل زد غرقه چون می‌مرد بی‌رختکه باید مرده را نیز از جهان بخت

Suda çılpaq batan belə demişdir:"Ölüdə bəxt olsa, yenə bir işdir."

ز بی کامی دلم تنها نشین استبسازم گر ترا کام اینچنین است

Yalqız oturmuşam, sızlayır yaram,İstəyin budursa, razı olaram.

چو برناید مرا کامی که بایدبسازم تا ترا کامی بر آید

Mənim istədiyim gəlməsə ələ,Qatlaşıb duraram, sən şadlıq elə.

مگر تلخ آمد آن لب را وجودمکه وقت ساختن سوزد چو عودم

Yoxsa mən acıyam, yaxınlaşırkanUd kimi alışdım dodaqlarından.

مرا این سوختن سوری عظیمستکه سوز عاشقان سوزی سلیمست

Böyük bir şadlıqdır mənə bu yanğın,Xoşdur belə yanmaq, bil, aşıqlarçın.

نخواهم کرد بر تو حکم رانیگرم زین بهترک داری تو دانی

Mən buyruq vermirəm sənə, özün bil,İstəsən gözümdən bu yaşları sil."

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов