Hüsnünü gördükcə, dilbər, ruzigarım xoş keçər
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Hüsnünü gördükcə, dilbər, ruzigarım xoş keçər,Vəslinə çatdıqda halım, ey nigarım, xoş keçər.
Göstərəndə ol günəş simanı hər dəm aşiqə,Hər iki aləm olar sanki baharım, xoş keçər.
Qaşların bənzər hilalə, surətin bədrə, gözəl,Bu hilalə, bədrə baxdıqca mədarım xoş keçər.
Макта — последний бейт с тахаллусом поэта. Söyləsən lütf ilə bir söz sən, Nizami şairə,Ömrü sərasər onun, ey gülüzarım, xoş keçər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-husnunu-gordukce-dilber-ruzigarim-xos-kecer
Клавиши ← → для перехода, R — случайное стихотворение