Икбал-наме, глава 10
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
مغنی بیا ز اول صبح بامبزن زخمهٔ پخته بر رود خام
Müğənni, dayanma, sübh açılarkən,Püxtə bir mizrab vur o xam rudə sən.
از آن زخمه کاو رود آب آوردز سودای بیهوده خواب آورد
Könlümə ruh versin gözəl nəğməsi,Bu qafil sevdanı oyatsın səsi.
چنین گوید آن نغز گوینده پیرکه در فیلسوفان نبودش نظیر
Həkimlər içində misilsiz olanBir qoca bu sayaq eyləyir bəyan:
که رومی کمر شاه چینی کلاهنشست از برگاه روزی پگاه
O, rumi kəmərli, o Çin taclı şahTəxtdə oturmuşdu yenə bir sabah,
به طاق دو ابرو برآورده خمگره بسته بر خنده جام جم
Qaşını çatmışdı onun qüssə, qəm.Gözündə deyildi əsla cami-Cəm.
مهی داشت تابنده چون آفتابز بحران تب یافته رنج و تاب
Yarının çöhrəsi günəşdi, aydı,O qızı qızdırma yandırmadaydı.
شکسته جهان کام در کام اورسیده به نومیدی انجام او
Qəlbində qalmışdı arzusu, kamı,Əfsus ki, müşküldü onun əncamı.
دل شه که آیینهای بود پاکاز آن دردمندی شده دردناک
Şahın da köksündə sevdalı ürəkQəmli, qüssəliydi həmin xəstətək.
بفرمود تا کاردانان رومخرامند نزدش ز هر مرز و بوم
Əmr etdi, nə qədər Rumda həkim var,Hansı bir ölkədə, harda olsalar
مگر چارهٔ آن پریوش کننددل ناخوش شاه را خوش کنند
Gəlsinlər, etsinlər çarə birtəhər.Şahın ürəyindən silinsin kədər.
کسانی که در پرده محرم شدنددر آن داوریگه فراهم شدند
İşdən başı çıxan həkimlər gəldi.Sarayda məşvərət - məclis düzəldi.
در آن تب بسی چارهها ساختندتنش را ز تابش نپرداختند
Min cür çarə etdi hərə bir yandan,Ancaq o gözələ olmadı dərman.
نه آن سرخ سیب از تبش گشت بهنه زابروی شه دور گشت آن گره
Yanırdı almatək qızın yanağı,Şahın açılmırdı qaşı, qabağı.
از آنجا که شه دل دراو بسته بودز تیمار بیمار دلخسته بود
Ona vermiş idi şah öz könlümü,Qəmlə keçirirdi bütün gününü.
فرود آمد از تخت و برشد به بامکه شوریده کمتر پذیرد مقام
Qüssə gətirmişdi o şahı cana,Təxtindən enərək çıxdı eyvana,
یکی لحظه پیرامن بام گشتنظر کرد از آن بام بر کوه و دشت
Eyvanda dayanıb qəmgin, mükəddər,Ordan çölə, dağa salırdı nəzər.
در آن پستی از بام قصر بلندشبان دید و در پیش او گوسفند
Padişah çölləri seyr edən zamanGöründü gözünə onun bir çoban.
همایون یکی پیر با فر و هوشکلاه و سرش هر دو کافور پوش
Müdrik bir qocaydı, nurlu, zəkalı,Kafurtək ağ idi saçı, saqqalı.
در آن دشت میگشت بیمشغلهگهش در گیا روی و گه در گله
Sürü yayıldıqca çəmənə, çöləÜrəyi fərəhdən gəlirdi dilə.
دلش زان شبان اندکی برگشادکه زیبامنش بود و زیرکنهاد
Şah bir az sevindi onu görərkən,Çünki nur yağırdı gülər üzündən.
فرستاد کارندش از جای پستبر آن خسرویبام ِ عالی نشست
Tez adam göndərdi onun yanına.Çağırtdı çobanı öz eyvanına.
رقیبان به فرمان شه تاختندشبان را به خواندن سرافراختند
Qulamlar baş əyib hökmünə yenə.Piri gətirdilər şahın qəsrinə.
درآمد شبانه به نزدیک شاهسراپردهای دید بر اوج ماه
Çoban daxil olub uca saraya,Bir qəsr gördü ki, ucalmış Aya.
خبر داشت کان سد اسکندریستنمودار فالش بلند اختریست
Bilirdi, belə sədd İskəndərin var,Xoşbəxtdir bu qəsrə daxil olanlar.
زمین بوسه دادش که پرورده بوددیگر خدمت خسروان کرده بود
Ədəblə yer öpdü, çünki bir müddətBaşqa şahlara da etmişdi xidmət.
پس آنگاه شاهش بر خویش خواندبه گستاخیش نکتهای چند راند
Şah onu yanına dəvət elədi,Onunla söhbətə başlayıb dedi:
بدو گفت کز قصه کوه و دشتفرو خوان به من بر یکی سرگذشت
"Ay kişi, gəl, mənə dağdan, dərədənGözəl bir sərgüzəşt danış görüm sən.
که دلتنگم از گردش روزگارمگر خوش کنم دل به آموزگار
Ürəyim kədərdən çəkilib dara,Bəlkə söhbətinlə edəsən çara..."
شبان گفت کای خسروِ تختگیربه تاج تو عالم عمارتپذیر
Çoban söylədi ki: "Ey tacidar, sənÖzünsən aləmi abad eyləyən.
ز تخت زرت مُلک پرنور بادز تاج سرت چشم بد دور باد
Taxtın işıq salsın ölkəyə hər an,Pis göz uzaq olsun təxtü tacından.
نخستم خبر ده که تا شهریارز بهر چه بر خاطر آرد غبار
Əvvəl söylə görüm, sən, ey hökmüdar,Nə üçün tutmuşdur könlünü qubar?
بدان تا سخنگو بدان ره بردسخن گفتن او بدان در خورد
Söylə ki, müsahib o yolla getsin,Sözləri dərdinə bir çarə etsin."
پسندید شاه از شبان این سخنکه آن قصه را باز جست اصل و بن
Çobanın sözünü şah çox bəyəndi,Gördü ki, söz bilən və iş biləndi.
نگفت از سر داد و دینپروریسخن چون بیابانیان سرسری
Ağıllı danışır dinpərvər kimi,Mənasız söz demir çöllülər kimi.
بدو حال آن نوشلب باز گفتشبان چون شد آگه ز راز نهفت
Şah onu dərdindən etdi xəbərdar...Bu sirri biləndə çoban da təkrar
دگر باره خاک زمین بوسه دادوزان به دعایی دگر کرد یاد
Torpağı öpərək yenə də şahaSidqlə, ürəkdən elədi dua.
چنین گفت کانگه که بودم جواننکردم به جز خدمت خسروان
Dedi: "Gəncliyimin xoş zamanındaMən xidmət etmişəm şahlar yanında.
ازان بزم داران که من داشتموزایشان سر خود برافراشتم
O xidmət etdiyim şahlar içindəBiri var, yadımdan çıxmaz bu gün də:
ملکزادهای بود در شهر مروبهیطلعتی چون خرامنده سرو
O bir şahzadəydi, Mərvdə yaşardı.Uca qəd-qaməti, gül üzü vardı.
سهی سرو را کرده بالاش پستدماغ گل از خوبروییش مست
Boyuna sərvlər min həsrət çəkər,Üzünün rəngindən sərxoşdu güllər.
عروسی ز پایینپرستان اوکزو بود خرم شبستان او
Vardı bir gəlini - gözəl, mehriban,Saray nur alardı ay kimi ondan.
شد از گوشهٔ چشمزخمی نژندتب آمد، شد آن نازنین دردمند
Göz dəydi o qıza, üz verdi əzab,Qızdırma əlindən oldu o, bitab.
در آن تب که جز داغ دودی نداشتبسی چاره کردند و سودی نداشت
Canını yandıran bu bəd azara,Nə qədər etdilər, olmadı çara.
سهی سرو لرزنده چون بید گشتبدان حد کزو خلق نومید گشت
Uca sərv incəlib söyüdtək əsdi,Hamı o gözəldən ümidi kəsdi.
ملکزاده چون دید کان دلستانبه کار اجل گشت همداستان
Şahzadə ölümlə pəncə-pəncəyəGörəndə gözəli: - Sağalmaz, - deyə.
از آن پیش کان زهر باید چشیداز آن نوشلب خویشتن درکشید
Hələ o dilbəri almamış əcəl,Biçarə gözəldən tamam üzdü əl.
ز نومیدی او به یکبارگیگرفت از جهان راه آوارگی
Naümid olaraq, o birdən-birəDünyadan əl çəkib düşdü çöllərə.
در آن ناحیت بود از اندیشه دوربیابانی از کوه و از بیشه دور
Vardı həmin yerdə ucsuz-bucaqsız,Qupquru bir səhra - meşəsiz, dağsız,
بسی وادی و غار ویران در اوکنام پلنگان و شیران در او
Hər tərəf xaraba mağaralardı,İçində pələnglər, şirlər yatardı.
در آن رستنی را نه بیخ و نه برگبنام آن بیابان بیابان مرگ
Nə bir ot, nə yarpaq - hər tərəf ölü,Xalq ona deyirdi: Ölümlər çölü".
کسی کاو شدی ناامید از جهاندر آن محنتآباد گشتی نهان
Hər kəs əl çəksəydi dünyada candan,O möhnət çölündə olardı nihan.
ندیدند کس را کز آن شورهدشتبه مأوا گه خویشتن بازگشت
Heç görən, eşidən yoxdu: bir nəfərOrdan sağ qayıdıb gətirə xəbər.
ملکزاده زاندوه آن رنج سختسوی آن بیابان گرایید رخت
Şahzadə dözülməz qəmdən, qüssədənO çölü etmişdi özünə məskən.
رفیقی وفادار دیرینه داشتکه مهر ملکزاده در سینه داشت
Bir dostu vardı ki, o şahzadəninYolunda canından keçərdi yəqin.
خبر داشت کان شاه اندوهناکدر آن ره کند خویشتن را هلاک
Bildi ki, bu çöldə cavan şahzadəÖmrünü verəcək boş yerə badə.
چو دزدان ره روی را بازبستسوی او خرامید تیغی به دست
Quldurtək niqablı, əlində yaraq,Getdi arxasınca, ona çataraq
بنشناخت بانگی بر او زد بلندبر او حملهای برد و او را فکند
Tanınmaz bir səslə qopardı nərə,Tutub şahzadəni o sərdi yerə.
چو افکنده بودش چو سرو روانفرو هشت برقع به روی جوان
Şahzadə sərvtək yerə yıxılcaq,Tez onun gözünü bağladı qoçaq.
سوی خانه خود به یک ترکتازبه چشم فرو بستهش آورد باز
Tərk etdi durmadan o qorxunc yeri,Onu gözübağlı qaytardı geri.
نهانخانهای داشت در زیر خاکنشاندش در آن خانهٔ اندوهناک
Cavanın vardı bir gizlin otağı,Aparıb oturtdu orda qonağı.
یکی ز استواران بر او برگماشتکزو راز پوشیده پوشیده داشت
Yanında qoydu bir keşikçi - məhrəm,Sirri şahzadədən saxladı möhkəm.
به آبی و نانی قناعت نمودوزین بیش چیزیش رخصت نبود
Çörəyə, suya da edib qənaət,Başqa şey verməyə vermədi rüxsət.
ملکزاده زندانی و مستمنددل و دیده و دست هر سه بهبند
O dustaq şahzadə, sinəsi dağlı,Qəlbi, könlü tutqun, gözləri bağlı,
فروماند سرگشته در کار خویشکه نارفته چون آمد آن راه پیش
Özü öz işinə qalmışdı heyran:Bu bəla hardandır, nədir bu zindan?
جوانمرد کاو بود غمخوار اوکمر بست در چارهٔ کار او
Dostusa, durmayıb cəhd edir yenə,Çarə axtarırdı onun dərdinə.
عروس تبش دیده را چاره ساختدلش را به صد گونه شربت نواخت
Çalışıb gəlini sağaltdı əvvəl.Yüz cürə şərbətlə dəf oldu əcəl.
طبیبی طلب کرد علتشناسگرانمایه را داشت یک چند پاس
Dərdbilən bir təbib elədi dəvət,Saxladı yanında onu bir müddət.
پریرخ ز درمان آن چیرهدستاز آن تاب و آن تب به یکباره رست
Qurtardı gözəli verdiyi dərman,Tərtəmiz sağaldı o, qızdırmadan.
همان آب و رنگش درآمد که بودتماشا طلب کرد و شادی نمود
Əvvəlki gözəllik gəldi yerinə,Başladı şənliyə, çəmən seyrinə.
چو گشت از دوا یافتن تندرستدوای دل خویش را بازجست
Dərmandan tapınca o gözəl şəfa.Durdu axtarmağa könlünə dəva.
جوانمرد چون دید کان خوبچهرملکزاده را جوید از بهر مهر
Cavansa, gözəli görəndə belə,Duydu ki, ürəyi vurur eşq ilə.
شبی خانه از عود پرطیب کردیکی بزم شاهانه ترتیب کرد
Evində şahanə bir məclis açdı,Udun xoş ətrini hər yana saçdı,
چو آراست آن بزم چون نوبهارنشاند آن گل سرخ را بر کنار
Düzdü hər tərəfə gülü, sünbülü,Oturtdu bir yanda o qızıl gülü.
شد آورد شاهِ نظربسته رامهی از دَم اژدها رسته را
Sonra da gətirib gəldi içəriƏjdaha ağzından çıxan qəməri.
ز رخ بند برقع برانداختشدر آن بزمگه بر دو بنواختش
Üzündən pərdəni açıb, nəhayət,Elədi min cürə nəvaziş, hörmət.
ملکزاده چون یک زمان بنگریدمی و مجلس و نُقل و معشوقه دید
Şahzadə nə gördü? Məclis düzəlib,Sevgili yarı da məclisə gəlib...
از آن دوزخ تنگ تاریک زشتهمش حور حاصل شده هم بهشت
Qorxunc cəhənnəmdən, dardan qurtuldu.Həm cənnət, həm huri sahibi oldu.
چه گویم که چون بود ازین خرمیبود شرح از این بیش نامحرمی
Nə deyim, nə qədər sevindi o şah!Daha nə şərh edim, artıqdır izah..."
شهنشه چو گفت شبان کرد گوشبه مغز رمیده برآورد هوش
İskəndər dinlədi dedikcə çoban,Elə bil ayıldı pis bir yuxudan.
برآسود از آن رنج و آرام یافتکزان پیر پخته می خام یافت
Dincəldi, yox oldu çəkdiyi əzab,O yetkin qocadan aldı xam şərab.
درین بود خسرو که از بزم خاصبرون آمد آوازهای بر خلاص
Şah burda çobanla söhbət edərkən:"Sağaldı!...Sağaldı!.." - Eşitdi birdən.
که آن مهربان ماه خسرو پرستبه اقبال شه عطسهای داد و رست
Padşah da sevindi, oldu bəxtiyar.Bircə asqırmaqla sağalmışdı yar...
شبان چون به شه نیکخواهی رساندمدارای شاهش به شاهی رساند
Çobanı görərək belə xeyirxah,Onunla şahanə rəftar etdi şah.
کسی را که پاکی بود در سرشتچنین قصهها زو توان درنوشت
Hər kəsin zatı pak olarsa əgər,Ondan çox yazılar belə əsərlər.
هنر تابد از مردم گوهریچو نور از مه و تابش از مشتری
Ay daim nur saçar, Müştəri parlar,Hünərli şəxsin də hünəri parlar.
شناسنده گر نیست شوریدهمغزنه بهره شناسد ز دینار نغز
İtirmiş olmasa əqlini sərraf,Tez seçib ayırar, deməz qəlpə saf.
کسی کاو سخن با تو نغز آوردبه دل بشنوش کان ز مغز آورد
Səninlə biri xoş danışsa əgər.Könüldən dinlə ki, bir xeyri dəyər.
زبانی که دارد سخن ناصواببه خاموشیش داد باید جواب
Nalayiq söz ilə etsələr xitab.Sən gərək sükutla verəsən cavab.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-iqbalname-10
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
چون به تثلیث مشتری و زحلشاه انجم ز حوت شد به حمل
Семь красавиц, глава 34Лишь свернула ночь подстилку темную своюИ опять зарей блеснуло утро бытию,
Семь красавиц, глава 35Первый узник молвил кротко: «Царь мой пусть живет,Пусть врагов его раздавит мстящий небосвод!
Семь красавиц, глава 36В день, когда хакан услышал о делах царя,Отойти от зла решил он, благо сотворя.
Стихи других поэтов · Хвалебные
رفتند تظلم به برِ شاه جهان
آن روضه مقدس و آن کعبه صفاآن مرقد مطهر و آن قبله دعا
Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdırRəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır,Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.
خسروا طبع تو روز و شب نشاط آلود باددشمنانت را ز دیده روی خون پالود باد