مغنی سماعی برانگیز گرمسرودی برآور به آواز نرم

Müğənni, ucalsın o incə səsin,Qızdırsın qoy bizi odlu nəfəsin.

مگر گرمتر زین شود کار منکسادی گریزد ز بازار من

Qızışsın işlərim, gəl, dadıma çat,Kömək ol, bazarım olmasın kasad!

دهل‌زن چو زد بر دهل داغ چرمهوای شب سرد را کرد گرم

Təblini çaldıqca təbilçi yeyinQızışdı havası soyuq gecənin.

فروماند زاغ سیه ناامیدبه گفتن در آمد خروس سپید

Naümid olanda o qara qarğaAğ xoruz başladı xoş dil açmağa.

سکندر نشست از بر تخت رومزبانی چو آتش دماغی چو موم

Çıxdı Rum taxtına İskəndər erkən,Dili od, dimağı mumdu deyəsən.

همهٔ فیلسوفان صده در صدهبه پایینگه تخت او صف زده

Gəlib filosoflar səf vurmuşdular,Taxtın qarşısında oturmuşdular.

به مقدار هر دانشی بیش و کمهمی رفتشان گفتگویی به هم

Hərə bir elmdən bildiyi qədərDanışır, deyişir, bəhs edirdilər.

یکی از طبیعی سخن ساز کردیکی از الهی گره باز کرد

Biri danışırdı təbiiyyatdan,O biri dəm vurur ilahiyyatdan,

یکی از ریاضی برافراخت یالیکی هندسی برگشاد از خیال

Kimi riyaziyyat bəhsinə girmiş,Kimi həndəsəyə fikrini vermiş,

یکی سکه بر نقد فرهنگ زدیکی لاف ناموس و نیرنگ زد

Birisi namusdan, ədəb-ərkandan,Biri də hiylədən açmışdı dastan.

تفاخر‌کنان هر یکی در فنیبه فرهنگ خود عالمی هر تنی

Hərəsi bir fənlə edir iftixar,Hərənin özünün bir aləmi var...

ارسطو به دلگرمی پشت شاهبرافزود بر هر یکی پایگاه

Şaha arxalanıb bircə ƏrəstuÖzünü hamıdan yuxarı tutdu:

که اهل خرد را منم چاره سازز علم دگر بخردان بی‌نیاز

"Mənəm hər alimə çarə eyləyən,Yoxdur ehtiyacım heç bir alimdən.

همان نقد حکمت به من شد روابه حکمت منم بر همه پیشوا

Hikmət xəzinəsi məndədir bütün,Mən oldum hikmətdə hamıdan üstün.

فلان علم خوب از من آمد پدیدفلان کس فلان نکته از من شنید

Filan elmi təsis eləmişəm mən,Filankəs filan şey öyrənib məndən!"

دروغی نگویم در این داوریبه حجت زنم لاف نام آوری

Yalandan öymürəm burda özümü,Sübutla deyirəm hər bir sözümü...”

ز بهر دل شاه و تمکین اوزبان‌ها موافق به تحسین او

Şah ilə arası saz olduğundan.Hamı çəkinirdi, qorxurdu ondan.

فلاطون برآشفت ازان انجمنکه استادی او داشت در جمله فن

Xoşuna gəlmədi bu, Əflatunun,Hamıdan biliyi artıqdı onun.

چو هر دانشی کانک اندوختندنخستین ورق زو درآموختند

Nə qədər vardısa orada alim,Hamıya olmuşdu o ilk müəllim.

برون رفت و روی از جهان درکشیدچو عنقا شد از بزم شه ناپدید

Əflatun onlardan üz döndərərəkYox oldu saraydan Ənqa quşutək.

شب و روز از اندیشه چندان نخفتکاغانی برون آورید از نهفت

Gecəli-gündüzlü düşündü ustad,Gizlində o, bir saz elədi icad.

به خُم درشد از خلق پی کرد گمنشان جست از آواز این هفت خم

Bir küpün içində gizləndi bir gün.Axtardı səsini bu yeddi küpün

کسی کاو سماعی نه دلکش کندصدای خم آواز او خوش کند

Yaxşı olmasa da birinin səsi,Küpdə xoş səslənər onun nəğməsi.

مگر کان غنا ساز آواز روددر آن خم بدین عذر گفت آن سرود

Bu qanun üzrə də o sahibhünərKüpdə düzəldirdi, yeni nəğmələr.

چو صاحب‌رصد جای در خم گرفتپی چرخ و دنبال انجم گرفت

O, rəsəd sahibi küpə girərəkÇərxi, ulduzları seyr etdi tək-tək.

بر آهنگ آن ناله کانجا شنیدنموداری آورد اینجا پدید

Eşidib burada o, nalə, fəryad,Etdi bu ahənglə bir nəğmə icad.

چو آن ناله را نسبت از رود یافتدر آن پرده‌گه رودگر رود بافت

Rudda bu ahəngi münasib yerdəQuru bağırsaqdan bağladı pərdə,

کدوی تهی را به وقت سرودبه چرم اندر آورد و بربست رود

İçi boş qabağa çəkərək dəri,Düzəltdi, bağladı o, pərdələri.

چو بر چرم آهو براندود مشکنوایی‌ تر انگیخت از رود خشک

Ceyran dərisinə çəkdi qara rəng,Quru ud səslənib oldu xoşahəng.

پس آنگه بر آن رسم و هیأت که خواستیکی هیکل از ارغنون کرد راست

Bir xeyli cəhd edib fikrinə uyğun,Düzəltdi, nəhayət, o bir ərğənun.

در او نغمه و ناله‌های درستبه اوتار نسبت فرو بست چست

Telləri yaxşıca köklənmiş bu sazBaşladı verməyə ahəngdar avaz.

به زیر و بم ناله رود خیزگهی نرم زد زخمه و گاه تیز

Zil və bəm nəğmələr hasil edərək,Mizrabı gah yavaş vururdu, gah bərk.

ز نرمی و تیزی ز بالا و زیرنوا ساخت بر نالهٔ گاو و شیر

Səslər çıxarırdı, bərkdən, yavaşdan,Sanki nərə çəkir öküz, ya aslan.

چنان نسبت نالش آمد به دستکه هر جا که زد هر دو را پای بست

Səslərdə o qədər məlahət vardıKi, heyvan eşitcək donub qalardı,

همان نسبت آدمی تا ددهبر آن رودها شد یکایک زده

İnsan səslərindən heyvana qədər -Sazdan çıxardırdı hər cürə səslər.

چنان که‌‌آدمی‌زاد را زان نوابه رقص و طرب چیره گشتی هوا

Belə ki, çaldığı o havalardanŞadlanıb oynamaq istərdi insan.

سباع و بهائم بر آن ساز جفتیکی گشت بیدار و دیگر بخفت

Bütün heyvanları yatırdıb sazla,Sonra ayıldardı xoş bir avazla.

چو بر نسبت ناله هر کسیبه دست آمدش راه دستان بسی

Hər bir səsə uyğun səslər çıxardanBir saz düzəltdi ki, başqa bir insan

ز موسیقی آورد سازی برونکه آن را نشد کس جز او رهنمون

Onun sirlərini əsla bilməzdi,O sazda bir hava çala bilməzdi.

چنان ساخت هر نسبتی را خروشکه نالنده را دل درآرد به جوش

Ustad həmin sazı çaldığı zamanEdərdi xəstənin dərdinə dərman.

به‌جایی رساند آن نواگر نواختکه دانا بدو عیب و علت شناخت

Çalğıda elə bir cəhət də vardıKi, həkim onunla dərdi tapardı.

به قانون از آن ناله خرگهیز هر علتی یافت عقل آگهی

Həmin sazdan çıxan səs əsasındaTəşxis olunardı illət bir anda.

چو اوتار آن ارغنون شد تمامشد آن عود پخته به از عود خام

Ərğənun təkmilə yetdiyi zamanSüni ud çox yaxşı oldu xam uddan.

برون شد به صحرا و بنواختشبه هر نسبت اندازه‌ای ساختش

Alim sazı alıb, səhraya getdi,Hər bir nisbət üçün onu kök etdi.

خطی چارسو گرد خود درکشیدنشست اندران خط نوا برکشید

Dördbucaq xətt çəkib öz dövrəsinə,Başladı çalmağa sazını yenə.

دد و دام را از بیابان و کوهدوانید بر خود گروها گروه

Çöldəki, dağdakı bütün heyvanlar -Yüyürdü yanına onun hər nə var.

دویدند هر یک به آواز اونهادند سر بر خط ساز او

Yığılıb hamısı sazın səsinə,Düzüldülər onun dörd dövrəsinə.

همه یک‌یک از هوش رفتند پاکفتادند چون مرده بر روی خاک

Hamısı bir anda huşdan gedərəkSərildi torpağa bir-bir ölütək.

نه گرگ جوان کرد بر میش زورنه شیر ژیان داشت پروای گور

Nə bir qurd orda bir quzuya dəydi,Nə bir şir gur tutmaq həvəsindəydi.

دگر نسبتی را که دانست بازدرآورد نغمه به آن جفت ساز

Sonra başqa cürə kökləyib yenəAlim saz çalanda, onun səsinə,

چنان کان ددان در خروش آمدنداز آن بی‌هوشی باز هوش آمدند

O yatmış heyvanlar, çəkmədi bir an,Ayıldı hamısı şirin yuxudan,

پراکنده گشتند بر روی دشتکه دارد به یاد این چنین سرگذشت ؟

Yayıldı hamısı çöllərə həmən...Heç belə sərgüzəşt varmı eşidən?

بگرد جهان این خبر گشت فاشکه شد کان یاقوت یاقوت باش

Bu xəbər bürüdü bütün cahanıKi, yaqut paylayır o yaqut kanı.

فلاطون چنین پرده بر ساخته‌ستکه جز وی کس آن پرده نشناخته‌ست

Əflatun yaradıb bir elə pərdəKi, onu bir bilən yoxdur heç yerdə.

برانگیخت آوازی از خشک رودکه از تری آرد فلک را فرود

Onun qurduğu saz elə səslənirKi, fələk o səsə yerlərə enir.

چو بر نسبتی راند انگشت خوَدبخسبد برآواز او دام و دد

Müəyyən pərdədə bir hava çalırKi, bütün heyvanlar yuxuya dalır.

چو بر نسبتی دیگر آرد شتاببه هوش آرد آن خفتگان را ز خواب

Başqa bir pərdədə çaldığı zamanYatanlar hamısı durur yuxudan.

شد آوازه بر درگه شاه نیزکه هاروت با زهره شد همستیز

Şahın sarayına çatdı bu xəbərKi, Zöhrə Harutla bəhsə giriblər.

ارسطو چو بشنید کان هوشمندبرانگیخت زینگونه کاری بلند

Ərəstu bildi ki, o böyük ustadQəribə bir alət eləyib icad.

فروماند ازان زیرکی تنگدلچو خصمی که گردد ز خصمی خجل

Xəcalət çəkəntək düşməndən düşmənUtandı alimin bu hünərindən.

به اندیشه بنشست بر کنج کاخدل تنگ را داد میدان فراخ

Sarayda bir küncdə xəyala daldı,Onun dar qəlbini bərk həsəd aldı.

به تعلیق آن درس پنهان نویسکه نقشی عجب بود و نقدی نفیس

O zərif sənətin, o xəzinəninSirrini bilməkçin düşündü dərin.

در آن کار علوی بسی رنج بردبسی روز و شب را به فکرت سپرد

Xəyala gedərək bir xeyli müddət,Gecəli-gündüzlü çəkdi əziyyət.

هم آخر پس از رنج‌های درازسررشتهٔ راز را یافت باز

Axır, əzab çəkib aylar uzunu,Bu sirli kələfin tapdı ucunu.

برون آورید از نظرهای تیزکه چون باشد آن نالهٔ رود خیز

Öz iti əqlinin köməyi iləBildi ki, saz necə gəlirmiş dilə.

چگونه رساند نوا سوی گوشبرد هوش و آرد دیگر ره به هوش

O səslər qulağa nə sayaq çatırKi, bəzən yatırdır, bəzən oyadır.

همان نسبت آورد رایش به دستکه دانای پیشینه بر پرده بست

Bildi ki, o sazda necədir nisbət,Düzəltdi belə saz o da, nəhayət,

به صحرا شد و پرده را ساز کردطلسمات بیهوشی آغاز کرد

Səhraya gedərək sazını aldı,Bihuşluq gətirən havanı çaldı,

چو از هوشمندان ستد هوش رادیگر گونه زد رود خاموش را

Heyvanlar eşidib, getdilər huşdan.O, başqa bir hava çaldı bu zaman,

در آن نسبتش بخت یاری ندادکه بیهوش را آرد از هوش یاد

Bu dəfə olmadı ona bəxti yar,Huşsuzlar yuxudan oyanmadılar.

بکوشید تا در خروش آوردنوایی که در خفته هوش آورد

Nə qədər çaldısa, bəlkə birtəhərYatmışlar ayılıb huşa gəlsinlər,

ندانست چندانکه نسبت گرفتدر آن کار سرگشته ماند ای شگفت

Olmadı...Köklədi sazı hər sayaq,Özü də bu işə mat qaldı ancaq..

چو عاجز شد از راه نایافتنز رهبر نشایست سر تافتن

Aciz qaldığını özü görəndəAxtardı əlacı müəllimində.

شد از راه رغبت به تعلیم اوعنان داد یک ره به تسلیم او

Gedib özü oldu ustada təslim,Başladı almağa həvəslə təlim.

بپرسید کان نسبت دلپسندکه هش رفتگان را کند هوشمند

Soruşdu: "Huşsuzu huşa gətirənO hansı havadır, bilməyirəm mən.

ندانم که در پردهٔ آواز اوچگونست و چون پرورم ساز او

Hansı pərdələrdən çıxır o avaz?Nə cürə köklənsin onda gərək saz?"

فلاطون چو دانست کان سرفرازبه تعلیم او گشت صاحب نیاز

Əflatun gördü ki, o böyük insanYalvarıb öyrənmək istəyir ondan.

برون شد خطی گرد خود در کشیدنوا ساخت تا نسبت آمد پدید

Çöldə bir xətt çəkib, sazını aldı,Kökləyib, bildiyi havanı çaldı.

همه روی صحرا ز گور و پلنگبر آن خط کشیدند پرگار تنگ

Nə qədər şir və gur var biyabandaYığılıb gəldilər səsə bir anda.

به بیهوشی از نسبت اولشنهادند سر بر خط مندلش

Birinci havanı çalanda, yenəBaş qoyub yatdılar Məndəl xəttinə.

نوایی دگر باره برزد چو نوشکه ارسطوی دانا تهی شد ز هوش

Başqa bir hava da çaldı o ustad.Ərəstu özü də yatdı o saat.

چو بیهوش بود او به یک راه نغزدد و دام را کرد بیدار مغز

Əflatun bir hava çaldı bu zaman,Heyvanlar ayıldı yenə yuxudan.

دگر باره زد نسبت هوش‌بخشکه ارسطو ز جا جست همچون درخش

Başqa bir hava da çaldı yenidən.Ərəstu sıçrayıb qalxdı yerindən.

فروماند سرگشته بر جای خودکه چون بی‌خبر بود از آن دام و دد ؟

Mat-məbhut yerində durub dayandı,Bilmədi heyvanlar necə oyandı.

از آن بی‌هوشی چون به هوش آمدند؟چه بود آنک ازو در خروش آمدند؟

Nə oldu onları huşa gətirən,Nə oldu onlara hərəkət verən?

شد آگه که دانای دستان نوازبه دستان بر او داشت پوشیده راز

Bildi ki, o alim, o sahibhünərSirri gizlətmişdir ondan bu təhər.

ثنا گفت و چندان ازو عذر خواستکه آن پردهٔ کژ بدو گشت راست

Ondan üzr istəyib, çox dua etdi,O da gizlin-sirri buna öyrətdi.

چو شد حرف آن نسبت او راه درستنبشت آنِ او آنِ خود را بشست

Öyrənib bunları yazdı Ərəstu,Özü yazdığını dəftərdən pozdu.

به اقرار او مغز را تازه کردمدارای او بیش از اندازه کرد

Ustadın hünərin eləyib iqrar,Ehtiram göstərdi ona o ki var.

سکندر چو دانست کز هر علومفلاطون شد استاد دانش به روم

Şah bildi kimdəymiş əsil istedad,Rumda Əflatundur elmə baş ustad.

بر افزود پایش در آن سروریبه نزد خودش داد بالاتری

O da rütbəsini artırdı onun,Sarayda uca yer tutdu Əflatun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов