روزی به مبارکی و شادیبودم به نشاط کیقباد‌ی‌

ابروی هلالی‌ام گشادهدیوان نظامی‌ام نهاده

آیینهٔ بخت پیش رویماقبال به شانه کرده مویم

صبح از گل‌ِ سرخ دسته بستهروزم به نَفَس شده خجسته

پروانهٔ دل چراغ بر دستمن بلبل باغ و باغ سرمست

بر اوج سخن علم کشیدهدر درج هنر قلم کشیده

منقار قلم به لعل سفتندراج زبان به نکته گفتن

در خاطرم اینکه وقت کار استکه‌اقبالْ رفیق و بخت یار است

تا کی نفس تهی گزینم‌؟وز شغل جهان تهی نشینم‌؟

دوران که نشاط فربهی کردپهلو ز تهی‌روان، تهی کرد

سگ را که تهی بود تهی‌گاهنانی نرسد تهی در این راه

بر ساز جهان نوا توان ساختکان راست جهان که با جهان ساخت

گردن به هوا کسی فرازدکاو با همه چون هوا بسازد

چون آینه هر کجا که باشدجنسی به دروغ بر تراشد

هر طبع که او خلاف‌جوی استچون پردهٔ کج خلاف‌گوی است

هان دولت اگر بزرگواریکردی ز من التماس کاری

من قرعه‌زنان به آنچنان فالو‌اختر به گذشتن اندران حال

مقبل که برد چنان برد رنجدولت که دهد چنان دهد گنج

در حال رسید قاصد از راهآورد مثال حضرت شاه

بنوشته به خط خوب خویشمده پانزده سطر نغز بیشم

هر حرفی از او شکفته باغیافروخته‌تر ز شب‌چراغی

کای محرم حلقهٔ غلامیجادو سخنِ جهان، نظامی

از چاشنی دم سحر خیزسحری دگر از سخن برانگیز

در لاف‌گه شگفت‌کار‌یبنمای فصاحتی که داری

خواهم که به یاد عشق مجنونرانی سخنی چو دُر مکنون

چون لیلی بکر اگر توانیبکری دو سه در سخن نشانی

تا خوانم و گویم این شکر بینجنبانم سر که تاج سر بین

بالای هزار عشق نامهآراسته کن به نوک خامه

شاه همه حرفهاست این حرفشاید که در او کنی سخن صرف

در زیور پارسی و تازیاین تازه عروس را طرازی

دانی که من آن سخن شناسمکه‌ابیات نو از کهن شناسم

تا دَه‌دَهی‌ِ غرایبت هستدَه‌پنج زنی رها کن از دست

بنگر که ز حقهٔ تفکردر مرسلهٔ که می‌کشی دُر

ترکی صفت‌ِ وفای ما نیستترکانه سخن سزای ما نیست

آن کز نسب بلند زایداو را سخن بلند باید

چون حلقهٔ شاه یافت گوشماز دل به دماغ رفت هوشم

نه زهره که سر ز خط بتابمنه دیده که ره به گنج یابم

سرگشته شدم در آن خجالتاز سستی عمر و ضعف حالت

کس محرم نه که راز گویموین قصه به شرح باز گویم

فرزند محمد نظامیآن بر دل من چو جان گرامی

این نسخه چو دل نهاد بر دستدر پهلوی من چو سایه بنشست

داد از سر مهر پای من بوسکی آنکه زدی بر آسمان کوس

خسرو شیرین چو یاد کردیچندین دل خلق شاد کردی

لیلی مجنون ببایدت گفتتا گوهر قیمتی شود جفت

این نامهٔ نغز گفته بهترطاووس جوانه، جفته بهتر

خاصه ملکی چو شاه شروانشروان چه که شهریار ایران

نعمت ده و پایگاه ساز استسرسبز کن و سخن نواز است

این نامه به نامه از تو درخواستبنشین و طراز نامه کن راست

گفتم سخن تو هست بر جایای آینه‌روی آهنین‌رای‌

لیکن چه کنم هوا دو رنگ استاندیشه فراخ و سینه تنگ است

دهلیز فسانه چون بود تنگگردد سخن از شد آمدن لنگ

میدان سخن فراخ بایدتا طبع سواری‌یی نماید

این آیت اگرچه هست مشهورتفسیر نشاط هست ازو دور

افزار سخن نشاط و ناز استزین هردو سخن بهانه ساز است

بر شیفتگی و بند و زنجیرباشد سخن برهنه دلگیر

در مرحله‌ای که ره ندانمپیداست که نکته چند رانم

نه باغ و نه بزم‌ ِ شهریارینه رود و نه می‌، نه کامگاری

بر خشکی ریگ و سختی کوهتا چند سخن رود در اندوه‌؟

باید سخن از نشاط سازیتا بیت کند به قصه بازی

این بود کز ابتدای حالتکس گِرد نگشتش از ملالت

گوینده ز نظم او پر افشاندتا این غایت نگفته زان ماند

چون شاه جهان به من کند بازکاین نامه به نام من بپرداز

با این‌همه تنگی مسافتآنجاش رسانم از لطافت

کز خواندن او به حضرت شاهریزد گهر نسفته بر راه

خواننده‌اش ار فسرده باشدعاشق شود ار نمرده باشد

باز آن خلف خلیفه‌زادهکاین گنج به دوست در گشاده

یک‌دانهٔ اولین فتوحمیک لالهٔ آخرین صبوحم

گفت ای سخن تو همسر منیعنی لقبش برادر من

در گفتن قصه‌ای چنین چستاندیشهٔ نظم را مکن سست

هرجا که به‌دست عشق خوانی‌ستاین قصه بر او نمک فشانی‌ست

گرچه نمک تمام داردبر سفره کباب خام دارد

چون سفتهٔ خارِش تو گرددپخته به گزارش تو گردد

زیبارو‌یی بدین نکوییو‌آنگاه بدین برهنه‌رو‌یی

کس دُر نه به قدر او فشانده‌ستزین روی برهنه‌رو‌ی مانده‌ست

جان است و چو کس به جان نکوشدپیراهن عاریت نپوشد

پیرایهٔ جان ز جان توان ساختکس جان عزیز را نینداخت

جان بخش جهانیان دم تستوین جان عزیز محرم تست

از تو عمل سخن گزاریاز بنده دعا ز بخت یاری

چون دل دهی جگر شنیدمدل دوختم و جگر دریدم

در جستن گوهر ایستادمکان کندم و کیمیا گشادم

راهی طلبید طبع کوتاهکه‌اندیشه بد از درازی راه

کوته‌تر از این نبود راهیچابک‌تر از این میانه‌گاهی

بحر‌ی است سبک ولی روندهماهی‌ش نه مرده بلکه زنده

بسیار سخن بدین حلاوتگویند و ندارد این طراوت

زین بحر ضمیر هیچ غواصبر نارد گوهر‌ی چنین خاص

هر بیتی از او چو رستهٔ دُراز عیب تهی و از هنر پر

در جستن این متاع نغز‌میک موی نبود پای‌لغز‌م

می‌گفتم و دل جواب می‌دادخاریدم و چشمه آب می‌داد

دخلی که ز عقل درج کردمدر زیور او به خرج کردم

این چار هزار بیت اکثرشد گفته به چار ماه کمتر

گر شغل دگر حرام بودیدر چارده شب تمام بودی

بر جلوهٔ این عروس آزادآباد‌تر آنکه گوید آباد

آراسته شد به بهترین حالدر سلخ رجب به‌ ثی و فی دال

تاریخ عیان که داشت با خَودهشتاد و چهار بعد پانصد

پرداختمش به نغز کاریو انداختمش بدین عماری

تا کس نبرد به سوی او راهالا نظر مبارک شاه

Bir gün nəşəliydim, aləm şad kimi,Dəmlər içindəydim Keyqubad kimi.

Qaşlarım açıqdı, sanki bir kaman,Qarşımda dururdu yazdığım divan.

Üzümə tutmuşdu güzgüsünü baxt,Səadət saçımı darardı, o vaxt,

Dəstə bağlamışdı güllərdən səhər,Səhəri oxşardı yaqut şəfəqlər.

Könül pərvanəsi əlində çıraq,Mən bülbül olmuşdum, məst olmuşdu bağ.

Bayraq qaldırmışdım söz zirvəsinə,Hünər lövhəsini yazırdım yenə.

Qələm dimdik olub deşirdi ləli,Turaca dönmüşdü təbimin dili.

Qəlbim deyirdi ki, söz əməyimdir,Səadət yoldaşım, bəxt köməyimdir.

Yenəmi dünyada boş nəfəs alım?Yenəmi aləmdən kənarda qalım?

Dövran şadlıq bəzmi qurandan bəriQovdu məclisindən boş gəzənləri.

Mədəsi ac olan işsiz bir köpəkBoş-boş oturmaqla taparmı çörək?

Bu dünya səsiylə səsləşənindir,Dövranla düz gəlsən, dövran sənindir.

Başını yuxarı tutmaq istəsən,Hava tək hamıyla sazişə gir sən.

Güzgü tək hər yerə qoyulsa əgər,Yalandan özündə bir şey göstərər.

Sənətin ziddinə söz danışanlarƏyri pərdə kimi yanlış çalarlar

Sən ey padşahım, böyüksən əgər,İltimas edərsən məndən bir hünər.

Bu fala mən qürrə atdığım andaUlduzlar keçirmiş eyni zamanda.

Hər zəhmət sonunda bir səadət var,Bəxti olanlar da xəzinə tapar.

Bu zaman bir elçi gəldi eyvana,Şahın məktubunu gətirdi mana

On-on beş sətirdi şahın bu sözüGözəl xətti ilə yazmışdı özü.

Hər hərfi bağ kimi güllər açmışdı,Bir şəbçıraq kimi şəfəq saçmışdı:

"Ey söz dünyasına hakim Nizami,Qulluğa məhrəmsən tut ilticamı.

Səhər yuxusunun pərdəsini at,Yenə söz oynadıb bir sehir yarat.

Əqli heyran qoyan söz meydanındaMin şirinlik göstər hər dastanında.

İstərəm Məcnunun böyük eşqinəBir söz xəzinəsi açasan yenə.

Bakirə Leyli tək, ey böyük ustad!Şerdə iki-üç bakir söz yarat.

Deyim, bu şəkərdir, deyildir acı,Deyim ki, bu sözdür başımın tacı.

Min eşq kitabından yüksək və təzə,Sən öz qələminlə bir dastan bəzə.

Bu mövzu şahıdır bütün sözlərin,Layiqdir bu sözə sənin hünərin.

Bu təzə gəlinə, çəkəndə zəhmət,Fars, ərəb diliylə vur ona zinət.

Sözün sərrafıyam, sən ki, bilirsən,Təzəni köhnədən tez seçərəm mən.

Qüdrətin böyükdür ona-on yarat,Onda beş verməyi bir dəfəlik at!

Kamal cövhərinin xəzinəsindənGör, kimin sapına inci düzürsən.

Türk dili yaramaz şah nəslimizə,Əskiklik gətirər türk dili bizə.

Yüksək olmalıdır bizim dilimiz,Yüksək yaranmışdır bizim nəslimiz".

Qulluq halqasına düşdü qulağım,Qan vurdu beynimə, əsdi dodağım.

Nə cürətim vardı ki, evdən qaçam.Nə də gözüm vardı, xəzinə açam.

Ömrüm viran oldu, solub saraldım,Bu əmrin önündə cavabsız qaldım.

Sirrimi deməyə bir məhrəm hanı?Ona söyləyəydim bu macəranı.

Qəlbimdə can kimi əzizim olanMəhəmməd Nizami oğlum bu zaman

Bu gözəl mövzuya könül verərək,Oturdu yanımda o bir kölgə tək.

Öpdü ayağımı xeyli mehriban.Dedi: "Ey göylərə meydan oxuyan,

"Xosrovi-Şirini" yazıb yaratdın,Hər duyan könüldə bir zövq oyatdın.

Leyli-Məcnundan da yarat bir əsər,Cüt olsun yazdığın qiymətli gövhər.

Bu gözəl mövzuda böyük sənət var,Xoşdur qoşa gəzsə cavan tovuzlar.

Bir də ki, Şirvanşah, o baş hökmüdarŞirvana, İrana olmuş şəhriyar.

O rütbə verəndir, nemət verəndir,Şerə, sənətə də qiymət verəndir.

O səndən bir əsər edir iltimas,Sən də hünər göstər o əsəri yaz".

Dedim: "Aynaüzlüm, sözündə möhkəm,Sözün yerindədir, haqlısan bu dəm.

Lakin, iki səmtə əsir bu ruzgar,Fikir çox genişdir, könül mülkü dar.

Əfsanə dəhlizi dar olsa əgər,Sənətin sözü də yolda ləngiyər.

Gərək söz meydanı gen olsun müdam,Atını dörd nala səyirtsin ilham.

Bu ayə olsa da aləmə bəlli,Qəlbə gətirməyir şadlıq, təsəlli.

Şadlıqdır, eyhamdır sözün arğacı,Bunlarla düzəlir söz ehtiyacı.

Kədərlə, zəncirlə bağlansa dastan,Sözlər çılpaq olar, can sıxar, inan.

Onu həddən artıq bəzəsən əgər,Dastanın üzünə ləkələr düşər.

Yoxsa çıxış yolu bu vəziyyətdən,Mütləq bir neçə söz deməliyəm mən.

Bu dastanda nə bağ, nə ucalıq var,Nə çalğı, nə şərab, nə xoşbaxtlıq var.

Qumsala, daşlığa ilham gedərmi?Getsə də, torpağa təsir edərmi?

Hər şer şadlıqla gəlsə nəfəsə,Beyit hadisəylə başlayar rəqsə,

Odur ki, dünyada əzəl zamandanKədərdən, qüssədən qaçmışdır insan.

Dərd yazan şairlər qanad salmışdır,"Leyli və Məcnun"sa sözsüz qalmışdır...

İndi şah dil tökür bu təmtəraqla,Deyir: "Bu kitabı adıma bağla".

Mənzil dar olsa da, bu gündən beləMən Leyli-Məcnunu incəliyilə

Bəzəyib bir zinət vurum ki, ona,Gövhərlər səpilsin şahın yoluna.

Oxucu pərişan olsa da bundan,Qoy eşqə can versin onda varsa can.

Yenə də öz oğlum dinlədi məni,O açdı üzümə bu xəzinəni,

Ömrümün ilk gülü o təkcə balam,O ağız ləzzətim, o son piyalam

Dedi: "Ey kəlamı ekizim ata,Əsəri qardaşım, əzizim ata,

Yarat bu dastanı rəngli, boyalı,Qoyma ki, süstləşə nəzmin xəyalı.

Harda ki, eşq əli bir süfrə açar,Bu gözəl hekayə ona duz saçar.

Bütövsə, parçasa hələ bu duzlar,Süfrədə bişməmiş çiy kabab da var.

Sənin qüdrətinlə duz əziləcək,Kabab da səyinlə bişə biləcək.

Bu qədər nazəndə, incə bir dilbərNədən çılpaq qalsın bu vaxta qədər.

Onu bəzəməmiş arif əlləri,Odur ki, çılpaqdır o gözəl pəri.

O, candır, can üçün çalışmayanlarHəmişə borc geyər əyninə paltar.

Can bəzənməlidir can bəzəyilə,Canından keçməmiş bir insan hələ.

Nəfəsin can verir xalqa cahanda,Sənin məhrəmindir bu gözəl can da.

Səndən söz yaratmaq gözlənsin gərək,Məndən dua etmək, bəxtdən də kömək",

Danışıb qurtardı o ciyərparam,Onun xatirinə söz aldı ilham.

Gövhər axtarmağa başladım yenə,Kimyalar açaraq girdim mədənə.

Təbim də ən qısa bir yol axtardı,Yol uzunluğundan qorxum da vardı.

Nə bundan qısaca yol var hələlik,Nə də bundan qıvraq, iti bir minik.

Bəhrin suyu yüngül, özü axardır,Canlı, nəfəs alan balığı vardır.

Çox bu şirinlikdə söz deyən olar,Sanma ki, onlarda bu təzəlik var.

Hələ üzücülər qəlb dənizindənBelə saf bir inci tapmamış, bilsən.

Hər beyti, sapdakı incilər kimi,Parlayır eybsiz bir hünər kimi.

Mən bu inciləri gəzəndə bir-bir,Ayağım tük qədər sürüşməmişdir.

Qəlb cavab- verirdi mənə ürəkdən,Bulaq su verirdi yer qazdıqca mən.

Əqildən aldığım bu gəlir, dövlətYalnız əsərimə vururdu zinət.

Dörd min beytdən də çoxdur bu dastan,Dörd aydan az vaxta yazmışam, inan!

Əgər başqa işlər olsaydı haram,Bu, on dörd gecəyə olardı tamam.

Bu azad gəlini görən şad olsun,Ona abad deyən, qoy abad olsun.

S. F. D. ili idi rəcəbin sonu,Çox gözəl şəkildə bəzədim onu.

Əgər tarixini söyləsəm əyan,Dörd il keçmiş idi beş yüz həştaddan.

Sənətin əlilə tutdum bəzəyə,Gətirib oturtdum bu kəcavəyə.

Şahımın mübarək gözündən başqa,Kimsənin nəzəri dəyməsin ona.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов