Шараф-наме, глава 35
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
بیا ساقی آن شیر شنگرف گونکه عکسش درآرد به سیماب خون
به من ده که سیماب خون گشتهامبه سیماب خون ناخنی رشتهام
برآنم من ای همت صبح خیزکه موج سخن را کنم ریزریز
به زرین سخن گوهر آرم به چنگسر زیر دستان درآرم به سنگ
زر آن زور و زهره کی آرد به دستکه دارای دین را کند زیردست
زر از بهر مقصود زیور بودچو بندش کنی بندی از زر بود
توانگر که باشد زرش زیر خاکز دزدان بود روز و شب ترسناک
تهیدست کهاندیشهٔ زر کندتمنای گنجش توانگر کند
چو از زر تمنای زر بیشترتوانگرتر آنکس که درویش تر
جهان آن جهان شد که درویش راستکه هم خویشتن را و هم خویش راست
شب و روز خوش میخورد بیهراسنه از شحنه بیم و نه از دزد پاس
فراوان خزینه فراوان غم استکمست انده آن را که دنیا کمست
گزارنده عقد گوهر کشانخبر داد از آن گوهر زر فشان
که چون کرد سالار جمشید هوشمییی چند بر یاد نوشابه نوش
به ریحان و ریحانی دلفروزبسر برد با خسروان چند روز
یکی روز بنشست بر عزم کاربساطی برآراست چون نوبهار
حصاری چنان ز انجمن برکشیدکه انجم در آن برج شد ناپدید
گرانمایگان سپه را بخواندگرامی کنان هر یکی را نشاند
شدند انجمن کاردانان دهرز فرهنگ شه برگرفتند بهر
شه از قصهٔ آرزوهای خویشسخنها ز هر دستی آورد پیش
که دوشم چنان در دل آمد هوسکه جز با شما برنیارم نفس
به نیروی رای شما مهترانجهان را نبینم کران تا کران
سوی روم ازین پیش بودم بسیچعنان مرا داد از آن چرخ پیچ
بر آنم که تا جملهٔ مرز و بومنگردم نگردد سرم سوی روم
در آباد و ویران نشست آورمهمه ملک عالم به دست آورم
کنم دست پیچی به سنجابیانزنم سکه بر سیم سقلابیان
به هر بوم و هر کشوری گر زمیستببینم که خوشدل کدام آدمیست
از آن خوشدلی بهره یابم مگرکه آهن بر آهن شود کارگر
نخستین خرامش در این کوچگاهبه البرز خواهم برون برد راه
وزان کوچ فرخ درآیم به دشتز صحرا به دریا کنم بازگشت
تماشای دریای خزران کنمز جرعه بر او گوهر افشان کنم
چو موکب درآرم به دریا کنارکنم هفتهای مرغ و ماهی شکار
ببینم که تا عزم چون آیدمزمانه کجا رهنمون آیدم
چه گویید هر یک بر این داستانکه دولت نپیچد سر از راستان
زمین بوسه دادند یکسر سپاهکه تدبیر ما هست تدبیر شاه
کجا او نهد پای، ما سر نهیمز فرمان او بر سر افسر نهیم
اگر آب و آتش کند جای مانگردد ز فرمان او رای ما
گر اندازد از کوه ما را به خاکبیفتیم و در دل نداریم باک
ز شاه جهان راه برداشتنز ما خدمت شاه بگذاشتن
شه آسوده دل شد ز گفتارشاننوازشگری کرد بسیارشان
بسیچید ره را به آهستگیگشاد از خزینه در بستگی
غنی کرد گردنکشان را ز گنجز گوهر کشی لشگر آمد به رنج
جهاندار چون دید کز گنج و زرغنیمت کشان را گران گشت سر
در آن پیش بینی خرد پیشه کردکه لختی ز چشم بد اندیشه کرد
ز بس گنج و گوهر که در بار داشتبههر جا که شد راه دشوار داشت
به کوه و به صحرا و سختی و رنجسپاهش به گردون کشیدند گنج
چو در خاطر آمد جهانجوی راکه در چنبر آرد گلین گوی را
زمین را شود میل و منزلشناسبه تری و خشگی رساند قیاس
بداند زمین را که پست و بلنددرازاش چند است و پهناش چند
ز هر داد و بیدادی آگه شودبه راه آرد آن را که از ره شود
فرو شوید از دور بیداد رارهاند ز خون خلق آزاد را
به هر بیمگاهی حصاری کندز بهر سرانجام کاری کند
ز دوری در آن ره شد اندیشناککه دارد ره دور درد و هلاک
نباید که ضایع شود رنج اوشود روزی دشمنان گنج او
سپاه از غنیمت گرانبار دیدبترسید چون گنج بسیار دید
یکی آنکه سیران نکوشند سختکه ترسند از ایشان ستانند رخت
دگر آنکه ناسیری آید به جنگدو دستی زند تیغ بر بوی رنگ
ز فرزانگان الهی پناهصد و سیزده بود با او بهراه
همه انجمن ساز و انجم شناسبه تدبیر هر شغل صاحب قیاس
از آن جمله در حضرت شهریاربلیناس فرزانه بود اختیار
بههر کار ازو چاره درخواستیکزو کردن چاره برخاستی
ز دشواری راه و گنجی چنانسخن راند با کارسنجی چنان
جوابش چنان آمد از پیش بینکه شه گنج پنهان کند در زمین
سپه نیز با شاه فرمان کنندبه ویرانهها گنج پنهان کنند
ز بهر گواهی بههر گنجدانطلسمی کند هریک از خود نشان
بدان تا چو آیند از راه دورز هر تیره چاهی برآرند نور
گواهی که بر گنج خویش آورندنمودار پیشینه پیش آورند
شه این رای را عالم آرای دیدسپه را ملامت در این رای دید
به زیر زمین گنج را جای کردطلسمی بر آن گنج بر پای کرد
بفرمود تا هر کهرا گنج بودنهان کرد کز بردنش رنج بود
پراکنده هر یک در آن کوه و دشتبه گل گنج پوشید و خود بازگشت
جدا هر یکی بر سر مال خویشبرانگیخت شکلی ز تمثال خویش
چنان بود شب بازی روزگارکه شه را دگرگون شد آموزگار
ز هنجار دیگر درآمد به رومفرو ماند گنج اندرآن مرز و بوم
همان لشگرش را ز بس برگ و سازبدان گنج پنهان نیامد نیاز
ز بس گنح پیدا که دریافتندسوی گنج پوشیده نشتافتند
چو در خانه روم کردند جایز شغل جهان در کشیدند پای
یکی دیر سنگین برافراختندبه جمهور طاعتگهش ساختند
همه نسخت گنجنامه که بودبه دارنده دیر دادند زود
که تا هرکه او باشد ایزدپرستاز آن نامهها گنجی آرد به دست
هنوز اندران دیر دیرینه سالبسی گنجنامه است از آن گنج و مال
کسانی که از راه خدمتگریکنند آن صنمخانه را چاکری
از آن گنجنامه دهندش یکیاگر بیش باشد وگر اندکی
بیایند و آن گنجدان بشکنندوزان گنج پارنج خود برکنند
مگر داد دولت مرا پای رنجکه پایم فرو رفت ازینسان به گنج
Ey saqi, qırmızı süddən ver ki, hərCivəyə əks etsə, ona can verər.
Ver mənə, dönmüşdür qanım civəyə,Söz düzüm dırnaqdan keçən riştəyə.
Ey şəfəq sökmədən oyanan himmət,Yenə söz saçmağa etmişəm niyyət.
Bu qızıl sözlərlə bir gövhər qurum,Əlaltı başları daşlara vurum.
Qızılda varmıdır o güc, parıltı,Mən kimi dindarı etsin əlaltı?
Bəzəkçün yaranmış bu qızıl, gövhərBənd olsun, zəncirdir, qəm-kədər verər.
Qorxaraq əyridən, quldur, oğrudanVarlılar qızılı gömər hər zaman.
Yoxsul ki, hər zaman qızıl düşünər,Bu istək ona da xəzinə verər.
İndi ki, qızıldan ucadır istək,Ən yoxsul - ən zəngin kimsədir, demək.
Bu dünya olmuşdur yoxsul dünyası,Həm özu məsuddur, həm əqrəbası.
Qorxusuz və rahat yaşar hər zaman,Çəkinməz quldurdan, qorxmaz oğrudan.
Düşüncə, kədərdir çox sərvət, çox var,Dünyası az olan olur bəxtiyar.
Tarixə dəyərli gövhər düzənlərGövhərli xəznədən belə nəql elər:
O Cəmşid idraklı aldıqca fərəh,Nüşabə eşqinə qaldırdı qədəh.
Gül ilə, mey ilə verdi əl-ələ,Neçə gün keçirdi sərkərdələrlə.
İş görmək fikriylə bir gün oturdu,Bahardan bəzəkli bir məclis qurdu.
Çəkdi o məclisə elə bir hasar,Bürcündə görünməz oldu ulduzlar.
Baş sərkərdələri eylədi dəvət,Hörmətli yer verdi, göstərdi şəfqət.
Şən məclis qurdu bu sınanmış ərlər,Padşahın ağlından aldılar bəhər.
Fikrini açmaqdan durmadı geri,Bütün istəyini sürdü irəli:
“Könlümə qonmuşdur belə bir həvəs,Sizdən başqasıyla almayım nəfəs.
Sizin rəyinizlə istərəm ancaqDünyanı mən qarış-qarış dolaşmaq.
Ruma dönmək idi fikrim, nə etmək,Atın cilovunu çevirdi fələk.
Əzm etdim ki, Ruma çevirməyim üz,Ölkələr dolaşım gecə və gündüz.
Şən, uçuq yerlərdə gəzim hər yanı,Əlimə keçirim bütün dünyanı.
“Səncab” ölkəsinin başında durum.“Səqlab” gümüşünə sikkəmi vurum.
Ölkələr, torpaqlar dolaşmaqla mənÖyrənim xalqlardan hansıdır çox şən.
Alım bu şənlikdən faydalı bəhrə,Çünki təsir edir dəmir dəmirə.
Birinci yürüşdə istəyim ancaqO qoca Əlbürzə kəsmə yol açmaq.
Dağları, çölləri aşıb keçərək,Sonra da dənizə səyahət etmək.
Xəzər dənizinə durum baxım mən,Damlalar çiləyim suya qədəhdən.
Ordumla sahilə çıxınca artıqBir həftə ovlayım quş ilə balıq.
Sonra da baxaram əzmim nəyədir,Zəmanə o zaman bir yol göstərir.
Bu işlər olurmu fikrinizlə saz?Dövlət doğrulardan boyun qaçırmaz”.
Başçılar yer öpdü: “Sizindir əmr,Bizim fikrimizdir şah tökən tədbir.
Baş qoyarıq, hara qoysanız ayaq,Əmriniz hər başa bir tacdır parlaq.
Suda, ya atəşdə yer varsa, yenəFikrimiz baş əyər hər bir əmrinə.
Atsanız yerə ən uca dağlardan,Qorxusuz düşərik yerə hər zaman.
Şahdan bir yol seçmək, bizdənsə ancaq,Padşahın əmrinə boyun qatlamaq”.
Bu sözdən ürəyi olunca rahət,İskəndər onlara etdi çox hörmət.
Yola çıxmaq üçün gördü hazırlıq,Açdı xəznələrin ağzını artıq,
Ordunu gövhərlə elə doyurdu,Onları cəvahir daşımaq yordu.
Öz kəskin ağlıyla qabağı görənQorxaraq çəkindi yaman gözlərdən.
Xəzinə yükləndi, yol aldı, ancaqYollarda çətindi onu daşımaq.
Dağlara qaldırmaq çətin olurdu,Xəzinə çəkirdi göylərə ordu.
Belə bir fikirə gəldi İskəndər,O köhnə top üçün düzəltsin çənbər.
Yerləri öyrənsin, o mənzil-mənzil,Quru nə qədərdir, dəniz neçə mil.
Bilsin yer üzündə uca, alçağı,Enə və uzuna ölçsün torpağı.
Ədldən, zülümdən tutaraq xəbər,Hər yoldan azana olsun bir rəhbər.
Hər zülmü ədlilə yusun dövrandan,Qurtarsın hər azad xalqı bu qandan.
Hər qorxulu yerə çəksin bir hasar,Hər yerdə bir hünər eyləsin izhar.
“Yollar çox uzaqdır” deyə düşündü,Yollarda təhlükə, qorxu göründü.
Hədərə getməsin çəkdiyi zəhmət,Xəzinə olmasın düşmənə qismət.
Gördü ki, talandan varlanmış əsgər,Varlandıqlarından qorxdu İskəndər.
Birinci, çalışmaz varı olanlar,Əlindən var-yoxu getməkdən qorxar.
İkinci, qarşıya çıxsa ac, bəlli,Qılıncı endirər o, iki əlli.
Sınaqlı kəslərdən böyük İskəndərÖzüylə almışdı yüz on üç nəfər.
Hamısı şahanə məclisin qəlbi,Hər işdə ağıl və tədbir sahibi.
Sınanmış Bəlinas hamıdan yaşlı,Hamıdan bilikli, hamıdan başlı.
Ən çətin işlərə onu çəkərdi,O da ən ağıllı tədbir tökərdi.
Xəzinə və yolun çətinliyindən,Söz açdı ona hər uzağı görən.
Bəlinas söylədi hey düşünərək:“Xəzinə torpağa gömülsün gərək!
Ordu da padşahı təqlid eləsin,Bir xarabalıqda malı gizləsin.
Bilinsin xəzinə gizlənən məkan,Hər kəs öz varına qoysun bir nişan.
O uzaq yollardan qayıdan zamanHər kəs qoyduğundan tapsın bir nişan.
Tanısın qoyduğu nişanı hər kəs,Etsin öz malını almağa həvəs”.
Bu fikri İskəndər irəli sürdü,Ordunun xeyrini bu işdə gördü.
Torpağa gömdü öz xəzinəsini,Nişanla bərkitdi dörd dövrəsini.
Əmr etdi, basdırsın sərvəti olan,Qəlbindən sil insin qorxu və duman.
Dağlarda, daşlarda hamı yer-yerdənDaş-qaşı gömərək döndülər şən-şən.
Hər kim ki xəzinə və sərvət qoydu.Üstündə bir nişan və surət qoydu.
Beləydi ruzgarın fəndi, oyunu,Başqa bir xəyala çevirdi onu.
Ayrı bir tərəfdən Ruma yol aldı,Xəzinə o yerdə gömülmüş qaldı.
O qədər saz idi ordunun halı,Ehtiyac görmədi alsın o malı.
Açıqda o qədər tapdılar dövlət,Gizlənən sərvətə olmadı rəğbət.
Səfərdən Yunana basarkən ayaq,Dünya işlərindən oldular uzaq.
Tikdilər məbədçün ən yüksək bina,Oldu hər kəs üçün ibadətxana.
Deyrə vəqf edildi gömülən sərvət,Hər kişi verdi baş rahibə bir xətt,
O xətlə Tanrıya, dinə inananAxtarıb tapsın hər sərvətdən nişan.
O monastırlarda indiyə qədərGömülən sərvətdən qalır sənədlər.
Bunu dini bir borc bilənlər, əlbət,Məbədə ürəkdən göstərir xidmət.
Sənəddən birisi verilir ona,Düşür o sərvəti tapmaq yoluna.
Xəzinə açanın gəlsə müjdəsi,Alar hər xəznədən ayaq kirəsi.
Mənə bəxtim ayaq kirəsi vermiş,Ayağım xəzinə içinə girmiş.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-serefname-35
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
مغنی ره باستانی بزنمغانه نوای مغانی بزن
Икбал-наме, глава 13Спой о счастье, певец, чтоб уверился я,Что о счастье поешь ты ясней соловья.
Икбал-наме, глава 14О певец, прояви свой пленяющий жар,Подиви своей песней, исполненной чар.
Икбал-наме, глава 15О певец, прояви свой пленяющий жар,Подиви своей песней, исполненной чар!
Стихи других поэтов
Ey dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
KəklikCanım kəklik gözüm kəklikYerişin yarıma bənzər
OlurZərrəcə qəm çəkmə, aliyi-həzrətim,Qadir Mövlamız sənə yar olur,