بیا ساقی آن بکر پوشیده رویبه من ده گرش هست پروای شوی

Saqi, dur, örtülü bakirəni sənMənə ver, qorxursa ərə getməkdən.

کنم دست شوئی به پاک از پلیدبه بکر این چنین دست باید کشید

Əlimi yuyum hər kirdən, murdardan,Təmiz olmalıdır bikrə əl vuran!

دگر باره بلبل به باغ آمدستپری پیش روشن چراغ آمدست

Yenidən bu bülbül girmişdir bağa,Bu pəri yan almış işıq - çırağa.

خیال پری پیکری می‌کندمرا چون خیال پری می‌کند

Fikrimə can verir bu pəricamal,Pəriyə döndərmiş məni bir xəyal.

ازین کان تاریک اهریمنیگهر بین که آرم بدین روشنی

Bu qara Əhrimən mədənindən mənBir gövhər alım ki, çıraqdan rövşən.

هزار آفرین باد بر زیرکانکه روشن زر آرند ازین تیره کان

Minlərcə eşq olsun, zəkalı ərlərZülmətdən çıxarır işıqlı gövhər.

گزارندهٔ شرح آن مرزبانگزارش چنین آورد بر زبان

Keçmişi gözəlcə bilib tanıyanTarixdən nəql edir belə bir dastan:

که چون شاه عالم به دانای رومبفرمود تا سازد از سنگ موم

Rum sənətkarına şah verdi fərman,Tədbirlər tökərək mum alsın daşdan.

به پیروزی آن نقش در خواستهچو پیروزه نقشی شد آراسته

O tələb edilən uğurlu heykəlFiruzə naxşıtək bəzəndi gözəl.

ز خوبی چنان ساختش نقش بندکه بربست بر نقش ترکان پرند

Heykələ vurmuşdu elə bir bəzək,Türklərin nəqşinə bağladı ipək.

چو پیکر برانگیخت پیکر نمایشه از پیش پیکر تهی کرد جای

Heykəli dikəltdi mahir sənətkar,Önündən şövkətlə keçdi hökmüdar.

به هر جا که می‌رفت می‌ریخت گنجبه امید راحت همی برد رنج

Keçirkən saçırdı cavahir, dövlət,Dincəlmək fikriylə çəkirdi zəhmət.

به هر هفته‌ای منزلی چند راندبه هر منزلی هفته‌ای چند ماند

Həftədə bir neçə mənzil gedirdi,Mənzildə həftədən çox dincəlirdi.

چو منزل در آمد به بدخواه تنگهژیران به کین تیز آرند چنگ

Düşmənə olunca yaxın, coşdu kin,Əjdərlər pəncəni etdilər kəskin.

فراخی گهی بود نزدیک آبفرود آمد آنجابه هنگام خواب

Qarşıda göründü geniş bir sahil,Gecəykən o yerdə etdilər mənzil.

در آن مرغزار از ملک تا سپاهبرآسوده گشتند از آسیب راه

O yaşıl çəməndə ordu, tacidarYolun zəhmətindən rahat oldular.

چو انجم برآراست لشگر گهیکشیده به گردون درو درگهی

Ulduztək bəzədi baş ordugahı,Göylərə ucaltdı onda dərgahı.

جهان را ز رایت چو طاوس کردسراپرده را در سوی روس کرد

Hər tərəf bayraqla döndü tovusa,Ordunun ağzını çevirdi rusa.

به روسی خبر شد که دارای رومدرآورد لشگر بدان مرز و بوم

Bu qorxulu xəbər çatdı ruslara:Əsgərlə yetişdi o rumlu Dara,

سپاهی که اندیشه را پی کندچو کوهه زند کوه ازو خوی کند

O qədər əsgər heç gəlməz xəyalə,Dağlar da dayanmaz etsə bir həmlə,

دلیران شمشیر زن بی شماربه مردم گزائی چو پیچنده مار

Zor igidləri var qılınc oynadan,İnsanı qıvrılmış ilantək sancan.

کمند افکنانی که چون تند شیردرارند سرهای پیلان به زیر

Qızmış bir aslandır kəmənd quranlar,Fillərin başını yerə buranlar.

غلامان چینی که در دار و گیرز موئی جهانند صد چوبهٔ تیر

Çinli qulları var, hərbə girincəBir teldə ox atar yüzlər, minlərcə.

سکندر نه تند اژدهائیست اینجهانرا ستمگر بلائیست این

İskəndər deyil tək acıqlı aslan,Bəladır dünyaya o qan qusduran.

نه لشگر یکی کوه با او روانکه در زیر او شد زمین ناتوان

Ardınca dağ kimi bir ordu gəlir,Yer, göy titrəyərək tozlar yüksəlir.

ز پیلان دو صد پیل پولاد پوشکه آرند خون زمین را به جوش

İki yüz fili var üstü poladdan,Torpağın canına salır həyəcan.

یکی دشت بر پیل و بر پیلتنهمه کشور آشوب و لشگر شکن

Çölləri tutmayır igidlər, fillər,Ordusu ordular yaran bir əjdər.

چو قنطال روسی که سالار بودشد آگه که گردون بدین کار بود

Eşitdi rusların sərdarı QıntalKi, dövran doğurmuş başqa bir əhval,

یکی لشگر انگیخت از هفت روسبه کردار هر هفت کرده عروس

Yeddi rus soyundan tərpətdi ordu,Hər qövmə uyan bir yaraşıq vurdu.

ز برطاس و آلان و خزران گروهبرانگیخت سیلی چو دریا و کوه

Burtasdan, Alandan, Xəzrandan hədsiz,Sanasan sel kimi axdı dağ, dəniz.

ز ایسو زمین تا به خفچاق دشتزمین را به تیغ و زره در نوشت

İsudan Qıpçağın çölünə qədərHər yeri doldurdu ox, geyim, xəncər.

سپاهی نه چندان که لشگر شناسبه اندازهٔ آن رساند قیاس

Hesaba gəlməyən qədər əsgər var,Sayından acizdi böyük hesabdar.

چو عارض شمرد آنچه در پیش بودز نهصد هزارش عدد بیش بود

Qarşıda olanı saydı bir bilən,Ziyadə göründü doqquz yüz mindən.

فرود آمدند از سر راه دوردو فرسنگی از لشگر شاه دور

Rusa iki ağac qaldığı zaman,Atlardan enərək tutdular məkan.

به لشگر چنین گفت قنطال روسکه مردافکنان را چه باک از عروس

Rus Qıntal söylədi: “Mərdləri yenən,Döyüşdə qorxarmı qızdan, gəlindən?

چنین لشگر خوب نادیده رنجهمه سر بسر کاروانهای گنج

Heç zəhmət görməmiş belə bir əsgər,Xəzinə karvanı, üstü zər, zivər.

کجا پای دارند با روسیانچنین نازنینان و ناموسیان

Belə bir namuslu nazlı utancaqRuslarla döyüşdə tutarmı ayaq?

همه گوهرین ساز و زرین ستامبلورین طبق بلکه بی جاده جام

Cilovu, yəhəri qızıldır, gövhər,Saf büllur təbəqlər, yaqut qədəhlər.

همه کارشان شرب و مالشگرینگشته شبی گرد چالشگری

İşləri içməkdir, kefdir hər zaman,Bir kərə keçməmiş hərbin yanından.

شبانگه به بوی خوش انگیختنسحرگه به شربت برآمیختن

Gecələr alır xoş qoxudan fərəh,Gündüzlər içkiylə qaldırır qədəh.

جگر خوردن آیین روسان بودمی‌و نقل کار عروسان بود

Biz ruslar ciyəri yeyərik bol-bol,Qızlara yaraşır bu şərab, noğul.

ز رومی و چینی نیاید نبردهمه خز و دیبا بود سرخ و زرد

Rumlular, çinlilər döyüşə girməz,Geyinər qırmızı diba, sarı xəz.

خدا داد ما را چنین دستگاهخدا داده را چون توان بست راه

Haqq bizi nemətlə etmiş sərəfraz,Haqq verən bəxşişin önü alınmaz.

اگر دیدمی این غنیمت به خوابدهانم شدی زین حلاوت پر آب

Yuxuda görsəydim bu qəniməti,Axardı ağzımın dadlı şərbəti.

یکی نیست در جملهٔ بی تاج زربه دریا نیابیم چندین گهر

Bir deyil, hədsizdir taclar, bəzəklər,Dənizdə tapmarıq bu qədər gövhər.

گر این دستگه را به دست آوریمبراقلیم عالم شکست آوریم

Bu zəngin dövləti keçirsək ələ,Bütün ölkələrə düşər vəlvələ.

جهان را بگیریم و شاهی کنیمهمه ساله صاحب کلاهی کنیم

Padşahlıq edərək dünyanı alaq,Əsrlər boyunca tacidar olaq”.

پس آنکه فرس راند بالای کوهتنی چند با او شده هم‌گروه

Atını oynatdı dağın başına,Bir neçə nəfər də qoşuldu ona.

به انگشت بنمود کانک ز دورجهان در جهان نازنینند و حور

Əliylə uzağı göstərdi: “Baxın,Hurilər dünyaya etmişdir axın!

درو درگه از گوهر و گنج پربه جای سنان و زره لعل و در

Dərgahı büsbütün gövhər, xəzinə,İncilər saçılmış silah yerinə.

همه زین زرین یاقوت کارکفن پوشهای جواهر نگار

Yəhərlər büsbütün yaqutla dolu,İncidir, gövhərdir atların çulu.

کلاه مرصع برافراشتهقبا تا کف پای بگذاشته

Ulduzlu külahlar ucalmış göyə,Uzun don az qalır ayağa dəyə.

همه فرش دیبا و شعر و حریرنه در دست نیزه نه در جعبهٔ تیر

Tirmələr, ipəklər, fərşlər, xalçalar.Nə əldə nizə, nə oxluqda ox var.

همه عنبرین دار و خلخال پوشسر زلف پیچیده بالای گوش

Xalxalı qızıldan taxmış ayağa,Zülfünün ucunu burmuş qulağa.

سراپای در زیور خسروینه پای رونده نه دست قوی

Hamısı şahanə zinətlə dolu,Yox gedən ayağı, yox güclü qolu.

بدان سست پایان پیچیده دستسکندر چه لشگر تواند شکست

Bu əlsiz-ayaqsız nəfərlər neylər?İskəndər bunlarla ordumu yenər?

گر افتد بر ایشان سر سوزنیدهن را گشایند چون روزنی

Onlara bir iynə batırsan, bişəkk,Ağızlar açılar bir pəncərətək,

به تاریخ و تقویم جنگ آورندمهی در حسابی درنگ آورند

Tarixlə, təqvimlə hərbə gedirlər,Hesabda bir ayı təxir edirlər.

نه آن لشگرند این که روز نبردز خسته کلوخی برآرند گرد

Bu ordu ən qızğın döyüşdə bir azƏzilmiş kəsəkdən toz da qoparmaz.

چو ما حمله سازیم یکره ز جایبه یک حملهٔ ما ندارند پای

Birlikdə hücuma keçsək üz-üzə,Bu ordu dayanmaz bir həmləmizə”.

چو روسان سختی کش سخت مغزفریبی شنیدند از اینگونه نغز

Zəhmətlə keçinən sadəlövh ruslarHiyləyə aldanıb dedilər: “Sərdar!

کشیدند سرها که تا زنده‌ایمبدین عهد و پیمان سرافکنده‌ایم

Nə qədər ki, can var - əmrində varıq,Bu əhdə, peymana baş, can qoyarıq.

بکوشیم کوشیدنی چون نهنگنمانیم ازین گلستان بوی و رنگ

Hər işdə, hünərdə olarıq nəhəng,Qoymarıq qalsın bu gülşəndən bir rəng.

بر اعدای دولت شبیخون کنیمبه نوک سنان خاره را خون کنیم

Biz basqın edərik azğın düşmana,Nizəmiz daşları boyar al qana.

چو دست از سنان سوی خنجر کشیمبداندیش را دام در سر کشیم

Nizədən qılınca əl atan zamanBaşını keçirər kəməndə düşman”.

چو روسی سپه را دلی گرم دیدز نیروی خود کوه را نرم دید

Rus ordu qəlbini bir ocaq gördü,Gücündən dağları yupyumşaq gördü.

به لشگرگه آمد به تدبیر جنگز دل برد زنگار و از تیغ زنگ

Döndü ordugaha, diləyi zəfər,Qılıncdan pas sildi, qəlbindən kədər.

ز دیگر طرف شاه لشگر شکنبه تدبیر بنشست با انجمن

O biri tərəfdən şah da oturdu,Başçı igidlərlə bir məclis qurdu.

بزرگان لشگر همه گرد شاهنشستند چون اختران گرد ماه

Padşahı igidlər almış ortaya,Bənzərdi dörd yanı ulduzlu Aya.

قدرخان ز چین گورخان از ختندپیس از مداین ولید از یمن

Qədər xan Xətadan, Qur xan Xütəndən,Dəbis Mədayindən, Vəlid Yəməndən,

دوالی ز ابخاز و هندی ز ریقباد صطخری ز خویشان کی

Dəvalı Abxazdan, Hindi də Reydən,Qubad İstəxrdən, Nəsəbi Keydən,

زریوند گیلی ز مازندراننیال یل از کشور خاوران

Gilanlı Zərivənd Mazandarandan,Xavər ölkəsindən, Niyal pəhləvan,

بشک از خراسان و فوم از عراقبریشاد از ارمن بدین اتفاق

Sipənd Xorasandan, Fur da İraqdan,Bərişad Ərməndən, bu ittifaqdan,

ز یونان و افرنجه و مصرو شامنه چندانکه بر گفت شاید به نام

Rumdan, Əfrəncədən, Misirdən, ŞamdanHesaba gəlməyən bir çox pəhləvan.

جهاندار کرد از غم آزادشانبه دلگرمی امیدها دادشان

Padişah onları qurtardı qəmdən,Ümidlər verməklə etdi qəlbi şən.

چنین گفت کین لشگر جنگجویبه پیکار شیران نکردند خوی

Dedi: “Düşmənimiz dava görməmiş,Aslanla döyüşə etməmiş vərdiş.

به دزدی و سالوسی و رهزنینمایند مردی و مردافکنی

Quldurluq, oğurluq, bir də yol vurmaq,Düşmənin mərdliyi, bax, budur ancaq!

دو دستی ندیدند شمشیر کسهمان ناچخ و نیزه از پیش و پس

Qılıncı görməmiş hər iki əldə,Bıçağı, nizəni köküsdə, beldə.

سلاحی و سازی ندارند چستز بی آلتان جنگ ناید درست

Bunlarda tapılmaz kəskin bir yaraq,Yaraqsız döyüşdə neylər bir qoçaq?

برهنه تنی چند را در مصافچه باشد بریدن ز سر تا به ناف

Qarşıya çıxsa bu çılpaq nəfərlərBiçərik başından göbəyə qədər.

چو من تیغ گیرم بجنبم ز جایفرو بندد البرز را دست و پای

Meydanda başlasam qılınc oyunu,Bağlaram Əlbürzün uca qolunu.

من آن دور گیرم که دارای گردز من جان همی برد و جان هم نبرد

Mənəm əl gəzdirən o uzaqlara,Can almaq istərkən can verdi Dara.

به کیدی که با کید در ساختمبه پای خودش چون در انداختم

Kəməndi hiyləylə atdı Keyd mana,Saldım o kəməndi öz ayağına.

چو با لشگر فور کردم نبردز مردانگی فور کافور خورد

Furun qoşunuyla döyüşə girdim,Mərdliyimdən ona kafur yedirdim.

کمانم چو بر زد به ابرو گرهشه چین کمانرا فرو کرد زه

Yayım ki, qaşına bir düyün aldı,Xaqanın yayında kiriş boşaldı.

هم از جنگ روسم نباشد شکوهکه بسیار سیلاب ریزد ز کوه

Ruslarla döyüşdən indi qorxmaram,Onlar bir sel isə, mən də bir dağam.

ز کوه خزر تا به دریای چینهمه ترک بر ترک بینم زمین

Xəzər dağından Çin suyuna qədərTürklərlə doludur bütün bu yerlər.

اگر چه نشد ترک با روم خویشهم از رومشان کینه با روس بیش

Bilirəm rumları sevməyir bir türk,Rumlara kinləri rusdan da böyük.

به پیکان ترکان این مرحلهتوان ریخت بر پای روس آبله

Türklərin oxuyla yenə bu zamanQabar əskik olmaz rus ayağından.

بسا زهر کو در تن آرد شکستبه زهری دگر بایدش باز بست

Zəhər ki, vücuda salır zəlzələ,Sağalır yenə də başqa zəhərlə.

شنیدم که از گرگ روباه گیربه بانگ سگان رست روباه پیر

Eşitdim: bir tülkü yırtıcı qurddanKöpək səsləriylə tapmışdır aman.

دو گرگ جوان تخم کین کاشتندپی روبه پیر برداشتند

Durmayıb iki qurd kin ilə coşdu,O qoca tülkünün dalınca qoşdu.

دهی بود در وی سگانی بزرگهمه تشنهٔ خون روباه و گرگ

Çox zorba itləri vardı bu yurdun,Qanına susardı tülkünün, qurdun.

یکی بانگ زد روبه چاره سازکه بند از دهان سگان کرد باز

Qorxudan tülkücük qopardı fəğan,İtlərin bəndini açdı ağzından.

سگان ده آواز برداشتندکه روباه را گرگ پنداشتند

İt səsi bürüdü kəndin üstünü,Canavar sandılar qoca tülkünü.

زبانگ سگان کامد از دوردسترمیدند گرگان و روباه رست

İtlərin səsindən hürkərkən qurdlar,Qurtuldu o tülkü, olmadı şikar.

سگالندهٔ کاردان وقت کارز دشمن به دشمن شود رستگار

Sınaqlı düşmən də hər işdə beləQurtulur düşməndən düşmən əlilə.

اگر چه مرا با چنین برگ و سازبه هم پشتی کس نیاید نیاز

Mənim ki, dəbdəbəm ucalır göyə,Varmı ehtiyacım başqa köməyə?

در چاره بر چاره گر بسته نیستهمه کار با تیغ پیوسته نیست

Hər bağlı qapını açardır açan,Çarə tapılmazsa, danış qılıncdan”.

سران سپه سر کشیدند پیشکه ریزیم در پای تو خون خویش

Başçılar bağırdı baş endirərək:“Yolunda qanımız tökülsün gərək!

نبودیم ازین پیشتر سست کوشکنون گرمتر زان براریم جوش

Hər zaman hünərlə işə yaradıq,İndi biz olarıq ondan da artıq.

هم از بهر مردی هم از بهر مالبکوشیم تا چون بود در جوال

Həm hünər göstərmək, həm də mal üçünÇalışmaq bir borcdur istiqbal üçün!”

سپه را چو دل داد خسرو بسیکه بیدل نیاید که باشد کسی

Orduya verdi çox padişah ürək,Ürəksiz bir nəfər olmasın gərək!

در اندیشه می‌بود تا وقت شامکه فردا چه برسازد از تیغ و جام

Düşündü, daşındı axşama qədər,Cam ilə qılıncdan neyləsin səhər?!

چو از تیرهٔ شب روز روشن نهفتطلایه برون رفت و جاسوس خفت

Üzünü gizlərkən gündüz gecədən,Keşikçi növbətdə, casus yatırkən,

نگهبان لشگر برون از قیاسنشستند بر رهگذرهای پاس

Hesaba gəlməyən növbətçi əsgərKeçidli yollarda keşik çəkdilər.

شب تیره بی پاس نگذاشتندز شب تا سحر پاس می‌داشتند

Keşiksiz qalmadı qaranlıq gecə,Keşikdə qaldılar şəfəq söküncə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов