Сокровищница тайн, глава 15
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
چون سپر انداختن آفتابگشت زمین را سپر افکن بر آب
گشت جهان از نفسش تنگتروز سپر او سپرک رنگتر
با سپر افکندن او لشگرشتیغ کشیدند به قصد سرش
گاو که خرمهره بدو در کشندچونکه بیفتد همه خنجر کشند
طفل شب آهیخت چو در دایه دستزنگلهٔ روز فراپاش بست
از پی سودای شب اندیشهناکساخته معجون مفرح ز خاک
خاک شده بادِ مسیحای اوآب زده آتشِ سودای او
شربت و رنجور به هم ساختهخانه سودا شده پرداخته
ریخته رنجور یکی طاس خونگشته ز سر تا قدم انقاس گون
رنگ درونی شده بیرون نشینگفته قضا «کان من الکافرین»
هر نفسی از سر طنازیییبازیِ شب ساخته شببازییی
گه قصبِ ماه گلآمیز کردگاه دفِ زهره درمریز کرد
من به چنین شب که چراغی نداشتبلبل آن روضه که باغی نداشت
خونِ جگر با سخن آمیختمآتش از آب جگر انگیختم
با سخنم چون سخنی چند رفتبی کسم اندیشه درین پند رفت
هاتف خلوت به من آواز دادوام چنان کن که توان باز داد
آب درین آتش پاکت چراست؟باد جنیبتکشِ خاکت چراست؟
خاکِ تبآرنده به تابوت بخشآتشِ تابنده به یاقوت بخش
تیر میفکن که هدف رای تستمِقرعه کم زن که فَرَس پای تست
غافل از این بیش نشاید نشستبر درِ دل ریز، گر آبیت هست
در خم این خم که کبودی خوش استقصه دل گو که سرودی خوش است
دور شو از راهزنان حواسراه تو دل داند دل را شناس
عرشروانی که ز تن رستهاندشهپر جبریل به دل بستهاند
وانکه عنان از دو جهان تافتهستقوت ز دیواره دل یافتهست
دل اگر این مُهره آب و گل استخر هم از اقبال ِتو صاحبدل است
زنده به جان خود همه حیوان بوَدزنده به دل باش که عمر آن بود
دیده و گوش از غرض افزونیاندکارگرِ پردهٔ بیرونیاند
پنبه درآکنده چو گُل گوش تونرگسِ چشم آبلهٔ هوش تو
نرگس و گل را چه پرستی به باغ؟ای ز تو هم نرگس و هم گل به داغ
دیده که آیینهی هر ناکس استآتش او آب جوانی بس است
طبع که با عقل به دلالگیستمنتظر نقد چهل سالگیست
تا به چهل سال که بالغ شودخرج سفرهاش مبالغ شود
یار کنون بایدت افسون مخواندرس چهل سالگی اکنون مخوان
دست برآور ز میان چاره جویاین غم دل را دل غمخواره جوی
غم مخور البته که غمخوار هستگردن غم بشکن اگر یار هست
بی نفسی را که زبون غم استیاری یاران مددی محکم است
چون نفسی گرم شود با دو کسنیست شود صد غم از آن یک نفس
صبح نخستین چو نفس برزندصبح دوم بانگ بر اختر زند
پیشترین صبح به خواری رسدگرنه پسین صبح به یاری رسد
از تو نیاید به توی هیچ کاریار طلب کن که برآید ز یار
گرچه همه مملکتی خوار نیستیار طلب کن که به از یار نیست
هست ز یاری همه را ناگزیرخاصه ز یاری که بود دستگیر
این دو سه یاری که تو داری ترندخشکتر از حلقه در بر درند
دست درآویز به فتراک دلآب تو باشد که شوی خاک دل
چون ملکالعرش جهان آفریدمملکت صورت و جان آفرید
داد به ترتیب ادب ریزشیصورت و جان را به هم آمیزشی
زین دو همآگوش دل آمد پدیدآن خلفی کاو به خلافت رسید
دل که بر او خطبه سلطانی استاکدشِ جسمانی و روحانی است
نور ادیمت ز سهیل دلستصورت و جان هر دو طفیل دلست
چون سخن دل به دماغم رسیدروغن مغزم به چراغم رسید
گوش در این حلقه زبان ساختمجان هدف هاتف جان ساختم
چربزبان گشتم از آن فربهیطبع ز شادی پر و از غم تهی
ریختم از چشمه چشم آب سردکاتش دل آب مرا گرم کرد
دست برآوردم از آن دست بندراهزنان عاجز و من زورمند
در تک آن راه دو منزل شدمتا به یکی تک به در دل شدم
من سوی دل رفته و جان سوی لبنیمه عمرم شده تا نیمشب
بر در مقصوره روحانیمگوی شده قامت چوگانیم
گوی به دست آمده چوگان مندامن من گشته گریبان من
پای ز سر ساخته و سر ز پایگویصفت گشته و چوگان نمای
کار من از دست و من از خود شدهصد ز یکی دیده یکی صد شده
همسفران جاهل و من نوسفرغربتم از بیکسیام تلختر
ره نه کز آن در بتوانم گذشتپای درون نی و سرِ باز گشت
چونکه در آن نقب زبانم گرفتعشق نقیبانه عنانم گرفت
حلقه زدم گفت بدین وقت کیست؟گفتم اگر بار دهی آدمیست
پیشروان پرده برانداختندپرده ترکیب در انداختند
لاجرم از خاصترین سرایبانگ در آمد که نظامی درآی
خاصترین محرم آن در شدمگفت درون آی درونتر شدم
بارگهی یافتم افروختهچشم بد از دیدن او دوخته
هفت خلیفه به یکی خانه درهفت حکایت به یک افسانه در
ملک ازان بیش که افلاک راستدولتیا خاک که آن خاک راست
در نفس آباد دم نیمسوزصدرنشین گشته شه نیمروز
سرخ سواری به ادب پیش اولعل قبایی ظفر اندیش او
تلخ جوانی یزکی در شکارزیرتر از وی سیهی دُردخوار
قصد کمین کرده کمند افکنیسیم زره ساخته رویینتنی
این همه پروانه و دل شمع بودجمله پراکنده و دل جمع بود
من به قناعت شده مهمان دلجان به نوا داده به سلطان دل
چون علم لشگر دل یافتمروی خود از عالمیان تافتم
دل به زبان گفت که ای بیزبانمرغ طلب بگذر از این آشیان
آتش من محرم این دود نیستکان نمک این پاره نمک سود نیست
سایهم از این سرو تواناترستپایهم از این پایه به بالا ترست
گنجم و در کیسه قارون نیمبا تو نیم وز تو به بیرون نیم
مرغ لبم با نفس گرم اوپر زبان ریخته از شرم او
ساختم از شرم سرافکندگیگوش ادب حلقهکش بندگی
خواجهی دل عهدِ مرا تازه کردنام نظامی فلک آوازه کرد
چونکه ندیدم ز ریاضت گزیرگشتم از آن خواجه ریاضت پذیر
Günəş elə ki, enib əlinə qalxan aldı,Yer də mavi səmayə öz kölgəsini saldı.
Bu dünya nəfəsindən başladı daralmağa,Onun dairəsindən üz qoydu saralmağa,
Günəş batarkən, onun başını kəsək deyə,Qoşunları gecənin qılınc qaldırdı göyə.
Sağkən muncuq taxsalar inək boynuna əgər,Yıxıldımı, görərsən hamı başını kəsər.
Qaldırınca dayəyə əl gecənin uşağı,Dayə etdi gündüzün zəngini boyunbağı.
Gecənin sövdasından fələk qalmadı məmnun,Torpaqlardan düzəltdi fərəh gətirən mə’cun.
İsa nəfəsi kimi olaraq torpaq ona,Su səpdi, su çilədi qızğın sövda oduna.
Dayə şərbət içirtdi xəstəyə can verdi, canBərbad oldu sövdanın yaşadığı xanıman.
Bir kasa qan qusarkən gecə inildəyərək,Rəngi qaraldı onun təpədən dırnağadək.
Daxilini üzündə göstərdi birdən dünyaÜzqara və kafər söylədi qəza ona.
Şuxluqla, incəliklə coşub qaynayırdı o,Gecənin məclisində oyun oynayırdı o.
Gah gül səpərdi ayın paltarına o birbaş,Gah Zöhrənin dəfinə dirəm edərdi şabaş.
Belə gecənin ki, yoxdu şamı, çırağı,Mən olmuşdum bülbülü, olmasa da gül bağı.
Ciyərimin qanını hey qarışdırdım sözə.Odlar törətdim ciyər suyundan təzə-təzə,
Sözümlə söz açaraq məsləhət elədim mən,Belə bir fikrə gəldim kimsə kömək etmədən.
Hatif məni səslədi: „Qulaq as, dinlə, ey, sən.Borca elə giriş ki, tez qaytara biləsən.
Müqəddəs atəşində söylə bəs neçin su var?Yel torpağınçın nədən yedək çəkir? Qıl izhar,
Qızdırmalı torpağı bağışla su tabuta,Bağışla bu qızarmış odları da yaquta.
Ox atma ki, hədəfin düşüncəndir hər saat,Yelləndirmə qamçını, öz ayaqlarındır at.
Yaramaz bundan artıq qafil oturmaq daha,Suyun varsa, durma, tök könül adlı dərgaha,
Bu gözəl səma rəngli göyün əyrisində sənKönül hekayəsini bizə söylə ürəkdən.
Duyğu oğrularından çalış qurtar yaxanı,Könül bilir yolunu sən də o könlü tanı,
Fələklərdə dolanan saysız ulduzlar yenəCəbrail qanadını bağlamış özlərinə.
İki dünyadan cilov döndərən kimsə həmənBütün azuqəsini ala bilmiş könüldən.
İnsana məqsəd üçün artırılmış göz, qulaqOnlar bayır pərdənin iş görənidir ancaq.
Doldurmuş qulağını pambıqla qəflət hissi,Ağlının çiçəyidir, gözlərinin nərgisi,
Bağda nərgizə neçin bəsləyirsən məhəbbət,Nərgiz də səndən olmuş ürəyi dərdli, əlbət.
Hər nakəsin güzgüsü gördüyü qoşa gözdür,Cavanlığın suyusa ona alovdur, közdür.
Birləşmək istəyirkən əql, kamalla ilhamQırx illik bir ömürdən o gözləyir bəhrə, kam.
Günlər gəlib keçdikcə çatınca qırx yaşına,Onun səfər xərci də çox artır özbaşına.
Sənə kömək lazımdır, gəl, əfsanə toxuma,Qırx illik dərsi indi təkrar edib oxuma.
Özünə çarə axtar, əlini belindən çək,Könlündəki qəminçin tap bir qəm yeyən ürək.
Qəmxar varkən qəm yemə, dərindən düşün bunu,Köməyin varsa, durma, sındır qəmin boynunu.
Qəmdən aciz düşmüşə, dinlə gör nə deməkdir,Yoldaşlar əl tutarsa çox möhkəm bir köməkdir.
Bir nəfəs iki kəslə təzələşərsə bir dəm,O bir nəfəsdən isə yoxalar yüzlərcə qəm.
İlk səhər dərin-dərin nəfəs aldıqdan sonraİkinci səhər meydan oxuyar ulduzlara.
İlk səhər bəllidir ki, zəlil olar, xar olar,Amma ikinci səhər dada yetən yar olar.
İnan ki, özlüyündə heç nə gəlməz əlindən,Yar axtar ki, yar olsa iş çıxar əməlindən.
Bolluqda hər məmləkət olmasa da Xar kimiKömək istə, dadına yetən olmaz yar kimi.
Dost gərəkdir həyatda hər qəlbə, hər könülə,Elə yoldaş ki, versin səninlə o, əl-ələ.
Bu iki-üç ayıblı yoldaşlarını burax,Onlar sənin qapında quru halqadır ancaq.
Durma, yapış könülün üzəngi qayışından,Könülə torpaq olsan, sənin abrındır, inan.
Bu dünyanı yaradan ərşin padşahı allah,Bu can, surət mülkünü yaradarkən, ol akah.
Tökdü kərəm tərkibi, həmən bu qarışıqdanUyuşdu bir-birinə, doğdu surət ilə can.
İki qucaqlaşmadan könül güldü, nəhayət,O elə oğuldur ki, aldı ələ xilafət.
Padşahlıq eləyən ürək, bilir ki, insanBir övladdır törəmiş o cismdən və ruhdan.
Dərinin parlaqlığı doğmuş qəlb ulduzundan,Bir könülə möhtacdır həyatda surət və can.
Könülün sözü, adı çatanda dimağıma,Beynimin yağı süzdü yetişdi çırağıma.
Etdim bu dairədə qulağımı dil yenə,Canı nişanə verdim həmən can hatifinə.
Kökəldi, yağlı oldu birdən ağzımdakı dil,Təb’im sevinclə doldu qurtardı qəmdən könül,
Mən bu isti çeşmədən soyuq su tökdüm hər an,Könlümdəki alovla qızırdı çünki qazan.
Əllərimi zəncirdən, kiliddən etdim xilasÖnümdə məğlub olur hər oğru, hər yaramaz.
O yolu hey çaparaq yol getdim iki mənzil,Çatdım mən bir yürüşlə könül qapısına bil.
Bitdi həyat, bir gülən görmədim ürəyimi,Ömrüm çox qara keçdi, gecə yarısı kimi.
Ruhani sirrlərin qapısında göründüm,Əyilmiş qamətimlə mən bir halqaya döndüm.
Əyilib düz qamətim oldu yumru top kimi,Birləşmiş gördüm axır yaxamla ətəyimi.
Ayaqdan baş qayırdım, başdan qayırdım ayaq,Çovkan görkəmli bir top şəklində oldum ancaq.
Nəhayət əldən düşüb bihal olduğum zamanYüzü bir, biri isə yüz kimi gördüm, aman!
Səfər dostlarım cahil, çox təcrübəsizəm mən,Acıdır qəribliyim bu kimsəsizliyimdən.
Yol yoxdur, bəs mən yolçun ha yana dönüb baxım,Dönmərəm, içəridə dəyilsə də ayağım.
Mənim o dar lağımda dilim tutulan zamanNəcibanə tutdu eşq atımın cilovundan.
Qapını döydüm, dedi: „Kimdir bu zaman gələn?“Dedim: „Yer versən əgər bir sadə adamam mən“.
Ürəyin pərdəsini onlar qaldırdı birdən,Mən dəxi azad oldum zahiri tərkibimdən.
Saray hərəmlərindən biri yellədərək əl,Dedi ki: „Ey Nizami! Dayanma, içəri gəl!“
Oldum o qapının xas əziz məhrəmlərindən,Deyincə „İçəri gəl“ içəri girdim həmən.
İşıqlı saray gördüm təsviri dilə gəlməz,Məncə o barigahı pis gözlər görə bilməz.
Gördüm yeddi xəlifə yalnız bir xanədəydi,Yeddi nağılsa ancaq bircə əfsanədəydi.
Qəlbin göylərdən geniş mülkündəki hər insanO torpaqda yaşayıb dövlət qazanar inan.
İlıq istilik verən nəfəs ölkəsində, bax,Sədarətdə oturmuş yarım günlük o padşah.
Qırmızı atlı durmuş ədəblə qarşısındaLə’l donluysa onu zəfərlə salır yada.
Acı dilli cavansa hazırdır ova artıq,Onun altında durmuş dərdə qalan qaralıq.
Bir az gendə pusquda dayanmış kəməndatan,Ruyintənsə gümüşdən zireh geymişdir, inan.
Bunlar pərvanə idi, könül isə şəm idi,Hamısı dağınıqdı, könül isə cəm idi.
Könülə qənaətlə bir qonaq oldum, heyhat,Bu canımı mən könül şahına verdim sovqat.
Mən bu könül quşunun bayrağını tapanda,Çevirdim öz üzümü insanlardan cahanda.
Könül dillənib dedi: — Yetər, tanı tay-tuşu,Gəl artıq bu yuvada axtarma arzu quşu.
Mənim odum tüstüyə məhrəm deyildir, qət’iBəllidir təzə duzla duzlamaq olmaz əti.
Kölgəm daha böyükdür, bu sərvdən, bu ağacdan,Mərtəbəmsə ucadır bu mərtəbədən hər an.
Xəzinəyəm, deyiləm Harun kisəsində mən,Səninləyəm hər zaman, deyiləm ayrı səndən.
Dodaq quşumsa onun iti nəfəsi iləTöküb öz dil tükünü, ondan utanır belə.
Önündə haya edib odur ki yerə baxdım,Mən ədəb qulağıma nökər halqası taxdım,
Könül ağası isə təzələdi əhdimi,Nizaminin adını ucaltdı ərşə kimi.
Gördüm ki, qaçmaq olmaz riyazətdən, nəhayətMən də qəbul eylədim o xacədən riyazət.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-sirler-xezinesi-15
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
В час, когда нагорий ворот и пола степейПозлатились ярким блеском солнечных лучей,
Семь красавиц, глава 28Только свет свой понедельник над землей простер,Шах Бахрам разбил зеленый поутру шатер.
Семь красавиц, глава 29В некий Дея месяца день, что был корочеНочи Тира месяца, самой краткой ночи, —
Семь красавиц, глава 30В среду, только озарилась солнцем высотаИ блеснула бирюзою неба чернота, —