ای مَلِکِ جانوران رای تووی گهر تاجوران پای تو

Sən, ey yaranmışlara öz ağlıyla hökmüran!Taclılara ayağı ən nadir bir dürr olan!

گر ملکی، خانهٔ شاهی طلبور گهری، تاج الهی طلب

Şahsan əgər, şahlığın evini gətir ələ,Gövhərsənsə, tanrılıq tacını tələb eylə,

زانسوی عالم که دگر راه نیستجز من و تو هیچ‌کس آگاه نیست

Kimsənin görmədiyi o aləmdən, o yerdənHeç kəsin xəbəri yox, bir sən bilirsən, bir mən.

زان ازلی نور که پرورده‌انددر تو زیادت نظری کرده‌اند

Dünyada əzəliyyət nuruyla bəslənənlər,İnan, hamıdan artıq sənə salmışdır nəzər.

نقد غریبی و جهان شهر توستنقد جهان یک به یک از بهر توست

Sən az tapılan nağdsan, şəhərindir bu cahan,Dünyanın bütün nağdı səninçindir hər zaman.

مُلک بدین کار‌کیایی تُراستسینه کن، این سینه‌گشایی تُراست

Sən bu böyüklüyünlə ölkəndə oldun ağa,Haqqın var fəxr etməyə, ver döşünü qabağa.

دور تو از دایره بیرون‌تر استاز دو جهان قدر تو افزون‌تر است

Sən dairədən kənar dövr edirsən hər zaman;Qədrin iki dünyadan daha artıqdır, inan,

آینه‌دار از پی آن شد سحرتا تو رخ خویش ببینی مگر

Səhər sənin qarşına çıxarır güzgüsünü,Bəlkə sən o güzgüdə görəsən öz üzünü.

جنبش این مهد که محراب توستطفل‌صفت از پی خوشخواب توست

Fələkin hərəkəti, mehrabın bu yatağınŞirin yuxusuyçündür, sənin tək bir uşağın.

مرغ دل و عیسی جان هم توییچون تو کسی گر بود آن هم تویی

Ürəyin quşu, ruhun böyük İsasısan sən,Sənə bənzər bir adam vardırsa, o da sənsən.

سینه خورشید که پر آتش استروی تو می‌بیند از آن دلخوش است

Sinəsi hər bir zaman odla odlanan günəş,Sənin üzünü görüb şadlanır yanan günəş.

مه که شود کاسته چون موی توخنده زند چون نگرد روی تو

Batan zaman ay sənin telin kimi incəlir,Üzünü görən zaman baxıb gülür, dincəlir.

عالم خوش خور که ز کس کم نه‌ایغصه مخور بنده عالم نه‌ای

Kimsədən kəm deyilsən, ömrü belə vur başa,Aləmə qul deyilsən, qəm yemə, məs’ud yaşa,

با همه چون خاک زمین پست باشوز همه چون باد تهی‌دست باش

Başın aşağı olsun torpaq kimi hər zaman,Əliboş dön külək tək sən hamının yanından.

خاکْ تهی بِه نه درآمیختهگَرد بود خاکِ برانگیخته

Qarışıq toz-torpaqdan çox yaxşıdır saf torpaq,Havaya qalxan torpaq qara toz olar ancaq.

دل به خدا بَر نِه و خورسندیییاینت جداگانه خداوندییی

Şad olmaqçün, qəlbini yalnız allaha bağla,Bu da bir ağalıqdır, yaxşı yadında saxla.

کو خبر دین و دیانت کجاست؟ما به کجاییم و امانت کجاست؟

Din, dindarlıq hardadır, xəbər ver, xəbərdar et,Biz hardayıq, söylə, gəl, bəs hardadır əmanət?

آن دل کز دین اثرش داده‌اندزانسوی عالم خبرش داده‌اند

Dinə bağlı ürəyə, unutma ki, vermişlərO aləmdən bir xəbər, o dünyadan bir xəbər.

چارهٔ دین ساز که دنیات هستتا مگر آن نیز بیاری به دست

Ömrün boyu din üçün çarə düşün, fikr elə,Bu hümmətin gətirsin, bəlkə o dini ələ.

دین چو به دنیا بتوانی خریدکن مکنِ دیو نباید شنید

Dini bu dünya ilə asan mümkünkən almaq,Şeytanın hiyləsinə sə’y edib asma qulaq.

می‌رود از جوهرِ این کهرباهر جوِ سنگی به منی کیمیا

Arpa ağırlığında bu kəhraba, bu gövhər,Dəyərlidir, bir batman xalis kimyaya dəyər.

سنگ بینداز و گهر می‌سِتانخاک زمین می‌ده و زر می‌سِتان

Daşı at, əvəzində dəyərli gövhəri al,Torpaq dünyanı burax, qızılı, cövhəri al!

آنکه ترا توشهٔ ره می‌دهداز تو یکی خواهد و ده می‌دهد

Kimdir yol azuqəsi verən, ondan tut xəbər,Səndən birini istər, sənə onunu verər,

بهتر از این مایه‌ستانیت نیستسود کن آخر که زیانیت نیست

Sənə bundan da yaxşı tapılmaz maya yeriMənfəət qazanarsan, görməzsən heç zərəri.

کار تو پروردن دین کرده‌انددادگران کار چنین کرده‌اند

Yalnız dinpərvərlikdir sənə tapşırılan iş,Ədalətli kimsələr belə tapmış pərvəriş.

دادگری مصلحت اندیشه‌ای‌سترَستن از این قومْ مهین‌پیشه‌ای‌ست

Məsləhəti düşünmək adil üçün ne’mətdir,Bu qovmdan qurtarmaq ən böyük bir sənətdir.

شهر و سپه را چو شوی نیک‌خواهنیک تو خواهد همه شهر و سپاه

Sən şəhərə, qoşuna yaxşılıq etsən əgər,Onlar da sənə daim yaxşılıq istəyərlər.

خانه‌برِ مُلک، ستم‌کاری استدولتِ باقی ز کم‌آزاری است

Haqsızlıqla bir ölkə olmaz əsla bərqərar,Olar dövlət həmişə ədalətlə payidar.

عاقبتی هست بیا پیش از آنکردهٔ خود بین و بیندیش از آن

Bil, qiyamət günü var, sən ondan qabaq ayıl,Öz etdiyin işə bax, ondan qorxaraq ayıl,

راحت مردم طلب، آزار چیست؟جز خجلی حاصل این‌کار چیست؟

Xalqa rahatlıq istə, əzmə, inçitmə onu,Xəcalətdən başqa şey deyil bu işin sonu.

مست شده عقل به خوشخواب درکشتی تدبیر به غرقاب در

Əql şirin yuxuda sərxoş yatan zamanda,Sənin o tədbir gəmin suda batan zamanda

ملک ضعیفان به کف آورده گیرمال یتیمان به ستم خورده گیر

„Zəiflərin var-yoxu mənim malımdır“ desən,Yetimlərin malını zülm ilə basıb yesən,

روز قیامت که بُوَد داوریشرم‌نداری که چه عذر آوری؟

Baxılarkən qiyamət günündə haqq-hesaba,Utanmaqdan başqa şey nə taparsan cavaba?

روی به دین کن که قوی‌پشتی استپشت به خورشید که زردشتی است

Üzünü dinə çevir ki, olsun yenməz arxan,Arxa döndər günəşə odur Zərdüştdən nişan;

لعبت زرنیخ شد این گوی زردچون زن حایض پی لعبت مگرد

Zırnıx oyuncağıdır bu sarı toz — bu günəş,Arvad kimi izləmə onu, yerində əyləş!

هرچه در این پرده نُه میخی استبازی این لعبت زرنیخی است

Doqquz mıxlı pərdədə gördüyün hər nəki, var,Günəşin oyunudur, tutmuş yerində qərar.

باد در او دم چو مسیح از دماغباز رهان روغن خود زین چراغ

Üflə çırağı, anıb o kamallı İsanı,Bu çıraqdan bir kərə gəl qurtar öz yaxanı.

چند چو پروانه پر انداختن؟پیش چراغی سپر انداختن

Söylə, nə vaxta qədər belə pərvanə kimi,Sən təslim olacaqsan ona divanə kimi?

پاره کن این پرده عیسی گرایتا پر عیسیت بروید ز پای

İsa tək yırt göydəki o dördüncü qatları,Yaransın ayağında İsanın qanadları.

هرکه چو عیسی رگ جان را گرفتاز سر انصاف جهان را گرفت

Kim İsa tək alarsa ələ can damarını,Öz ədliylə fəth edər, demək, dünya varını.

رسم ستم نیست جهان یافتنملک به انصاف توان یافتن

Zülm ilə bu dünyanı almaq deyildir mümkün,Ancaq ədalət ilə alarsan hər bir mülkü.

هرچه نه عدل است چه دادت دهد؟وآن چه نه انصاف به بادت دهد

Söylə, ədalətsiz iş sənə nə fayda verər?İnsafsız görülən iş ömrünü bada verər.

عدل بشیری‌ست خِرد شاد کنکارگری مملکت آباد کن

— Ədl əqli şad eyləyən muştuluqçudur, inan,Ədlin gücü ölkəni abad edər hər zaman,

مملکت از عدل شود پایدارکار تو از عدل تو گیرد قرار

Məmləkət rahat yaşar nə qədər ki, ədlin var,İşin ədalətinlə tutar daima qərar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов