Сокровищница тайн, глава 3
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
ای به ازل بوده و نابوده ماوی به ابد زنده و فرسوده ما
Sən, ey bizlər yox ikən ta əzəldən var olan!Biz ki, məhv olanlarıq sən, ey həmişə qalan.
دور جنیبتکشِ فرمان تستسُفتِ فلک غاشیهگردان تست
Hökmünün yedəyindən çəkir daim bu zaman,Fələkin çiyni yəhər örtüyünü daşıyan
حلقهزنِ خانهبهدوش توایمچون درِ تو حلقهبهگوش توایم
Sənin qapını döyən dilənçilərik ancaqQapın kimi, qulağı halqalıyıq, yaxşı bax!
داغ تو داریم و سگ داغدارمینپذیرند شهان در شکار
Heç bir çalğıçıya da yoxdur ehtiyacımız,Sənin nəvazişinə çoxdur ehtiyacımız,
هم تو پذیری که ز باغ توایمقمری طوق و سگ داغ توایم
Bu qədər qorxu, ümid səninçindir, qoy deyim,Sən həm keç, həm bağışla qullarını, ey kərim.
بیطمعیم از همه سازندهایجز تو نداریم نوازندهای
Dadımıza yetən yox, qal bizim dərdimizə,Sən bizi rədd eləsən, kim pənah olar bizə?
از پی توست این همه امّید و بیمهم تو ببخشای و ببخش ای کریم
Dağınla dağlanmışıq, bu bir gün kimi aşkar,Dağlanmış itlərisə ova aparmaz şahlar.
چارهٔ ما ساز که بیداوریمگر تو برانی، به که روی آوریم؟
Qəbul elə, sən özün etdin bizləri dağlı,Biz ki, yalnız qumrunuq, itinik boynu bağlı.
این چه زبان؟ وین چه زبانرانی است؟گفته و ناگفته پشیمانی است
Söylə, bu necə dildir, bu necə danışıqdır?Danışmaq da, susmaq da bir peşimançılıqdır!
دل ز کجا؟ وین پر و بال از کجا؟من که؟ و تعظیم جلال از کجا؟
Söylə, könül haradan, bu qol-qanad haradan?Mən hara, sənə tə’zim hara, böyük yaradan?!
جان به چه دل راه درین بحر کرد؟دل به چه گستاخی ازین چشمه خَورد؟
Nə cür’ətlə can aşıb belə dəryadan keçdi?Ürək hansı ərk ilə bu çeşmədən su içdi?
در صفتت گنگ فرو ماندهایم«مَن عرف الله» فرو خواندهایم
Səndəki sifətlərə bizlər qalmışıq heyran,Könüldən dərs almışıq bizlər „ərəfallahdan“.
چون خجلیم از سخن خام خویشهم تو بیامرز به انعام خویش
Xam sözümüzdən ötrü çəkirik çox xəcalət,Bağışlayarsan bizi ne’mətlərinlə, əlbət.
پیش تو گر بیسر و پای آمدیمهم به امید تو خدای آمدیم
Əliboş gəlmişiksə qarşına, bizi dinlə,Gəlmişik sən allahın tükənməz ümidilə.
یار شو ای مونس غمخوارگانچاره کن ای چارهٔ بیچارگان
Bizə kömək elə, ey qəm çəkənlər munisiÇarəsizlər çarəsi, qurtar bəladən bizi,
قافله شد، واپسیِ ما ببینای کَسِ ما! بیکَسیِ ما ببین
Bir bax, qafilə getdi, qaldıq xeyli dalda biz,Sən, ey kimsəmiz olan, qoyma bizi kimsəsiz.
بر که پناهیم؟ تویی بینظیردر که گریزیم؟ تویی دستگیر
Kimə pənah aparaq səndən başqa dünyada?Kimə sığınaq?.. Sənsən yetən bircə imdada.
جز در تو قبله نخواهیم ساختگر ننوازی تو، که خواهد نواخت؟
Yoxdur bizim qibləmiz sənin qapından özgə,Sən kömək eləməsən bəs kim yetər köməyə?
دست چنین پیش که دارد که ما؟زاری ازین بیش که دارد که ما؟
Qarşıda bizdən artıq varmıdır bir əl açan?Varmıdır bizdən də çox qoparan fəryad, fəğan?
درگذر از جرم که خوانندهایمچارهٔ ما کن که پناهندهایم
Bağışla, qoy qalmasın üzərimizdə günah,Çarə qıl, ancaq sənə gətirmişik biz pənah.
ای شرف نام نظامی به توخواجگی اوست غلامی به تو
Nizami adındakı şərəf səndəndir ancaq,Onunçun ağalıqdır sən tanrıya qul olmaq.
نزل تحیّت به زبانش رسانمعرفت خویش به جانش رسان
Gəl, səna təamını onun dilinə yetir,Gəl, öz mə’rifətini onun könlünə yetir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-sirler-xezinesi-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
اول نامه بوَد نام خدایگمرهان را به فضل راهنمای
Семь красавиц, глава 17چونکه خواننده خواند نامه تمامجوش آتش برآمد از بهرام
Семь красавиц, глава 18Только в золотой короне утро над землейНа подножии рассвета трон воздвигло свой,
Семь красавиц, глава 19Счастливо на трон Ирана шах Бахрам взошел,Совершенством и величьем озарил престол.