Ürəyimə yara vurdun öz əlinlə gülə-gülə,Gözlərimdən qanlı yaşlar axıb gedir gilə-gilə.

Ürəyimin içindəsən, şəklin neçin bayırda bəs?Tamarzınam, içərimdə olduğunu bilə-bilə.

Bu dünyadan mənim payım yalnız sənə vurğun ürək,İki ürək birləşibsə, qıyma, dönmə bir qatilə.

Biz ki eşqin mizanında tən - dürüstük rəva görməMənim eşqim çoxaldıqca, səninki az, yüngül gələ?

Bir vaxt məni əzizlərdin... De, bəs nədir bu düşmənlik?Həmənki dost deyiləmmi? Ey nur, ey ilahi şölə!

Макта — последний бейт с тахаллусом поэта. Bütün könlü qırıqları məlhəminlə sağaldan sən,Nizamiyə çatıb növbən... qəsd eləmə, insaf elə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви