Arpa qədər də tabım yox, a buğdayı üzlü nigar!Saman kimi saraltmışdır surətimi qanlı yaşlar.

O buğdayı cəmalına zinət verən sünbüllərinƏn kiçiyi Sünbülədir - çiynindəki qızıl saçlar.

Qoşa zülfün mizanından arpa boyda müşk istərəm,Könlün bir cüt tel yerinə bəlkə qızıl bir beyt umar.

Buğda dərdi çəkən kəndçi mənim qədər çəkibmi dərd?Məqam çatmış, versin mənə gül ətrini gül dodaqlar.

Bircə xalın müşk içində gizli buğda danəsidi,Dənmi umub düşüb tora mənim kimi yüz-yüz şikar?!

Tək buğdanı gözüm yedi, özüm heç nə dadmadım, ah,Qapındakı cənnətindən mən kənaram, xeyli kənar.

Макта — последний бейт с тахаллусом поэта. Gecə-gündüz fırqətindən tən bölündüm buğda kimi,Nizaminin dərdi sənə arpaca da etmədi kar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви