زمین بوسید شاپور سخن‌دانکه دایم باد خسرو شاد و خندان

به چشم نیک بینادش نکوخواهمبادا چشم بد را سوی او راه

چو بر شاه آفرین کرد آن هنرمندجوابش داد کای گیتی خداوند

چو من نقش قلم را درکشم رنگکشد مانی قلم در نقش ارژنگ

بجنبد شخص کاو را من کُنم سَربپرد مرغ کاو را من کُنم پَر

مدار از هیچ گونه گَرد بر دلکه باشد گرد بر دل‌، درد بر دل

به چاره کردنِ کار آنچنانمکه هر بیچارگی را چاره دانم

تو خوش‌دل باش و جز شادی میندیشکه من یک‌دل گرفتم کار در پیش

نگیرم در شدن یک لحظه آرامز گوران تک، ز مرغان پر کُنم وام

نخسبم تا نخسبانم سرت رانیایم تا نیارم دلبرت را

چو آتش گر ز آهن سازد ایوانچو گوهر گر شود در سنگ پنهان

برونْش آرَم به نیروی و به نیرنگچو آتش ز آهن و چون گوهر از سنگ

گهی با گل، گهی با خار سازمببینم کار و پس با کار سازم

اگر دولت بود کآرم به دستشچو دولت خود کنم خسرو پرستَش

و گر دانم که عاجز گشتم از کارکنم باری شهنشه را خبردار

سخن چون گفته شد، گوینده برخاستبسیجِ راه کرد از هر دری راست

بُرنده ره بیابان در بیابانبه کوهستان اَرمن شد شتابان

که آن خوبان چو انبوه آمدندیبه تابستان در آن کوه آمدندی

چو شاپور آمد آن جا سبزهٔ نو بودریاحین را شقایق پیش رو بود

گرفته سنگ‌های لاجوردیز کسوت‌های گل، سرخی و زردی

کشیده بر سر هر کوهساریزمردگون بساطی مرغزاری

ز «جِرَّم‌کوه» تا میدان بغراکشیده خط گل طغرا به طغرا

در آن محراب کاو رکن عراق استکمربند ستون انشراق است

ز خارا بود دِیری سال‌کردهکشیشانی بدو در سالخورده

فرود آمد بدان دیر کهن‌سالبر آن آیین که باشد رسم ابدال

بدو رهبان فرهنگی چنین گفتبه وقت آن که دُرهای دَری سُفت

که زیر دامن این دِیر، غار‌ی‌ستدرو سنگی سیه گویی سواری‌ست

ز دشتِ «رم‌گله» در هر قرانیبه گَشَن آید تکاور مادیانی

ز صد فرسنگی آید بر در غاردر او سنبد چو در سوراخ خود مار

بدان سنگ سیه رغبت نمایدبه رغبت خویشتن بر سنگ ساید

به فرمان خدا زو گشن گیردخدا گفتی شگفتی دل پذیرد

هر آن کُره کز آن تخمش بوَد بارز دوران تک بَرَد وز باد رفتار

چنین گوید همیدون، مرد فرهنگکه «شبدیز» آمده‌ست از نسل آن سنگ

کنون زان دیر اگر سنگی بجویینیابی، گردبادش بُرد گویی

وزان کرسی که خوانند انشراقشسری بینی فتاده زیر ساقش

به ماتم‌داریِ آن کوهِ گل‌رنگسیه‌جامه نشسته یک جهان سنگ

به خشمی کآمده بر سنگلاخششکوفه‌وار کرده شاخ‌شاخش

فلک گویی شد از فریاد او مستبه سنگستان او در شیشه بشکست

خدا را گر چه عبرت‌هاست بسیارقیامت را بس این عبرت نمودار

چو اندر چارصد سال از کم و بیشرسد کوهی چنان را این چنین پیش

تو بر لختی کلوخِ آب‌ خَوردهچرایی تکیهٔ جاوید کرده؟

نظامی زین نمط در داستان پیچکه از تو نشنوند این داستان هیچ

O söz bilən Şapur yeri öpərək,
Dedi: "Xosrov daim şad olsun gərək.

Uğurlar istəyən olsun uğurlu!
Uğruna çıxmasın pis gözün yolu".

Hünərli şahına "afərin" deyib,
Söylədi: "Ey böyük dünyaya sahib!

Qələmlə mən naxış çəkən zamanda
Mani "Ərtəng"ini pozar bir anda.

Adam başı çəksəm, hərəkət edər,
Quş qanadı çəksəm, tez uçub gedər.

Yol vermə ki, qonsun bir toz qəlbinə,
Toz ürəyə dərddir, ərz edim sənə.

Qəm yemə, şadlıqla yaşa, ol aram,
Çalışıb bu işə çarə taparam.

İşimdə bir an da yubanmayaraq,
Quşdan qanad allam, ceyrandan ayaq.

Səni yatırmamış yatmaram bir an,
Sevgilin də sənə yetişər, inan!

Od kimi dəmirdə gizlənmiş olsa,
Gövhər kimi daşda bəslənmiş olsa.

Saf gövhəri daşdan, odu dəmirdən
Çıxarantək onu çıxararam mən.

Gah gülə uyaram, gah da tikana,
Qaydayla salaram işi sahmana.

Səadət olsa yar, alaram onu,
Xosrovun əlinə salaram onu.

Görsəm gücüm çatmır işə, çaparaq,
Şaha bildirərəm yubanmayaraq".

Şapur belə deyib durdu ayağa,
Hazırlıq başladı yola çıxmağa...

Yolda o nə yatdı, nə də dincəldi,
Şirinin yanına bir aya gəldi.

Çox səhradan aşdı, çöllərdən keçdi,
Ərmən dağlarına gəlib yetişdi.

O gözəllər yayın qızmar çağları
Məskən edərdilər yaşıl dağları.

Şapur gələn zaman körpəydi otlar,
Hər yan xoruzgülü, lalə və gülzar.

Güllər içindəydi mavi qayalar,
Min rəngə çalırdı orda ilk bahar.

Dağların başında zümrüddən xalı,
Heyran eyləyirdi fikri, xəyalı.

Cörrum dağlarından Buğra çölünə -
Hər tərəf batmışdı bahar gülünə.

İraqa bir mehrab ola biləcək
Gözəl Inhiraqın ətəyində tək,

Qart daşdan tikilmiş bir kilsə vardı,
Orda bir çox qoca keşiş yaşardı.

Dərviş qılıncında gedib Şapur da
Düşərgə salaraq dayandı orda.

Dəri dürlərini deşdiyi zaman
Belə nəql etmişdir bilici insan:

  • Kilsənin altında var bir mağara,
    Orda süvaritək bir daş - qapqara.

Rəmgilə çölündə - o uzaq yoldan
Döl tutmağa gəlir ora bir madyan.

Gəlir yüz ağacdan duyub o yeri,
Sürünüb ilantək girir içəri.

Qızğın bir şəhvətdən gələrək hala,
Sürtünür o daşa çox ehtirasla.

Allahın əmriylə döl tutur ondan,
Allah əmridir ki, sən buna inan!

O döldən törəyən hər yeni daylaq
Vaxtdan yüyrək olur, yeldən qaçaraq.

O ağıllı keşiş söylədi: - Hətta
O daşın dölüdür bu Şəbdiz at da.

Bugün nişan yoxdur o kəlisadan,
Sanki sovruq atmış orda burulğan.

Inhiraq adlanan daş qayadan sən
Ayaqlara düşmüş bir baş görərsən.

Gül rəngli dağlara saxlayıb yası,
Bir dünya daş geyib matəm libası.

Onun üzərindən keçən fınxırıq,
Daşları eləyib hey qırıq-qırıq.

Onun fəryadından sərxoş olaraq,
Qırıb şüşəsini göy bu yerdə, bax!

Allahın ibrətli şeyi az deyil,
Qiyamətçün olur bu ibrət dəlil!

Dörd yüz il dövründə o dağa əgər
Dəyibsə bu qədər ağır zərbələr,

Sən isə islanmış bir torpaq ikən
Onu əbədimi güman edirsən?

Nizami, dəyişdir söhbəti bir az,
Belə əfsanəni dinləyən olmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов