دگرباره بپرسیدش جهاندارکه دارم زین قیاس اندیشه بسیار

Yenə də soruşdu ondan cahangir:Bir çox şeylər var ki, beynimi əzir,

نخستم در دل آید کاین فلک چیستدرونش جانور بیرون او کیست

Nədir bu fələklər, nədir bu əsrar?Daxildə həyat var, xaricdə nə var?"

جوابش داد مرد نکته‌پردازکه نکته تا بدین دوری مینداز

Büzürg cavab verdi: "Uzağa getmə!Belə nüktələrə çox maraq etmə.

حسابی را کزین گنبد برونستجز ایزد کس نمی‌داند که چونست

Əflakın meydanı çox genişdir, çox,Bir allahdan başqa onu bilən yox.

هر آنچ آمدشدِ این کوی دارددر او روی آوریدن روی دارد

Bu yerdə gördüyün şeylər - nə ki, var,Onların haqqında danışmaq olar.

وز آنصورت که با چشم آشنا نیستبه گستاخی سخن راندن روا نیست

Gözə görünməyən şeylərdən, fəqət,Danışmağa yoxdur məndə cəsarət.

بلندانی که راز آهسته گویندسخنهای فلک سر بسته گویند

Sirri yavaş deyən ağıllı insanÖrtülü danışar o asimandan.

فلک بر آدمی در بسته داردچو طرفه، کو سخن سربسته دارد

İsanın üzünə bağlıdır fələk,Örtülü danışar bir əfsunçutək."

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе