چو بر زد بامدادن بور گل‌رنگغبار آتشین از نعل بر سنگ

گشاد از گنج در هر کنج راز‌یچو دریا گشت هر کوهی طراز‌ی

دگر ره بود پیشین رفته شاپوربه پیش‌آهنگ آن بکر‌ان چون حور

همان تمثال اول ساز کردههمان کاغذ برابر باز کرده

رسیدند آن بتان با دل‌نوازیبر آن سبزه چو گل کردند بازی

زده بر ماه خنده‌، بر قصب راهپرند آن قصب‌پوشان‌ِ چون ماه

نشاطی نیم رغبت می‌نمودندبه تدریج اندک‌اندک می‌فزودند

چو در بازی شدند آن لعبتان باززمانه کرد لعبت‌بازی آغاز

دگر باره چو شیرین دیده بر کرددر آن تمثال روحانی نظر کرد

به پرواز اندر آمد مرغ جانشفرو بست از سخن گفتن زبانش

بوَد سرمست را خوابی کفایتگل نم دیده را آبی کفایت

به یاران بانگ بر زد کاین چه حال‌ستغلط می‌کرد خود را کاین خیال‌ست

به سروی زان سهی سرو‌ان بفرمودکه آن صورت بیاور نزد من زود

برفت آن ماه و آن صورت نهان کردبه گِل خورشید پنهان چون توان کرد؟

بگفت این در پری برمی‌گشایدپری زین سان بسی بازی نماید

وز آنجا رخت بربستند حالیز گل‌ها سبزه را کردند خالی

Gül rəngli at səhər zərrin nalındanDaşlara od rəngli toz səpən zaman

Hər bucaqda yüz sirr eylədi aşkar,İpək bir örtüyə büründü dağlar.

Huritək o bakir qızlardan qabaqGəlmişdi yenə də Şapur çaparaq.

Əvvəl çəkdiyitək kağız üstünəXosrovun şəklini çəkmişdi yenə.

Gəlib bu çəmənə o şux gözəllər,Gültək açıldılar yenə təzətər.

Zərbafta geyinmiş hər nazlı pəriRişxəndlə süzürdü göydə qəməri.

Könülsüz başlandı kefə əvvəldə,Sonrasa qızışdı məclis get-gedə.

Gözəllər oynayıb, qızanda meydanOyunbazlığını başladı zaman.

Şirin nəzər saldı təzədən, yenəGözləri sataşdı o ruh şəklinə.

Başladı pərvaza canının quşu,Dili söz tutmadı, pozuldu huşu.

Sərxoşlara bəsdi bir göz yuxusu,Palçığa bəs elər azacıq bir su.

Qızlara səsləndi: "Bu necə haldır?Bəlkə səhv edirəm, bu bir xəyaldır!"

Əmr etdi birinə sərv boylulardan,Gətirsin o şəkli yanına bir an.

Ay üzlü qız şəkli gizlədi, lakinÜzünü örtmədi palçıq günəşin.

Dedi: "Bunu edən pəridir, pəri,O edir çox zaman belə işləri".

Ordan dağıldılar məyus, nəşəsiz,Güllərdən qalmadı çəməndə bir iz.

Axarlı-baxarlı yerə gəldilər,Yaxşı məclis qurub, çox dincəldilər.

Gəldi axşam çağı, o qoca qartalBir yaqut tulladı zülmətə dərhal.

Yer reyhan, əllərdə badələr gülgün,Məst olub yatdılar o gecə bütün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе