Хосров и Ширин, глава 36
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
چو دهقان دانه در گِل پاک ریزدز گِل گر دانه خیزد، پاک خیزد
چو گوهر پاک دارد مردم پاککی آلوده شود در دامن خاک؟
مهینبانو که پاکی در گهر داشتز حال خسرو و شیرین خبر داشت
در اندیشید از آن دو یار دلکشکه چون سازد به هم خاشاک و آتش
به شیرین گفت کای فرزانه فرزندنه بر من، بر همه خوبان خداوند
یکی ناز تو و صد مُلکِ شاهییکی موی تو وَز مه تا به ماهی
سعادت خواجهتاشِ سایهٔ توصلاح از جملهٔ پیرایهٔ تو
جهان را از جمالت روشناییجمالت در پناه پارسایی
تو گنجی سر به مُهری نابسودهبد و نیک جهان ناآزموده
جهان نیرنگها داند نمودنبه دُر دزدیدن و یاقوت سودن
چنانم در دل آید کاین جهانگیربه پیوند تو دارد رای و تدبیر
گر این صاحبجهان دلدادهٔ توستشکاری بس شگرف افتادهٔ توست
ولیکن گر چه بینی ناشکیبشنبینم گوش داری بر فریبش
نباید کز سرِ شیرینزبانیخورد حلوای شیرین رایگانی
فرو مانَد تو را آلودهٔ خویشهوای دیگری گیرد فراپیش
چنان زی با رخِ خورشیدنورشکه پیش از نان نیفتی در تنورش
شنیدم دههزارش خوبرویندهمه شکّرلب و زنجیرمویند
دلش چون زآن همه گلها بخنددچه گويی در گُلی چون مهر بندد
بلی گر دست بر گوهر نیابدسر از گوهر خریدن برنتابد
چو بیند نیکعهد و نیکنامتز من خواهد به آیینی تمامت
فلک را پارسایی بر تو گرددجهان را پادشایی بر تو گردد
چو تو در گوهر خود پاک باشیبه جای زهر او تریاک باشی
و گر در عشق بر تو دست یابدتو را هم غافل و هم مست یابد
چو ویس از نیکنامی دور گردیبه زشتی در جهان مشهور گردی
گر او ماه است ما نیز آفتابیمو گر کیخسرو است افراسیابیم
پسِ مردان شدن مردی نباشدزن آن به کهش جوانمردی نباشد
بسا گل را که نغز و تر گرفتندبیفکندند چون بو برگرفتند
بسا باده که در ساغر کشیدندبه جرعه ریختندش چون چشیدند
تو خود دانی که وقت سرفرازیزناشویی به است از عشقبازی
چو شیرین گوش کرد آن پندِ چون نوشنهاد آن پند را چون حلقه در گوش
دلش با آن سخن همداستان بودکه او را نیز در خاطر همان بود
به هفت اورنگِ روشن خورد سوگندبه روشننامهٔ گیتی خداوند
که گر خون گریم از عشق جمالشنخواهم شد مگر جفت حلالش
چو بانو دید آن سوگندخواریپدید آمد دلش را استواری
رضا دادش که در میدان و در کاخنشیند با ملک گستاخ گستاخ
به شرط آن که تنهایی نجویدمیان جمع گوید آن چه گوید
دگر روزینه کز صبح جهانتابطلی شد لعل بر لؤلؤی خوُشاب
یزکداری ز لشکرگاه خورشیدعنان افکند بر برجیس و ناهید
همان یکشخص کاین را ساز کردههمان انجمگری آغاز کرده
چو شیر ماده آن هفتاد دخترسوی شیرین شدند آشوب در سر
به مردی هر یکی اسفندیاریبه تیر انداختن رستم سواری
به چوگان خود چنان چالاک بودندکه گوی از چنبر گردون ربودند
خدنگ ترکش اندر سرو بستندچو سروی بر خدنگ زین نشستند
همه برقع فرو هشتند بر ماهروان گشتند سوی خدمت شاه
برون شد حاجب شه بارشان دادشه آنکاره دل در کارشان داد
نوازش کرد شیرین را و برخاستنشاندش پیش خود بر جانب راست
چه دید؟ الحق بتانی شوخ و دلبندسرایی پر شکر شهری پر از قند
وز آن غافل که زور و زَهره دارندبه میدان از سواری بهره دارند
ز بهر عرض آن مشکیننقابانبه نزهت سوی میدان شد شتابان
چو در بازیگه میدان رسیدندپریرویان ز شادی میپریدند
روان شد هر مهی چون آفتابیپدید آمد ز هر کبکی عقابی
چو خسرو دید که آن مرغان دمسازچمن را فاختهاند و صید را باز
به شیرین گفت هین تا رخش تازیمبر این پهنه زمانی گوی بازیم
ملک را گوی در چوگان فکندندشگرفان شور در میدان فکندند
ز چوگان گشته بیدستان همه راهزمین زآن بید صندل سوده بر ماه
به هر گویی که بردی باد را بیدشکستی در گریبان گوی خورشید
ز یکسو ماه بود و اخترانشز دیگر سو شه و فرمانبرانش
گوزن و شیر بازی مینمودندتَذرو و باز غارت میربودند
گَهی خورشید بردی گوی و گَه ماهگَهی شیرین گرو دادی و گَه شاه
چو کام از گوی و چوگان برگرفتندطوافی گرد میدان درگرفتند
به شبدیز و به گلگون گرد میدانچو روز و شب همیکردند جولان
وز آن جا سوی صحرا ران گشادندبه صید انداختن جولان گشادند
نه چندان صید گوناگون فکندندکه حدش در حساب آید که چندند
به زخم نیزهها هر نازنینینیستان کرده بر گوران زمینی
به نوک تیر هر خاتون سواریفرو داده ز آهو مَرغزاری
مَلِک زان مادهشیرانِ شکاریشگفتی مانده در چابکسواری
که هر یک بود در میدان هماییبهدعوی گاهِ نخجیر اژدهایی
ملک میدید در شیرین نهانیکز آن صیدش چه آرد ارمغانی
سرین و چشم آهو دید ناگاهکه پیدا شد به صید افکندن شاه
غزالی مست شمشیری گرفتهبه جای آهوی شیری گرفته
از آن نخجیر پرداز جهانگیرجهانگیری چو خسرو گشت نخجیر
چو طاووسِ فلک بگریخت از باغبه گلچیدن به باغ آمد سیهزاغ
شدند از جلوه طاووسان گسستهبه پرِ زاغرنگان برنشسته
همه در آشیانها رخ نهفتندز رنجِ ماندگی تا روز خفتند
دگر روز آستانبوسان دویدندبه درگاه ملک صف برکشیدند
همان چوگان و گوی آغاز کردندهمان نخجیر کردن ساز کردند
درین کردند ماهی عمر خود صرفو زین حرفت نیفکندند یک حرف
ملک فرصت طلب میکرد بسیارکه با شیرین کند یک نکته بر کار
نیامد فرصتی با او پدیدشکه در بند توقف بد کلیدش
شبانگه کآن شکرلب باز میگشتهمای عشق بیپرواز میگشت
شهنشه گفت کاِی بر نیکوان شاهجمالت چشمِ دولت را نظرگاه
بیا تا بامدادان ز اول روزشویم از گنبد پیروزه پیروز
می آریم و نشاط اندیشه گیریمطرب سازیم و شادی پیشه گیریم
اگر شادیم اگر غمگین در این دیرنهایم ایمن ز دورانِ کهنسیر
چو میباید شدن زین دیر ناچارنشاط از غم به و شادی ز تیمار
نهاد انگشت بر چشمْ آن پریوشزمین را بوسه داد و کرد شبخوش
ملک بر وعدهٔ ماهِ شبافروزدرین فکرت که فردا کی شود روز
Cütçü saf tum səpsə torpağa əgər,Şübhəsiz torpaqdan saf tum göyərər.
Pak adam gövhəri saxlasa təmiz,Gövhər də bulaşmaz torpağa hərgiz.
Banu həm ismətli, həm də kübardı.Xosrovdan, Şirindən xəbəri vardı.
İki qəlbin fikri almışdı onu,Necə yola versin odla odunu?
Şirinə söylədi: "Qızım, bilginən.Bütün gözəllərin sultanısan sən.
Yüz şahlığa dəyər bir nazın sənin,Dünyalara dəyər avazın sənin.
Arxanca kölgətək gəzir səadət,Sənin bəzəyindir ismət, nəzakət.
Camalın dünyaya daim nur saçır,Hüsnün ismətinin pənahındadır.
Qapısı möhürlü xəzinəsən sən,Xəbərdar deyilsən yaxşıdan, pisdən.
Dünyanın cürbəcür hiylələri var,Gah yaqutu əzər, gah dürr oğurlar.
Ürəyimə damıb, gələn cahangirSəninlə qovuşmaq niyyətindədir.
Sənə vurulmuşsa əgər bu Xosrov,Əlinə düşmüşdür çox gözəl bir ov.
O çox səbrsizdir, sən də yaxşı bax,Qorxuram ki, sənə qurar bir duzaq.
Şirin dilə tutar, min bir söz deyər,O şirin halvanı müftəcə yeyər.
Sən rüsvay olarsan, qalarsan belə,Onun könlü coşar başqa eşq ilə.
Elə rəftar elə o günəşlə, bax,Düşmə təndirinə çörəkdən qabaq.
Eşitmişəm: on min gülüzlüsü var -Şəkər dodaqlılar, zəncir saçlılar.
Açılırsa hər gün o qədər gülü,Bir gülə bənd olmaz könül bülbülü.
Bir gövhərdən əgər düşsə uzağa,Cəhd eyləyər onu satın almağa.
Görsə ki, vəfalı, ismətli qızsan,Elçi göndərəcək adətlə, inan.
Adın bu dünyada namuslu qalar,Olarsan cahanda böyük hökmdar.
Əgər o aydırsa, biz afitabıq,O, Keyxosrov, bizsə Əfrasiyabıq.
Yaraşmaz kişinin dalına düşmək,Bu sifət qadında olmasın gərək.
Çox təzətər gülü əldə tutdular,İyləyib, iyləyib, sonra atdılar.
Çox şərab tökdülər gül qədəhlərə,Daddılar, sonra da tökdülər yerə.
Bilirsən, baş uca olduğu zaman,Xoşdur ərə getmək eşqbazlıqdan."
Şirin bu sözlərə qulaq asırdı,Sanki qulağından sırğa asırdı.
Qəlbinə yatırdı bu sözlər yaman,Onun da könlündə bu oddu yanan.
Yeddi parlaq göyə and içdi Şirin,Müqəddəs kitaba eylədi yəmin:
"Gözümdən qanlı yaş töksə də heyhat,Olsam, olacağam bir halal arvad."
Şirinin andını eşitdi Banu,Qayğı, nigaranlıq tərk etdi onu.
İzn verdi şahla o rast olandaOtursun, danışsın evdə, meydanda.
Bir şərtlə gizlində olmasın ülfət,Camaat içində etsinlər söhbət.
Oturdu Xosrovla Şirin xoşqılıq,Çəmənlər onlardan aldı yaraşıq.
Ertəsi gün günəş çöldə gülərkənBir təpə düzəldi dürrü gövhərdən.
Günəş ordusunun ilk kəşfiyyatıBərcislə Zöhrəyə nizələr atdı.
Lakin bütün ulduz qoşunlarındanTək günəşə qarşı olmadı duran.
Dişi aslan kimi yetmiş nəfər qızŞirinin yanına gəldi qayğısız.
Cürətdə hər biri bir İsfəndiyar,Rüstəmi-Zal kimi ox atandılar.
Çövkan oynamaqda çox çevikdilər,Göydə qapırdılar topu, müxtəsər.
Oxdanlar asıldı şux sərvlərdən,Sərvlər atıldı yəhərə birdən.
Ay üzü rübəndə bürümüşdülər,Şahın hüzuruna yola düşdülər.
Xosrovun hacibi hörmət göstərdi,Vurğun şah könlünü onlara verdi.
Çox nəvaziş ilə yerindən durdu,Sağ yanında Şirin gəlib oturdu.
Nə gördü!.. Hər yanda nadir gözəllər,Şəkər dolu bir ev, qənd dolu şəhər.
Bilmirdi güclüdür gələn zöhrələr,Cıdırda təkbətək göstərmiş hünər.
Rübəndli qızları bir görsün deyə,Meydana getdi o, tez əylənməyə.
Oyun meydanına çatanda səhərŞadlıqdan uçurdu pəriüzlülər.
Hər ay günəş kimi eylədi cövlan,Doğdu hər kəklikdən bir tülək tərlan.
Xosrov gördü onlar belə olurmuş:Çəməndə qırqovul, ovda qaraquş.
Şirinə dedi ki: "Gəl, at çaparaq,Bu geniş düzəndə çövkan oynayaq."
Xosrovun topuna çövkan atdılar.Gözəllər səs-küylə at oynatdılar.
Söyüdlüyə döndü yollar bir anda.Yer aya söyüddən səndəl atanda,
Topa yel əlindən vuranda çövkanGünəşin topunu salırdı tovdan.
Bir yanda durmuşdu ayla ulduzlar,Şah, əyan tutmuşdu bir yanda qərar.
Meydanda maralla oynayırdı şir,Turac qaraquşu alırdı əsir.
Gah günəş vururdu topu, gah da ay,Şirinlə şah düzə salmışdı haray.
Çövkan oyunundan artıq bezdilər,Meydan ətrafını sürüb gəzdilər.
Gecə-gündüz kimi Şəbdizlə GülgünHərlənib meydanı dolandı bütün.
Ordan çöl tərəfə at səyirtdilər,Ov ardınca çıxıb düzə getdilər.
Ov vurdular düzdə, dağda o qədərKi, saya bilməzdi onu min nəfər.
Oxlar o qədər ki, vurmuşdu yara,Qamışlıq olmuşdu yer qulanlara.
Hər xanımın oxu, atılan nizəCeyranı çəməndən salmışdı düzə.
Bu dişi şirlərin at minməsindənLap heyran olmuşdu Xosrov görərkən.
Hər biri meydanda bir hüma idi,Ov axtaran zaman əjdaha idi.
Şah Şirinə baxıb deyirdi: "Görək,Bu ov mənə necə sovqat verəcək!"
Birdən bir ceyrana sataşdı gözü,Az qaldı ov olsun ona şah özü.
Sərxoş bir maraldı əlində şəmşir,Ceyran əvəzinə ovlamışdı şir.
Bu dünya fəth edən ovçuya Xosrov -O böyük şah özü olmuşdu bir ov.
Göy tovuzu vida edincə bağaGül dərməyə gəldi bir qara qarğa.
Tovuzlar cilvədən yorulmuşdular,Qarğa qanadlara oldular süvar.
Yurd-yuvalarında üz gizlətdilər,Yatıb dincəldilər səhərə qədər,
Astana öpənlər səhərə yenəYığışıb gəldilər şahın evinə.
Yenə də başlandı çövkan, top atmaq,Ceyran, maral qovmaq, köhlən oynatmaq.
Belə keçirdilər bir ayı tamam,Məşğul olurdular bu işlə müdam.
Xosrov bir bəhanə, fürsət gəzirdiKi, bəlkə Şirinə eyham sezdirdi.
Lakin düşmürdü heç əlinə fürsət,Bu bəndi açmağa tapmırdı möhlət.
Axşam o baldodaq qayıdan zamanSəadət quşutək şad və xuraman,
Şah Şirinə dedi: "Gözəllər şahı!Ey üzü dövlətin şən nəzərgahı!
Gəlsənə biz sabah erkəndən duraq,Firuzə göylərdən bir bəhrə alaq.
Mey gəlsin, qurulsun işrət məclisi,Keyf edək, ucalsın şən nəğmə səsi
Şad ol, ya qəmli ol dünyada - birdir,Bildiyini köhnə dövran eləyir.
Madam bu dünyadan getməliyik biz,Ömr edək qayğısız, qəmsiz, kədərsiz."
Göz üstünə barmaq qoyub o pəri:"Yuxun şirin" deyib tez öpdü yeri.
Xosrovun qəlbində şirin və dələr.Deyirdi: "Tez olsun, açılsın səhər."
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-xosrov-ve-sirin-36
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
چو خسرو دید کان یار گرامیز دانش خواهد او را نیکنامی
Хосров и Ширин, глава 93خبر ده کاولین جنبش چه چیز استکه این دانش بر دانا عزیز است
Хосров и Ширин, глава 94دگرباره بپرسیدش جهاندارکه دارم زین قیاس اندیشه بسیار
Хосров и Ширин, глава 95دگر ره گفت کاجرام کواکبندانم بر چه مرکوبند راکب