پری‌پیکر نگار پرنیان‌پوشبت سنگین‌دل سیمین بناگوش

O pəri cilvəli, zərli, ipəkli,O gümüş gərdənli, o daş ürəkli,

در آن وادی که جایی بود دل‌گیرنخوردی هیچ خوردی خوش‌تر از شیر

Məskəni olmuşkən qəmli qayalıq,Südü xoşlayardı hər şeydən artıq.

گرش صد گونه حلوا پیش بودیغذاش از مادیان و میش بودی

Qarşısında olsa yüz cürə nemət,Südə göstərərdi yenə də rəğbət.

از او تا چارپایان دورتر بودز شیر آوردن او را درد سر بود

Uzaqda olurdu bütün mal-qara,Süd çox çətinliklə gəlirdi bura.

که پیرامون آن وادی به خروارهمه خرزَهره بد چون زَهرهٔ مار

Çölün hər yanını buludlar kimi,Örtmüşdü təlx otlar zəhrimar kimi.

ز چوب زهر چون چوپان خبر داشتچراگاه گله جایِ دگر داشت

Zəhərli bitkidən xəbərdar çobanUzağa sürərdi sürünü ordan.

دل شیرین حساب شیر می‌کردچه فن سازد در آن تدبیر می‌کرد

Könlünü süd düşən zamanda ŞirinÇarə axtarırdı bu çətinlikçin.

که شیر آوردن از جایی چنان دورپرستاران او را داشت رنجور

Uzaqdan gətirmək südü bu yerəBöyük əziyyətdi xidmətçilərə.

چو شب زلف سیاه افکند بر دوشنهاد از ماه زرین حلقه در گوش

Gecə zülflərini tökən zamanda,Aydan qulağına halqa taxanda.

در آن حلقه که بود آن ماهِ دل‌سوزچو مار حلقه می‌پیچید تا روز

Halqada bənd olmuş o incə ürəkSübhədək qıvrılıb qaldı ilantək.

نشسته پیش او شاپور تنهافرو کرده ز هر نوعی سخن‌ها

Qarşısında təkcə oturub ŞapurDanışır, könlünə bir həmdəm olur.

از این اندیشه کآن سرو سهی داشتدل فرزانه شاپور آگهی داشت

O sərvin qəlbində hər nə qayğı var,Onlardan olmuşdu Şapur xəbərdar.

چو گل‌رخ پیش او آن قصه برگفتنیوشنده چو برگ لاله بشکفت

Şirin öz dərdini xəbər verirkənŞapur lalə kimi açıldı birdən.

نمازش برد چون هندو پری راستودش چون عطارد مشتری را

Hindlitək eylədi səcdə pəriyə,Sanki Ütariddi o, Müştəriyə.

که هست این جا مهندس مردی استادجوانی نام او فرزانه فرهاد

Dedi: "Fərhad adlı bir cavan vardır,Usta mühəndisdir, bir sənətkardır.

به وقت هندسه عبرت‌نماییمجسطی‌دانِ اقلیدس‌گشایی

Həndəsə elmində xariqə saçar,"Məcəsti", Iqlidis sirrini açar.

به تیشه چون سر صنعت بخاردزمین را مرغ بر ماهی نگارد

Biz Çində onunla yaşıd olmuşuq,Bir yerdə oxuyub yaşa dolmuşuq.

به صنعت سرخ گل را رنگ بنددبه آهن نقش چین بر سنگ بندد

Ustamız bilirdi hər bir peşəni.Mənə qələm verdi, ona tişəni.

به پیشه دست بوسندش همه رومبه تیشه سنگ خارا را کند موم

Külünglə başlarkən sənətkarlığa,Yeri quş qayırıb yüklər balığa.

به استادی چنین کارت برآیدبدین چشمه گل از خارت برآید

Qızıl bir rəng alır işindən güllər,Daşlara dəmirlə Çin nəqşi çəkər.

بُود هر کار بی‌استاد دشوارنخست استاد باید آن‌گَهی کار

Sənətinin səsi yayılmış Ruma,Tişəylə qart daşı döndərir muma.

شود مرد از حساب انگشتری‌گرولیک از موم و گل نز آهن و زر

Bu usta istəsə işlər düzələr,Bu çeşmə bir gülü, inan, yüz elər.

گرم فرمان دهی فرمان پذیرمبه دست آوردنش بر دست گیرم

Usta olmayanda çətin gedər iş,Ustanı tap, sonra bir işə giriş.

که ما هر دو به چین هم‌زاد بودیمدو شاگرد یکی استاد بودیم

Üzük qayırmağı bilər hər yetən,Zərdən, gümüşdən yox, mumdan və gildən.

چو هر مایه که بود از پیشه برداشتقلم بر من فکند او تیشه برداشت

Əmr etsən yerinə yetirərəm mən,Fərhadı hüzura gətirərəm mən."

چو شاپور این حکایت را به سر بردغم شیر از دل شیرین به در برد

Şapur öz sözünü bitirən zaman,Şirin süd qəmini çıxartdı yaddan.

چو روز آیینه خورشید دربستشب صد چشم هر صد چشم بربست

Günəşin güzgüsü göydə gülüncə,Yumdu gözlərini yüz gözlü gecə.

تجسس کرد شاپور آن زمین رابه دست آورد فرهاد گزین را

Şapur gedib gəzdi, tapdı Fərhadı.Xəbər verdi ona bu əhvalatı.

به شادروان شیرین برد شادشبه رسم خواجگان کرسی نهادش

Şirinin qəsrinə apardı onu,Oturtdu kürsüyə, aldı könlünü.

درآمد کوه‌کن مانند کوهیکز او آمد خلایق را شکوهی

Böyük dağ gövdəli o dağlar yaranGələndə camaat qalmışdı heyran.

چو یک پیل از ستبری و بلندیبه مقدار دو پیلش زورمندی

Görkəmi böyük bir filə oxşardı,Onda iki filin qüvvəti vardı.

رقیبان حرم بنواختندشبه واجب جایگاهی ساختندش

Hərəm kənizləri hörmət etdilər,Layiqli yer verib rahət etdilər.

برون پرده فرهاد ایستادهمیان درْبسته و بازو گشاده

Pərdə qabağında durmuşdu Fərhad,Beli bağlı idi, qolları azad.

در اندیشه که لعبت‌باز گردونچه بازی آردش زان پرده بیرون

Düşünüb deyirdi: "Hiyləgər fələkİndi görək bizə nə göstərəcək?"

جهان ناگه شبیخون سازی‌ای کردپس آن پرده لعبت‌بازی‌ای کرد

Qəflətən bu fələk vuraraq şəbxun,Pərdənin dalında qurdu bir oyun.

به شیرین‌خنده‌های شکرین‌سازدرآمد شِکر شیرین به آواز

Dodaqları şəkər, gülüşü şirin,O pərdə dalından səsləndi Şirin.

دو قفل شِکر از یاقوت برداشتوز او یاقوت و شِکر قوت برداشت

Şəkər qıfılları yaqutdan açdı,Şəkərə yaqutdan azuqə saçdı.

رطب‌هایی که نخلش بار می‌دادرطب را گوش‌مال خار می‌داد

Onun ağacında yetişən xurmaVerdi xurmalara bir qulaqburma.

به نوش‌آباد آن خرمای در شیرشکر خواند انگبین را چاشنی‌گیر

Süd haqqında onun şirin sözləriHeyrətdə qoymuşdu balı, şəkəri.

ز بس کز دامن لب شِکر افشاندشِکر دامن به خوزستان برافشاند

Şəkər töküləndə dodaqlarındanHəsəd aparırdı ona Xuzistan.

شنیدم نام او شیرین از آن بودکه در گفتن عجب شیرین‌زبان بود

Deyirlər şirinmiş dilinin dadı,Şirin qoyulmuşdur odur ki, adı.

ز شیرینی چه گویم هر چه خواهیبر آوازش بخفتی مرغ و ماهی

O şirin dillidən bunu deyim mən,Yatardı balıqlar, quşlar səsindən.

طبرزد را چو لب پرنوش کردیز شِکّر حلقه‌ها در گوش کردی

Dodağının sözü bir abi-həyat,Onun qarşısında qul olur nabat.

در آن مجلس که او لب برگشادینبودی تن که حالی جان ندادی

Bir məclisdə açsa dodaqlarını,Alardı hamının ixtiyarını.

کسی را کآن سخن در گوش رفتیگر افلاطون بدی از هوش رفتی

Qulağına çatsa onun bir sözü,Tez huşdan gedərdi Əflatun özü.

چو بگرفت آن سخن فرهاد در گوشز گرمی، خون گرفتش در جگر جوش

Fərhad eşidincə onun səsini,Duydu ki, itirir öz qüvvəsini.

برآورد از جگر آهی شغب‌ناکچو مصروعی ز پای افتاد بر خاک

Dərdindən ah çəkdi orda bir kərə,Xəstə adam kimi yıxıldı yerə.

به روی خاک می‌غلتید بسیاروز آن سر کوفتن پیچید چون مار

Torpağın üstündə çox yuvarlandı,Ilantək qıvrıldı, alışdı, yandı.

چو شیرین دید کآن آرام‌رفتهدلی دارد چو مرغ از دام رفته

Şirin gördü Fərhad oldu biqərar,Tordan uçmuş quştək onun qəlbi var.

هم از راه سخن شد چاره‌سازشبِدآن دانه به دام آورد بازش

Ona yenə sözlə elədi çara,Sözlə saldı onu yenidən tora.

پس آن گه گفت کاِی داننده استادچنان خواهم که گردانی مرا شاد

Dedi: "Qulaq as, ey bilici ustad!Istəyimi doğrult, məni eylə şad.

مراد من چنان است ای هنرمندکه بگشایی دل غم‌گینم از بند

Bir eşit, gör nədir könlümdən keçən,Bu dərdli qəlbimə şadlıq gətir sən.

به چابک‌دستی و استادکاریکنی در کار این قصر استواری

Usta biliyinlə, iti əlinləBu qəsri abad et, gəl məni dinlə.

گله دور است و ما محتاج شیریمطلسمی کن که شیر آسان بگیریم

Biz südə möhtacıq, sürülər uzaq,Bir çarə tap buna, biz rahət olaq.

ز ما تا گوسفندان یک دو فرسنگبباید کند جویی محکم از سنگ

Burdan sürülərə çatana qədərDaşdan möhkəm bir arx qazılsa əgər,

که چوپانانم آن جا شیر دوشندپرستارانم این جا شیر نوشند

Çobanlar sağarlar südü otlaqda,Xidmətçilər içər onu otaqda."

ز شیرین گفتن و گفتار شیرینشده هوش از سر فرهاد مسکین

Şirinin bu şirin söhbətlərindənFərhad məst olmuşdu mey içməmişdən.

سخن‌ها را شنیدن می‌توانستولیکن فهم کردن می‌ندانست

Eşidirdi Şirin dediyi sözü,Ancaq anlamaqdan acizdi özü.

زبانش کرد پاسخ را فرامشتنهاد از عاجزی بر دیده انگشت

Dili söz deməkdən aciz qalaraq,Barmağını qoydu göz üstə ancaq.

حکایت بازجست از زیردستانکه مستم کوردل باشند مستان

Ordan çıxdı çölə əlində tişə,Şirinin eşqilə başladı işə.

ندانم کاو چه می‌گوید بگوییدز من کامی که می‌جوید بجویید

Soruşdu söhbəti bir əlaltından:"Qəlbim kordur - dedi, - sərxoşam, inan!

رقیبان آن حکایت برگرفتندسخن‌هایی که رفت از سر گرفتند

Dediyi nə idi, bir siz söyləyin,Məni arzusundan agah eyləyin."

چو آگه گشت از آن اندیشه فرهادفکند آن حکم را بر دیده بنیاد

Söhbəti eşitmiş, duymuş adamlarBaşa saldılar ki, nə olmuş, nə var.

در آن خدمت به غایت چابکی داشتکه کار نازنینان نازکی داشت

Şirin nə istəyir, bilincə FərhadRazılıq eləyib oldu xeyli şad.

از آن جا رفت بیرون تیشه در دستگرفت از مهربانی پیشه در دست

Bu işi görməkçün çox tələsirdi,Şirinin işiyçün qəlbi əsirdi.

چنان از هم درید اندام آن بومکه می‌شد زیر زخمش سنگ چون موم

Fərhad külüng çaldı, daş quma döndü,Dağlar zərbəsindən bir muma döndü.

به تیشه روی خارا می‌خراشیدچو بید از سنگ مجرا می‌تراشید

Külüngü qart daşı hey yara-yara,Daşların bağrında açırdı yara.

به هر تیشه که بر سنگ آزمودیدو هم‌سنگش جواهر مزد بودی

Otlaqdan başlayıb saraya qədərVermişdi baş-başa gözəl mərmərlər.

به یک ماه از میان سنگ خاراچو دریا کرد جویی آشکارا

Qart daşlar içində keçmədən bir ayYaratdı dəryatək geniş, dərin çay.

ز جای گوسفندان تا در‌ِ کاخدورویه سنگ‌ها زد شاخ در شاخ

Qayada kütləşmiş hər bir baltanınİki çəkisiycən alırdı altun.

چو کار آمد به آخر حوضه‌ای بستکه حوض کوثرش زد بوسه بر دست

Bir hovuz düzəltdi axırda - göyçək,Kövsər hovuzu da olmaz onuntək.

چنان ترتیب کرد از سنگ جوییکه در درزش نمی‌گنجید مویی

Daşları düzmüşdü elə diqqətləAraya sığmazdı bir tük də belə.

در آن حوضه که کرد او سنگ‌بستشروان شد آب گفتی زآب‌دستش

Daşyonan daşdan bir hovuz yaratdı.Sanki barmağından fəvvarə atdı.

بَنا چندان تواند بود دشوارکه بَنّا را نیامد تیشه در کار

Ustanın əlinə keçənə qədər,Adətdir ki, hər iş çətin görünər.

اگر صد کوه باید کند پولادزبون باشد به دست آدمی‌زاد

Polad yüz dağ olsa, yenə də, inan,Vurub parça-parça dağıdar insan.

چه چاره کان بنی‌آدم نداندبه جز مردن که‌زان بیچاره ماند

Nə çarə ki, insan aciz qalaraq,Ölümə bir əlac tapmayır ancaq.

خبر بردند شیرین را که فرهادبه ماهی حوضه بست و جوی بگشاد

Şirinə dedilər: "Fərhad bir ayaTapşırdığın arxı çəkdi saraya.

چنان کز گوسفندان شام و شب‌گیربه حوض آید به پای خویشتن شیر

İndi otlaqlardan hər axşam-səhərSüd axır hovuza - təmiz, tazə-tər."

بهشتی‌پیکر آمد سوی آن دشتبه گِرد جوی شیر و حوض برگشت

Durub çölə çıxdı o gözəl pəri,Gördü süd arxını, hovzu, mərməri.

چنان پنداشت کآن حوض گزیدهنکرده‌ست آدمی‌، هست آفریده

Düşündü: "Bu arxı, mərmər hovuzuİnsan yaratmamış, yaranmış özü.

بلی باشد ز کار آدمی دوربهشت و جوی شیر و حوضه و حور

Cənnəttək bu hovuz, bu süd, bu dilbər!Yox, insan əlindən gəlməz bu işlər!"

بسی بر دست فرهاد آفرین کردکه رحمت بر چنان کس کاین چنین کرد

Fərhadın işindən gəldi heyrətə,Söylədi: "Eşq olsun belə sənətə!"

چو زحمت دور شد نزدیک خواندشز نزدیکان خود برتر نشاندش

Fərhad bu işləri qurtaran zamanŞirin əziz tutdu onu dostlardan.

که استادیت را حق چون گذاریمکه ما خود مزد شاگردان نداریم

Dedi: "Sən ustada necə haqq verim?Şagirdinə layiq yoxdur dəyərim."

ز گوهر شب‌چراغی چند بودشکه عقد گوش گوهربند بودش

Gövhərdən bir neçə sırğası vardı,Sırğanın hər daşı güntək yanardı.

ز نغزی هر دُری مانند تاجیوز او هر دانه شهری را خراجی

Bir şəhər xəracı hər bir danəsi,Bir tac qiymətində hər dürdanəsi.

گشاد از گوش با صد عذر چون نوششفاعت کرد کاین بستان و بفروش

Açıb qulağından çox üzr istədi,"Hələlik bunları qəbul et - dedi,

چو وقت آید کزین بِهْ دست یابیمز حق خدمتت سر برنتابیم

Bundan yaxşısıyla xəcalətindənÇıxaram, əmin ol, vaxtı gələrkən."

بر آن گنجینه فرهاد آفرین خواندز دستش بِستد و در پایش افشاند

Fərhad o xəznəyə deyib "Afərin!"Alıb ayağına atdı Şirinin.

وز آن جا راه صحرا تیز برداشتچو دریا اشک صحراریز برداشت

Tez çıxdı qəsrdən, qaçdı çöllərə,Dəniztək göz yaşı axıtdı yerə.

ز بیم آن که کار از نور می‌شدبه صد مردی ز مردم دور می‌شد

Eşqini duyarlar deyə, qorxaraqMərdliklə gəzirdi insandan uzaq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов