مَلک دانسته بود از رای پُر نورکه غم‌پردازِ شیرین است شاپور

به خدمت خواند و کردش خاص درگاهز تنهایی مگر تنگ آید آن ماه

چو تنها ماند ماه سرو بالافشاند از نرگسان لؤلؤی لالا

به تنگ آمد شبی از تنگ‌حالیکه بود آن شب بر او مانند سالی

شبی تیره چو کوهی زاغ بر سرگران‌جنبش چو زاغی کوه بر پر

شبی دم‌سرد چون دل‌های بی‌سوزبرات آورده از شب‌های بی‌روز

کشیده در عقابین سیاهیپر و منقار‌ مرغ صبح‌گاهی

دُهل‌زن را زده بر دست‌ها مارکواکب را شده در پای‌ها خار

فتاده پاسبان را چوبک از دستجرس‌جنبان خراب و پاسبان مست

سیاست بر زمین دامن نهادهزمانه تیغ را گردن نهاده

زناشویی به‌هم خورشید و مه رارحم بسته به زادن صبح‌گَه را

گرفته آسمان را شب در آغوششده خورشید را مشرق فراموش

جنوبی‌طالعان را بیضه در آبشمالی‌پیکران را دیده در خواب

زمین در سر کشیده چتر شاهیفرو آسوده یک‌سر مرغ و ماهی

سواد شب که بُرد از دیده‌ها نوربَنات النَعش را کرده ز هم دور

ز تاریکی جهان را بند بر پایفلک چون قطب حیران مانده بر جای

جهان از آفرینش بی‌خبر بودمگر کآن شب جهان جای دگر بود

سر افکنده فلک دریا‌صفت پیشز دامن دُر فشانده بر سر خویش

به دُر-دزدی ستاره کرده تدبیرفرو افتاده ناگه در خم قیر

بمانده در خم خاکسترآلوداز آتش‌خانهٔ دورانِ پردود

مجره بر فلک چون کاه‌ِ بر راهفلک در زیر او چون آبِ در کاه

ثریا چون کفی جو بُد به تقدیرکه گرداند به کف هندو زنی پیر

نه موبد را زبان زند خوانینه مرغان را نشاط پَرفشانی

بریده بال نسریِن پرندهچو واقع بود طایر پَر فکنده

به هر گام از برای‌ِ نور‌باشیستاده زنگی‌یی با دور‌باشی

چراغ بیوه‌زن را نور مردهخروس پیره‌زن را غول برده

شنیدم گر به شب دیوی زند راهخروس خانه بردارد «علی الله»

چه شب بود آن‌که با صد دیو چون قیر‌؟خروسی را نبود آواز تکبیر‌؟

دل شیرین در آن شب خیره ماندهچراغش چون دل شب تیره مانده

ز بیماری دل شیرین چنان تنگکه می‌کرد از ملالت با جهان جنگ

خوش است این داستان در شان بیمارکه شب باشد هلاک جان بیمار

بود بیماری شب جان‌سپاریز بیماری بَتَر بیمارداری

زبان بگشاد و می‌گفت ای زمانهشب است این یا بلایی جاودانه

چه جای شب؟ سیه ماری است گوییچو زنگی آدمی‌خواری است گویی

از آن گریان شدم کاین زنگی تارچو زنگی خود نمی‌خندد یکی بار

چه افتاد؟ ای سپهر لاجوردیکه امشب چون دگر شب‌ها نگردی

مگر دود دل من راه بستت‌؟نفیر من خسک در پا شکستت‌؟

نه زین ظلمت همی‌یابم امانینه از نور سحر بینم نشانی

مرا بنگر چه غمگین داری ای شب‌ندارم دین اگر دین داری ای شب

شبا امشب جوان‌مردی بیاموزمرا یا زود کش یا زود شو روز

چرا بر جای ماندی چون سیه میغ‌؟بر آتش می‌روی یا بر سر تیغ‌؟

دُهل‌زن را گرفتم دست بستندنه آخر پای پروین را شکستند

من آن شمعم که در شب‌زنده‌داریهمه شب می‌کنم چون شمع زاری

چو شمع از بهر آن سوزم بر آتشکه باشد شمع وقت سوختن خَوش

گره بین بر سرم چرخ کهن رابباید خواند و خندید این سخن را

بخوان ای مرغ اگر داری زبانیبخند ای صبح اگر داری دهانی

اگر کافر نه‌ای ای مرغ شبگیرچرا بر نآوری آواز تکبیر‌؟

و گر آتش نه‌ای ای صبح روشنچرا نآیی برون بی‌سنگ و آهن‌؟

در این غم بُد دل پروانه‌وارشکه شمع صبح روشن کرد کارش

نکو ملکی است ملک صبح‌گاهیدر آن کشور بیابی هر چه خواهی

کسی کاو بر حصار گنج ره یافتگشایش در کلید صبح‌گه یافت

غرض‌ها را حصار آنجا گشایندکلید آنجا‌ست، کار آنجا گشایند

در آن ساعت که باشد نَشْوِ جان‌هاگل تسبیح روید بر زبان‌ها

زبانِ هر که او باشد برومندشود گویا به تسبیح خداوند

اگر مرغ زبان تسبیح‌خوان استچه تسبیح آرد آن کاو بی‌زبان است‌؟

در آن حضرت که آن تسبیح خوانندزبان بی‌زبانان نیز دانند

چو شیرین کیمیای صبح دریافتاز آن سیماب‌کاری روی بر تافت

شکیباییش مرغان را پَر افشاندخروس الصبر مفتاح‌الفرج خواند

شبستان را به روی خویشتن رُفتبه زاری با خدای خویشتن گفت

‌«خداوندا شبم را روز گردانچو روزم بر جهان پیروز گردان

شبی دارم سیاه از صبح نومیددرین شب رو‌سپیدم کن چو خورشید

غمی دارم هلاک شیرمردانبر این غم چون نشاطم چیر گردان

ندارم طاقت‌ِ این کورهٔ تنگخلاصی دِه مرا چون لعل از این سنگ

تویی یاری‌رس‌ِ فریاد هر کسبه فریاد منِ فریادخوان رس

ندارم طاقت تیمار چندیناَغِثنی یا غیاث المُستَغیثین

به آب دیدهٔ طفلان محرومبه سوز سینهٔ پیران مظلوم

به بالین غریبان بر سر راهبه تسلیم اسیران در بُن چاه

به داور داور فریادخواهانبه یارب یارب صاحب‌گناهان

بدان حجت که دل را بنده داردبدان آیت که جان را زنده دارد

به دامن‌پاکی‌ِ دین‌پرورانتبه صاحب‌سرّی پیغمبرانت

به محتاجان در بر خلق بستهبه مجروحان خون بر خون نشسته

به دور افتادگان از خان و مان‌هابه واپس‌ماندگان از کاروان‌ها

به وردی کز نوآموزی بر آیدبه آهی کز سر سوزی بر آید

به ریحانِ نثار اشک‌ریزانبه قرآن و چراغ‌ ِ صبح‌خیزان

به نوری کز خلایق در حجاب استبه انعامی که بیرون از حساب است

به تصدیقی که دارد راهب دِیربه توفیقی که بخشد واهب خِیر

به مقبولان خلوت‌برگزیدهبه معصومان آلایش‌ندیده

به هر طاعت که نزدیکت صواب استبه هر دعوت که پیشت مستجاب است

به آن آه پسین کز عرش پیش استبدان نام مهین کز شرح بیش است

که رحمی بر دل پرخونم آوروزین غرق‌آب غم بیرونم آور

اگر هر موی من گردد زبانیشود هر یک تو را تسبیح‌خوانی

هنوز از بی‌زبانی خفته باشمز صد شکرت یکی ناگفته باشم

تو آن هستی که با تو کیستی نیستتویی هست آن دگر جز نیستی نیست

تویی در پردهٔ وحدت نهانیفلک را داده بر در قهرمانی

خداوندیت را انجام و آغازنداند اول و آخر کسی باز

به درگاه تو در امید و در بیمنشاید راه بردن جز به تسلیم

فلک بر بستی و دوران گشادیجهان و جان و روزی هر سه دادی

اگر روزی دهی ور جان ستانیتو دانی هر‌چه خواهی کن تو دانی

به توفیق توام زین گونه بر پایبرین توفیق، توفیقی برافزای

چو حکمی راند خواهی یا قضاییبه‌تسلیم آفرین در من رضایی

اگر چه هر قضایی کآن تو رانیمسلم شد به مرگ و زندگانی

منِ رنجور بی‌طاقت عیارممده رنجی که من طاقت ندارم

ز من ناید به واجب هیچ کاریگر از من ناید آید از تو باری

به انعام خودم دل‌خوش کن این بارکه انعام تو بر من هست بسیار

ز تو چون پوشم این راز نهانی‌؟و‌گر پوشم تو خود پوشیده دانی‌»

چو خواهش کرد بسیار از دل پاکچو آب چشم خود غلتید بر خاک

فراخی دادش ایزد در دلِ تنگکلیدش را بر آورد آهن از سنگ

جوان شد گل‌بُن دولت دیگر بارز تلخی رست شیرینِ شِکربار

نیایش در دل خسرو اثر کرددلش را چون فلک زیر و زبر کرد

Xosrov bilirdi ki, həmişə ŞapurŞirinin dərdini yaxşı ovudur.

Daha da darıxsın, deyərək, ŞirinƏmr etdi ki, Şapur dərgaha gəlsin.

Şirin öz qəsrində qalan zaman təkYaş tökdü gözündən parlaq ləltək.

Bir gecə qəlbini çox sıxdı kədər,Olmuşdu gecəsi ilə bərabər.

Gecə qaranlıqdı. Dağın üstünəSanki qara qarğa qonmuşdu yenə.

Dağ asılmış kimi qanadlarındanAğır tərpənirdi o qarğa yaman.

Buz kimi soyuqdu gecənin üzü,Sanki bu gecənin yoxdu gündüzü.

Sanki səhər quşu çəkilmiş dara,Batmışdı hər tərəf qaranlıqlara.

Təbilçi əlini vurmuşdu ilan,Ulduz ayağına batmışdı tikan.

Keşikçinin əli qalmışdı bomboş,Zəng çalan xəstəydi, pasiban sərxoş.

Göy yerə salmışdı qara bir örtük,Göy - iti qılıncdı, zəmanə - bir tük.

Toy edib günəşlə ay yatdığından.Sübhün doğmasına yoxdu heç güman.

Almışdı qoynuna gecə göyləri,Günəş unutmuşdu gün doğan yeri.

Cənub ulduzları kürt düşüb qalmış,Şimal gözəlləri yuxuya dalmış.

Yer şahlıq çətrini başına qoymuş,Asudə olmuşdu həm balıq, həm quş.

Elə bil udmuşdu gecə günəşi,Dağınıq salmışdı Bənatünnəşi.

Dünya ayağında bir qara zəncir,Qütbtək göy durub onu seyr edir.

Dünyanın xilqətdən yoxdur xəbəri,Sanki dəyişmişdi dünyanın yeri.

Asiman başını əyib dəniztək,Dizinə səpirdi dürr ətək-ətək.

Dürr oğurlayanda göylərin gözüBirdən qır küpünə düşmüşdü özü.

Fəzanın çoxlu od şölələrindənQalmışdı qara bir tüstü deyəsən.

Yol üstə samandı sanki kəhkəşan,Altında da gömgöy bir su - asiman.

Bir ovuc arpaydı elə bil ülkərKi, falçı qarılar əldə tərpədər.

Nə Zənd oxumağa möbiddə dil var,Nə qanad çalmağa mayildi quşlar.

Ulduz parlamasın deyə göylərdə,Nizəli zəncilər vardır hər yerdə.

Dul qarının artıq sönüb çırağı,Gəlib xoruzunu çalmışdı yağı.

Deyirlər: gecə div yol kəsən zamanXoruzlar qışqırır: "Ay allah, aman!"

Bu necə gecəydi, yüz divi vardı,Xoruzlar səsini çıxarmırlardı?

Şirinin ürəyi çəkilib dara,Çırağı olmuşdu gecətək qara.

Tənhalıqdan öylə gəlmişdi təngə,Dərdindən aləmlə girirdi cəngə,

Doğru deyirlər ki, xəstə olanaGecə dönüb olur bir dustaqxana.

Gecənin mərkəzi can çəkişməkdir,Xəstəyə baxan gör nə çəkəcəkdir!

Şirin dil açaraq dedi: "Ey dünya,Bu gecədir, yoxsa əbədi bəla?

Gecə deyil, sanki qara ilandır,Bəlkə bir zəncidir, adam udandır?

Ağlayıram, çünki bu qara zənciZəncilərtək gülmür, açılmır rəngi.

Ey lacivərdi göy, nə olub sənə?Bu gecə göz yumdun öz adətinə?

Qəlbimin tüstüsü yolu kəsdimi?Ayağın naləmdən, de, şikəstdimi?

Ey gecə, bu qəmdən yox xilas yolum,Sənin dinin varsa, mən dinsiz olum.

Ey gecə, bu gecə ilqara düz ol!Ya tez öldür məni, ya tez gündüz ol!

Yerində dayandın buludtək nədən?Bir qılınc üstünə getmirsən ki, sən?

Tutaq, təbilçinin əli bağlıdır,Ülkərin ayağı açıqdır, axır!

Mən bir şamam, gecə qalaram oyaq,Şamtək ağlayıram həmişə ancaq.

Şam kimi yanmağa çox həvəsim var,Şam yanan zamanda çünki xoş olar.

Başıma bir düyün olmuşdur fələk,Bu sözü oxuyan yəqin güləcək.

Ey quş, dilin varsa, oxu, yubanma,Ey sübh, ağzın varsa, bir gül, dayanma.

Ey sabahın quşu, kafir deyilsən,Niyə başlamırsan təkbirini sən?

Od deyilsən əgər, ey sabah, bir din!Daşsız və dəmirsiz çıxmırsan neçin?"

Qəlbi, pərvanətək qəmli dolandı,Birdən sübhün şamı alışdı, yandı.

Sübhün mülkü gözəl bir ölkədir, bil,O yerdə hər istək tez olur hasil!

Bir cığır taparsa xəznəyə hər kəs,Sübh olmasa onu heç aça bilməz

Sübh açılar hər bir arzu, hər hasar,Bu zaman hər işə tapılar açar.

Oyanan zamanda canlılar səhərDillərdə təsbihin gülü göyərər.

Hər kimin dilində azca qüvvət var,Sübh ikən allaha duaya başlar.

Dua oxuyarsa dil quşu əgər,Dili olmayanlar bəs neyləsinlər?

İbadət olunan o yüksək məkanDilsizlər dilini anlayır, inan!

Tapdı Şirin sübhün kimiyasını,Dəyişdi civətək öz ədasını.

Səbrindən xoruzlar qanadlandılar,Dedilər: səbr edən məqsədə çatar.

Yerə sürtdü Şirin o gül üzünü,Zarıyıb tanrıya dedi sözünü:

"Ey tanrı, gecəmə bir nəhayət ver,Mənə gündüz kimi qalibiyyət ver!

Sübhə ümidim yox, gecəm qapqara,Aç mənim üzümü nurlu bahara.

Şir kimi ərləri öldürər qəmim,Qəmə şadlıq kimi qoy qalib gəlim.

Taqətim heç yoxdur bu dar zindana,Ləltək məni daşdan sən çıxarsana!

Hər kəsin dadına çatırsan, allah,Mənə də özün ol bu gündə pənah.

And verirəm yetim ahü zarına!Məzlum qocaların fəryadlarına,

Miskin qəriblərin yatdığı yerə,Quyu dibindəki ac əsirlərə,

"Adil allah" deyə çağıranlara,Əfvlər diləyən çox günahkara,

Ürəyi fəth edən saf həqiqətə,Ruhu canlandıran böyük ayətə,

Təmiz dindarların saf niyyətinə,Peyğəmbərlərinin qüdsiyyətinə,

Xalqa əl açmayan möhtaca, xara,Qanına bulanmış yaralılara.

Evindən didərgin min can eşqinə,Köçdən ayrı düşmüş insan eşqinə,

İlk dərs alanların xoş təkrarına,Yanıqlı qəlblərin ahü zarına,

Göz yaşından sirab olan reyhana,Sabahlar verilən nəzir, qurbana,

İnsanlardan gizlin nurun eşqinə,O saysız-hesabsız varın eşqinə.

Bir qoca rahibin saf imanına,Məsum ürəklərin saf vicdanına,

Sənin bəyəndiyin hər bir taətə,Qəbul eylədiyin hər bir dəvətə,

Ərşi ötüb keçən o son fəryada,İzaha sığmayan o böyük ada,

Özün ol bu qanlı qəlbimə qəmxar,Bu qəm girdabından canımı qurtar!

Bir dil olsa əgər hər tüküm bu an.Tərifinin səsi gələr onlardan.

Yatmışam, dilsizəm, odur sənə mənEtmədim birini yüz təşəkkürdən.

Sən elə varlıqsan, bilinməz kimsən,Özgələr fanidir, baqi bir sənsən.

Vəhdət pərdəsində olmusan nəhan,Qapında olmuşdur fələk pasiban,

Sənin varlığının sonu, əvvəliHələ olmamışdır kimsəyə bəlli.

Sənin dərgahına bir yol var ancaq:O da qorxu duyub, ümid bağlamaq.

Yaratdın fələyi, açdın dövranı,Sən verdin dünyanı, ruzunu, canı,

Bizdən can da alsan, ruzu da versən,Sən bilən yaxşıdır, özün bilərsən!

Köməyinlə ömür sürürəm belə,Bu kömək üstündən bir kömək elə!

Başıma gətirsən əgər bir qəza,Elə et, könlündə doğsun bir riza.

İstər həyat olsun, istərsə ölüm,Qəbul eləmişdir hökmünü könlüm.

Lakin mən xəstəyəm, kədərim çoxdur,Ağır əzab vermə, taqətim yoxdur.

Layiq deyil mənim əməlim sənə,Sən ki, bacarırsan, kömək et mənə.

Gördüyüm nemətlər bütün sənindir,Nemətinlə yenə məni sevindir.

Mən səndən bu sirri gizləyim nədən?Sən ki, hər bir sirri yaxşı bilirsən!"

Yalvardı tanrıya o təmiz ürək,Düşdü torpaqlara öz göz yaşıtək.

O tutqun könlünü açdı yaradan,Dəmir açarını çıxardı daşdan.

Dodağından qopan o yalvarışlarXosrovun qəlbini etdi tar-mar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов