Хосров и Ширин, глава 72
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
مَلِک بارِ دگر گفت ای دلافروزبه گفتن گفتن از ما میرود روز
مکن با من حساب خوبروییکه صد ره خوبتر زانی که گویی
فروغ چشمی ای دوری ز تو دورچراغ صبحی ای نور علی نور
به دریا مانی از گوهرفشانیولی آبِ تو آب زندگانی
تو در آیینه دیدی صورت خویشبه چشم من دَری، صد بار از آن بیش
تو را گر بر زبان گویم دلآرامدهانم پُر شکر گردد بِدین نام
گرت خورشید خوانم نیز هستیکه مه را بر فلک رونق شکستی
دلِ شکر در آن تاریخ شد تنگکه یاقوت تو بیرون آمد از سنگ
سهی سرو آن زمان شد در چمن سستکه سیمیننار تو بر نارون رست
رطب را استخوان آن شب شکستندکه خرمای لبت را نخل بستند
اِرم را سکهٔ رویت کلید استوصالت چون ارم زان ناپدید است
قمر در نیکَوی دلدادهٔ تو استشکر مولای مولازادهٔ تو است
گلت چون با شکر همخواب گرددطبرزد را دهان پر آب گردد
به هر مجلس که شهدت خوان درآردبه صورتهای مومین جان درآرد
صدف چون بر گشاید کام را کامکند دُر وام از آن دندان دُرفام
گر از یک موی خود نیمی فروشیبخرم گر به اقلیمی فروشی
بدین خوبی که رویت رشک ماه استمبین در خود که خودبینی گناه است
مبادا چشم کس بر خوبی خویشکه زخم چشم، خوبی را کند ریش
مریز آخر چو بر من پادشاهیبدین سان خون من در بیگناهی
اگر شاهی، نشان گوهرت کو؟و گر شیرینی، آخر شکرت کو؟
رها کن جنگ و راه صلح بگشاینفاقآمیز عذری چند بنمای
نه بد گفتم نه بدگویی است کارمو گر گفتم یکی را صد هزارم
اگر چه رسم خوبان تند خویی استنکویی نیز هم رسم نکویی است
خداوندان اگر تندی نمایندبه رحمت نیز هم لختی گرایند
مکن بیداد با یار قدیمیکه گر تندی نگارا هم رحیمی
چو باد از آتشم تا کی گریزی؟نه من خاک توام؟ آبم چه ریزی؟
ز تو با آن که استحقاق دارمسر از طوق نوازش طاق دارم
همه دانندگان را هست معلومکه باشد مستحق پیوسته محروم
مرا تا دل بود، دلبر تو باشیز جان بگذر، که جانپرور تو باشی
گر از بند تو خود جویم جداییز بند دل کجا یابم رهایی؟
بس این اسب جفا بر من دواندن!گَهم در خاک و گَه در خون نشاندن
به شیرینی صلا در شهر دادنبه تلخی پاسخی چون زهر دادن
مرا سهل است کاین بار آزمودممبارک باد بسیار آزمودم
بسا رخنه، که اصل محکمیهاستبسا اندُه، که در وی خرمیهاست
جفا کردن نه بس فرخنده فالی استمکن کاِمشب شبی، آخر نه سالی است
دلم خوش کن که غمخوار آمدستمتو را خواهم، بدین کار آمدستم
چو شمع از پای ننشینم بدین کارکه چون من هست شیرینجوی بسیار
همانا شمع از آن با آبِ دیده استکه او نیز از لبِ شیرین بریده است
گره بر دل چرا دارد نیِ قند؟مگر کاو نیز شیرین راست دربند؟
چرا نخلِ رطب بر دل خورد خار؟مگر کاو هم به شیرین شد گرفتار؟
همیدون شیر اگر شیرین نبودیبه طفلی خلق را تسکین نبودی
به شیرینی روند این یک دو مسکینتو شیرینی و ایشان نیز شیرین
Xosrov yenə dedi: "İnsaf elə bir,Böylə danışmaqla günümüz keçir.
Gəl mənə gözəllik bəhsi açma sən,Yüz dəfə artıqsan dediklərindən.
Sən öz surətini aynada gördün,Gözümdə durursan ondan da üstün.
"Dilaram" deyəndə sənə, ey nigar,Onu deyən ağzım şəkərlə dolar.
Əgər günəş desəm, deyil bu yalan,Ayın rövnəqini sən sındırmısan.
Daşdan çıxan zaman yaqutun sənin,Ürəyi sıxıldı o gün şəkərin.
Sənin gümüş narın bitəndən bəri,Çəməndə büküldü sərvin kəməri.
Xurma dodaqların qızaran gündənXurma ağacını qırdılar həmən.
İrəmə açardır sənin camalın,İrəmtək görünmür, odur vüsalın.
Ay olmuşdur sənin hüsnünə vurğun,Şəkər - qolu bağlı bir aciz qulun.
Gül üzün şəkərlə yatarsa, ey yar,Eşidib nabatın ağzı sulanar.
Harda bal dodağın bir süfrə sərər,Mumtək saralmışa orda can verər.
Hindu səni görüb həvəsə gələr,İnci, dişlərindən ərməğan dilər.
Bir ölkəyə satsan yarım tükünü,Alaram, verərəm şahlıq mülkünü.
Hüsnün göydə aya çəkdirərsə ah,Öyünmə, öyünmək günahdır, günah!
Öz gözəlliyinə gəl olma heyran,Gözəlliyi pis göz məhv edər, inan.
Qarşında dayanıb mənim kimi şah,Gəl qanımı tökmə, məndə nə günah?
Şahsansa, əslinin hanı nişanı?Əgər şirinsənsə, şəkərin hanı?
Davanı kəs, sülhə açılsın qoy yol,Keçmiş nifaqı at, gəl, üzrxah ol.
Pis demədim, pis söz deyildir peşəm,Dedimsə, bir sözə min üzr demişəm.
Gözəllər olsa da əgər bədrəftar,Yaxşılıq da yenə onlarda olar.
Böyüklər nə qədər tünd də olsalar,Onlarda kiçikcə bir rəhm də var.
Gəl, köhnə dostuna sitəm etmə sən,Acıqlı olsan da bir rəhmdilsən.
Odumdan yel kimi qaçıb əl çəkmə,Torpağam, üzümün suyunu tökmə.
Sənə haqq olduğum əyandır artıq,Göstərmədin niyə bir mehribanlıq?
Hər bir ağıllıya bu iş məlumdurKi, daim müstəhəq adam məhrumdur.
Nə qədər canım var, dilbərim sənsən,Həm canım, həm də canpərvərim sənsən.
Tutalım ki, qırdım sənin bəndini,Necə qırım qəlbin öz kəməndini?
Bu cəfa atını sürdüyün bəsdir,Gah yerə, gah qana salmaq əbəsdir.
Səni şirin bilir hər yaxın, uzaq,Gəl, zəhərdən acı cavabına bax!
Belə acı sözü çox eşitmişəm,Səndən acı yemək olmuşdur peşəm.
Bəzən rəxnə edər əsası möhkəm,Bəzən sevinc verir insana hər qəm.
Uğurlu şey deyil zülm eləmək, bil,Bu bircə gecədir, deyil ki, bir il.
Qəlbimi şad elə, qəmli gəlmişəm,Səni deyib, gözü nəmli gəlmişəm.
Şirini istəyir, düzdür, çox adam,Lakin mən yolunda şamtək yanıram.
Bax, şamın gözləri yaşla dolmuşdur,Yoxsa, Şirininə həsrət olmuşdur?
Şəkər qamışında nədir o düyün?Yoxsa bəndə düşmüş o da şirinçün?
Xurmanın bağrına batır tikanlar,Onda da şirinə məgər eşq var?
Şirin olmasaydı döşdə süd əgər,Rahatlıq tapmazdı onda körpələr.
Onlar da özünü zənn edir şirin.Onlar da şirindir, bax, sən də Şirin."
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-xosrov-ve-sirin-72
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Так в книге начертал великий мастер слова,Тот словомер, чья речь готова для улова:
Хосров и Ширин, глава 46Бану тоску Ширин стремилась превозмочь.Опять ее Луна должна украсить ночь.
Хосров и Ширин, глава 47Гульгун навьючен; в путь пуститься вышло время.Ширин в седле, Шапур ее хватает стремя.
Хосров и Ширин, глава 48چو شاهنشاه صبح آمد بر اورنگسپاه روم زد بر لشگر زنگ
Стихи других поэтов
Bəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.
Nə böyük səadət varmış, dörd divar içində…Nə ki, gücüm vardı yığdım,Minlərlə lal-kar içindən…
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"