Çar konsulu Təbrizi tərk edir
Страница 2 из 2 · 50%
Əqəllünnasi) sərdar Rəşidə
Sərdar Rəşid bu məktubunda Hacı Mirzağa Bülluriyə bir tərəfdən yaltaqlanır, o biri tərəfdən də onların qüvvələrini öyrənib çar konsuluna xəbər vermək istəyirdi. Bunun üçün Hind-Avropa teleqrafxanasına adam göndərib sərdar Rəşid tərəfindən Tiflisə teleqram göndərilib-göndərilməməsini yoxlamağı tapşırdıq. Oradan alınan xəbərlərə görə sərdar Rəşid iki günün içərisində Qafqaz canişininə səkkiz teleqram göndərmişdi, teleqramlar şifrəli teleqramlar olduğu üçün bir şey arılaşılmamışdı.
Hacı Mirzağanın dəstəsi Marağanı işğal edincəyə qədər sərdar Rəşidin mənimlə olan əlaqəsində heç bir düşmənçilik hiss edilmirdi. O məni məhv etmək istəsə belə, bunu dostluq və yaxınlıq pərdəsi altında icra etməyə çalışırdı, lakin Marağa alındıqdan və Səməd xar Təbrizdən çəkildikdən, xüsusən çar konsulu köçüb getdikdən sonr: sərdar Rəşid özünü vəziyyətə hakim hesab edərək, bizimlə əlaqə: sini kəsmişdi. Artıq o məni öz gücü, yaxud Təbrizə girən başıpozuc dəstənin komandanı Helmi bəyin vasitəsilə məhv etməyi düşünürdü Bunu Mahrunun son telefonoqrammasından da anlamaq olurdu.
O, çar konsulu Təbrizdə ikən Nina məsələsini çox ciddi qoy: bilmirdi, çünki hər halda Nina konsulxanada məsul bir vəzifədə iş ləyirdi”, hazırda isə nə konsulxana vardı, nə də Nina məsul bir xid mətdə idi. Sərdar Rəşid Mahruya acıqlandığı vaxt:
– Sən özünü çox da qiymətləndirmə, yaxın günlərdə səndən d: gözəl bir qadın bu evə gələcəkdir, – demişdi.
Təbriz adamları və Təbriz bekarları böyük dəstələrlə axıb Təb. rizə gələn qalib ordunun istiqbalına gedirdi. Kəci! qəbiristanı tərəf: lərindəki küçələr, damlar və divarların üstü tamaşaya çıxan camaatla dolu idi. Onlar:
– Yaşasın islamın naciləril..
– Yaşasın Ərkan paşa!
– Yaşasın Bülluri!
” Yaşasın Kəblə Hüseyn ağa Fişəngçil – deməyə hazırlanır ve şüarları əzbərləyirdilər.
Sərdar Rəşidin əmrinə görə gələn dəstələrin qabağına quru meyvələr, yağlı çörək və şəkərçörəklər, cürbəcür dadlı çörəklər də aparılmışdı. Tabaqlar dolusu naz-nemət yollar boyu gələn qoşuna təqdim olunurdu. Təbrizə gələn qoşunun miqdarı min nəfərdən artıq deyildi, libasların, silahların müxtəlif olması gələn qoşunun başıpozuq olduğunu və müntəzəm olmadığını göstərirdi. Təbrizə gətirilən toplar Səməd ağa ordusundan alınan qənimətlər idi. Dəstənin özünə məxsus silahları, qatırlara yüklənmiş bir neçə dağ topu, bir neçə də pulemyotdan ibarət idi.
İstiqbala gedənlərin bir çoxu bu dəstədən heç bir xeyir görməyəcəyini anlayırdı. Mollaqulaqların qaşqabağı aşağı idi, bu dəstənin Təbrizə nicat verəcəyini düşünənlər öz səhvlərini başa düşürdülər.
€Yaşasın» səsləri də çox sönük çıxırdı. Mən Acudan qapısında durub bu «istiqbal təntənəsinə? tamaşa edirdim. Yanımda duran bir nəfər də tez-tez €Yaşasın, yaşasınlb deyirdi. Lakin onun kim üçün yaşasın dediyi məlum deyildi. Mən ona sual verdim:
– Siz kimin üçün yaşasın deyirsiniz?
O mənim üzümə baxıb güldü və:
– Hələ məlum deyil! – dedi.
Qoşun keçdikdən çox sonra qoşun komandanı Helmi bəy və siyası komandan Fovzi bəy öz qərargahi ilə gəlib keçdi. Çox dalda Kəblə Hüseyn Fişəngçi ilə Mirzağa Bülluri köhnə bir faytonda gəlirdilər. Mən öz faytonumuzu irəli sürüb onlarla görüşüb öpüşdüm, sonra da onlar köhnə faytonda şəhərə girməsin deyə öz faytonumu onlara təqdim etdim: özüm də onlarla bərabər oturub şəhərə qayıtdım. Hacı Mirzağanın birinci sualı bundan ibarət oldu:
– Çar konsulu qaçdımı?
– Bəli, qaçdı!
– Rus təbəələri də getdimi?
– Gedənlər də var, qalanlar da.
– Himayədə olanlardamı getdi?
– Yaxşı xəbərim yoxdur. Məncə, gedən azdır.
– Biz belə düşünməmişdik.
– Necə düşünürdünüz?
– Biz elə fikir edirdik ki, biz Savucbulağı götürən kimi siz Təbrizdə üsyan edib çar konsulunu və Təbrizdəki rus qoşununu əsir götürəcəksiniz. Lakin bu iş mümkün olduğu halda siz buna əhəmiyyət verməmisiniz.
– 11-ci ildə Əmir Heşmət üsyanı məsələsi müzakirə olunduğu vaxt hazır idinizmi?
– Bəli, hazır idik!
– Mən həmin axırıncı iclasda da üsyanın tərəfdarı deyildim, lakin mənim təklifim səsə qoyulduğu vaxt əksəriyyət qazanmadım. Doğrudur, o üsyanda qələbə çaldıq, qazandıq, lakin sonunda zərərimiz qazancımızdan artıq oldu. Təbriz yoxsulları, Təbriz inqilabçıları bir neçə günün içərisində rəhbərsiz qaldılar, biz rusların intiqam çıxışlarına qarşı boynumuzu əyib dar ağacının sabunlanmış kəndirlərinə keçirdik. Əziz yoldaş, qəlbin sınmasın, indi sən özün düşün, sənin arxalandığın bu qüvvə ilə çar hökumətinin qabağında dura biləcəyikmi? Yenə də bu hərəkətin nəticəsi bir təhlükə deyildirmi? Məgər siz bilmirsinizmi bu qüvvə ilə böyük bir hökumətin qabağına çıxmaq sadəlikdir? Bu cür böyük bir məsuliyyətin altına girmək mümkündürmü?
Mirzağa Bülluri bir az düşündükdən sonra cavab verdi:
– Xalqımız cİrandostə və millətpərəst bir xalqdır, onların ruhun: təkan vermək lazımdır. Biz öz gətirdiyimiz qüvvənin dəyərli bi qüvvə olmadığına inanırıq. Bizim istinad etdiyimiz qüvvə daxildək qüvvədir, ellər, əşirətlər, istiqlaliyyət tərəfdarı olan bütün xanla bizim arxamızdadır. Səsimizə bütün İran səs verəcəkdir. Mən siz: söz verirəm ki, on günün içərisində Təbrizə əlli min atlı yığılacaqdır Ağa, biz yalnız Təbriz məsələsini yox, bütün İran, bəlkə, Qafqa: məsələsini qoymuşuq. Bu söz Ərkan paşanın dilindən eşitdiyim söz lərdir ki, sizə ərz edirəm. Mən sizə təəccüb edirəm, sizin bu hərəkata soyuqqanlı baxmağınıza heç bir məna verə bilmirəm. Halbuk siz İranın azadlığı uğrunda hamıdan artıq çalışmışsınız.
Təbrizə yetişdik, mən öz fikrimi Bülluriyə deməli idim, buna görə də ona uzun danışmaq imkanı verməyib sözə başladım:
– Siz məni çox gözəl tanıyırsınız, mən daim İranın istiqlaliyyətini müdafiə edənlərdənəm, lakin mən bu sözlərimi Səttar xana dediyim kimi, sizə də deyirəm: xalqın yalnız milli ruhunu oyandırmaqla qalib gəlmək olmaz! Kəndlilərin və yoxsul şəhərlilərin, kargərlərin və kəsəbələrin inqilabi ruhunu oyandırmaq lazımdır! Bu gələn qüvvənin məsələsinə gəlincə, demək lazımdır ki, bunlar İrana istiqlaliyyət verə bilməz, çünki bunları İrana göndərən ölkənin özü də müstəqil deyildir, onların özü də buyruq quludur. Onları göndərən özü də oğlanlarını və öz vətənini alman kapitalistlərinin mənafeyi uğrunda qurban verənlərdir. Mən öz dostlarımızın və vaxtilə bizimlə silah yoldaşlığı edənlərin kor-koranə osmanlı və alman macərasına qoşulmasına razı deyiləm. Biz alman mənafeyi uğrunda yox, İran kəndlisi, İran yoxsulları uğrunda qurban verməliyik! Nəticəsiz təşəbbüs və qələbəsi qabaqdan hiss edilməyən işlərə qoşulmaq sadəlövhlükdür. Siz kimin qarşısına nə kimi bir qüvvətlə çıxdığınızı bir daha təsəvvürə gətiriniz, xalq qüvvətinə istinad etmək üçün əsas və zəmin lazımdır. Yaxşı baxın, kimdir sizi istiqbal edənlər?) Bekarlar, dilənçilər, sahibsiz qadınlar, küçə uşaqları və sairələri. Sən özün düşün, bunlara istinad etmək mümkündürmü? Əziz dostum, hərgah bu gün ruslar qüvvətləri az olduğu və daxili üsyandan qorxduqları üçün çəkilib getmişlərsə, bir neçə gündən sonra böyük bir qüvvətlə Təbrizə qayıdacaqlar.
Mən nə qədər dedimsə, o yenə də öz xətt-hərəkətlərinin doğru olduğunu və sərdar Rəşidin bu hərəkata hüsn-rəğbət bəslədiyini təkrar etdi və mənə belə bir sual verdi:
– İndi fikrin nədir? Sən bu hərəkata kömək edəcəksənmi?
– Mən ancaq Təbriz xalqına kömək edəcəyəm.
– Necə yəni Təbriz xalqına?
– Məgər siz Təbriz xalqına kömək etməyin tərəfdarı deyilsinizmi?
– Əlbəttə ki, Təbriz xalqının tərəfdarıyıq, hərgah tərəfdar olmasaydıq, aylar uzunu zəhmət çəkib bu qədər böyük bir hərəkatı təşkil etmək istərdikmi?
– Çox gözəl, indi ki, məqsədiniz İranın istiqlaliyyətidir, indi ki, məqsədiniz Təbriz xalqına kömək etməkdir, o zaman sizə kiçik bir məsləhət görmək istərdim.
– Nə kimi məsləhət?
– Ayıq olun ki, gətirdiyiniz əsgərlər Təbrizdə özlərini yaxşı aparsınlar. Sizin nicatınız yerli xalqla gözəl rəftar etməkdə və onların məhəbbətini qazanmaqdadır. Hərgah onlar Miyandab, Savucbulaq, Marağa şəhərlərindəki kimi rəftar edərlərsə, o zaman biz onların Təbrizdən getmələri üçün təcili tələbat verəcəyik.
Bu sözümdə Hacı Mirzağa Bülluri özünü düzəltdi və üzümə şübhəli bir nəzər ataraq soruşdu:
– Bir hökumətin ordusunamı tələbat verəcəksiniz?
– Məgər sən bizim bir hökumətə yox, Səttar xan vaxtında iki hökumətə qarşı durduğumuzu bilmirsənmi?
– İndi bu saatda sənin əlində belə qüvvənin olduğuna inanmıram.
– Sizin bəlanız da burasındadır ki, xalq qüvvəsini tanımırsınız, kütlə ilə əlaqəniz yoxdur, öz qabağınızdan kənarda nə varsa bilmirsinizl Bu gün sənin başında gələnlər təbrizlinin malına, irz-namüsuna əl uzadarsa, mən bir günün içərisində bütün Təbrizi öz ətrafımda səfərbərliyə ala bilərəm. Sən mənim təşkilatçılığıma inanırsanmı?
– İnanıram, lakin mən ümid edirəm ki, sənin bu təşəbbüsünə lüzum görülməyəcəkdir, Təbrizə gələn dəstə namuslu və müntəzəm bir ordunun hissəsidir.
– Etiraz etmirəm. Hərgah sən dediyin kimi olarsa, biz sizir nə nəfinizə, nə də zərərinizə olaraq hərəkət etməyəcəyik. Dedi. yinin əksinə bir hərəkət görsək qətiyyən tamaşaçı qala bilməyə cəyik.
Mirzağa Bülluri bir kərə ah çəkərək:
– Məsələ aydındır, - dedi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-car-konsulu-tebrizi-terk-edir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Azərbaycan heyətinin üzvləri səhər yeməyini Əmin qəsrində yeyəndən sonra, Bağdad şəhərini gəzmək üçün hazırlaşdı. Qulamlardan birisi gəlib Fəxrəddinə baş endirib dedi:– Bizim möhtərəm ağamızı bir nəfər qadın qapıda durub gözləyir.
Nizamiyə sui-qəsdFəxrəddin Əmin qəsrinin pilləkənlərindən küçəyə düşdüyü zaman, Səba xanımın qapıda o tərəf bu tərəfə dolandığını və tez-tez Əmin qəsrinin qapısına baxdığını gördü.O, dərhal Səba xanımın nə üçün gəldiyini anladı və gülər üzlə ona yanaşaraq:
Xəlifənin qızlarıBu gün Dürrətülbağdad öz qaynı Fəxrəddinin şərəfinə bir ziyafət təşkil etmişdi. Ziyafətdə ölmüş xəlifə Müstərşidbillahın qızları, cariyələri, Bağdadın musiqi və incəsənət xadimləri və sairləri iştirak edirdi.Günorta azanından bir saat keçmiş Dürrətülbağdadın qəsrinin qarşısında xəlifə Müstərşidbillahın qızları və iyirmi cariyəsini gətirən ipək örtüklü taxt-rəvanlar dayandı.
Qadınlar və qızlar dünyasıSəhər saat 7-də xəlifənin nümayəndəsi Asəf Azərbaycandan gələn heyət ilə bərabər kənizlər və cariyələrin tərbiyəsi ilə məşğul olan və eyni zamanda kənizlər və cariyələr satmaqla məşhur olan Fənhas müəssisəsinə yola düşdülər. Fənhasın müəssisəsi “Bəndəfruş” bazarının şərq tərəfində düşən kiçik bir şəhərdən ibarət idi.Qapını vurdular. Fənhas müəssisəsinin xidmətçilərindən Həyyan qapıya gəldi. Asəf xəlifənin fərmanını göstərib səyahətçilər gəldiyini xəbər verdi. Fənhasın nəvəsi Mərhəş cübbəsinin ətəklərini yerlə sürüyə-sürüyə qapıya gəldi, fərmana və fərman gətirənlərə baş əyib qonaqları içəri buraxdı.
Стихи других поэтов
Könlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Dilbəra, şəmsüzzühadır ayəti-rüsxarınızDilbəra, şəmsüzzühadır ayəti-rüxsarınız,Ayəti-tahavü yasin surəti-didarınız.
Hay mədədÇox çalışdım, mətləbimə çatmadımArzu mənim canda qaldı, hay mədəd