Culfaya doğru
Страница 3 из 3 · 67%
Külək nə qədər şiddətlə əsir əssin, yenə də Culfada yerləşmiş çar ordusunun C€Allah, çarı salamat elələ səslərinə qalib gələ bilmirdi.
Araz çayı körpüsündən İrana keçən ağır topların gurultusu göy gurultusu qədər dəhşətli və titrədici idi.
Qriqor ağa:
– Culfa sizin 9-cu ildə gördüyünüz Culfa deyildir, – dedi. – Bura indi müharibə arxası yox, cəbhə həyatı vəziyyətindədir.
Doğrudan da, küçələrdə ancaq qoşun dəstələri, toplar, səyyar mətbəx və nəqliyyat vasitələri görünürdü. €Fransa» otelində də böyük bir qələbəlik var idi. Hər tərəfdə zabit, hər tərəfdə tanış olmayan adamlar görmək olurdu.
Qriqor ağa öz mehmanxanasının vəziyyətindən danışdığı zaman:
– Qəribə bir zamandır, – dedi. – İran məsələlərindən istifadə edənlər, öz şəxsi mənafelərinə ümumi mənafenin boyasını verənlər, bütün qara fikirlilər, cib kəsən və qulaq kəsənlər hazırda Culfadadır, bu saat əgər birisi mənim mehmanxanamı partlatsa, onlarca casus və vətən xainini məhv etmiş olar.
Biz Qriqor ağa ilə danışa-danışa xAvropap mehmanxanasının dalından keçib, gözə görünməmək üçün evlərin arxası ilə Məhəmmədhüseyn Hacıyevin evinə getmək istəyirdik. Nikonun mehmanxanasından yoğun gövdəli və ucaboylu bir adam çıxıb bizə yaxın— laşdı və:
– Qayıdın mehmanxanaya, danışmalı sözüm vardır, – dedi.
Bu adam fandarm onbaşısı məşhur Xramtsov idi. O, başqa bir yoldan, biz isə başqa bir yoldan mehmanxanaya qayıtdıq. Xramtsov gəldi. Qriqor ağanın mənzilinə girən kimi diqqətlə baxaraq məni tanıdı və:
– 9-cu ildə tanış olmuşuq, – deyib əlimi sıxdı, bir papiros yandırıb çəkdi və sonra da Qriqor ağaya müraciətlə: – Bugünkü xəbəri on manata verməyəcəyəm, – dedikdə Qriqor ağa:
– Sən də bahalıq salma görək başımıza nə gəlir, – dedi.
Mən söhbətə müdaxilə edərək:
– Bir şey də mən qoyaram üstünə, - deyib bir dənə rus 25 manatlığı ovcuna basdım. Xramtsov pulun çoxluğunu görüb şübhələndi və o tərəf-bu tərəfinə baxıb: – Qəlp pul deyil ki? – dedi.
– Bu cür sözlər ayıb deyilmi? Mən cənab Xramtsova qarşı bu cür hörmətsizliyi rəva görərəmmi?
Jandarm pulu cibinə qoyub:
– Dünən gecə vağzalda Molla Həsən Mahmudov köpək oğlu on manat veribdir, səhər baxıb görmüşük ki, qəlp puldur.
Qriqor ağanın səbri tükəndi və tez soruşdu:
– De görüm nə xəbər vardır?
Xramtsov isə cavabında:
– Zəhmət olmasa 10 manatı çıxar, sonra xəbər verim, – dedi və sakit oldu.
Nəhayət, Qriqor ağa 10 manat çıxarıb verdikdə Xramtsov bir əmrnamə çıxarıb oxudu. Əmrnamədə Ağa Məhəmmədhüseyn Hacıyevin, Səfərovun mehmanxanasında gizlənmiş Ələkbər Hüseynovun həbsə alınması yazılmışdır. Xramtsov əmrnaməni cibinə qoyub:
– Bu gecə işinizi görməlisiniz, çünki mən səhər tezdən Pandarm polkovniki Ştraubeyə onların Culfada olmadıqlarına dair raport verməliyəm. Bildiniz ki?1
Xramtsov bunu deyib getdi. Biz Qriqor ağa ilə bir-birimizin üzünə baxdıq.
– Tez adam göndər Arseni bura çağırsınlar! – dedim, lakin səbrim-aramım yox idi, çünki yoldaşları böyük təhlükə gözləyirdi.
Öz-özümə: €Nə yaxşı ki, yubanmadım, bir gün təxirlə gəlmiş olsaydım, bizə həmişəlik bir bədbəxtlik üz verəcəkdiə – deyib otaqda dolanırdım.
Arsen gəldi, görüşüb öpüşdük, heç bir müqəddimə başlamadan məsələni ona danışdım. Arsen tərəddüdsüz olaraq ayağa qalxdı və:
– Bu saat arabaçı Avetis ağanı çağırım, – deyərək getdi. Bir saat da gözlədik, gecə saat on ikidə Avetis ağa gəldi. Ələkbər və Ağa Məhəmmədhüseyn Hacıyev yoldaşı İrana keçirmək üçün danışıb razılaşdıq.
Gecə saat birdə oturub gözləyirdim. Avetis ağa qayıdıb Ağa Məhəmmədhüseynin xəz içərisində, Ələkbər yoldaşın isə arabaçı adı ilə Araz körpüsündən sağ və salamat İrana keçdiyini söylədi.
Hər şeydən əmin olduq. Ağa Məhəmmədhüseyn İran poçt-teleqraf rəisinin faytonu ilə Ələmdar şəhərinə, Ələkbər yoldaş isə Təbrizdən Tütünçüoğlu adına gətirdiyim vəsiqə ilə Təbrizə gedəcəkdi.
Gecə saat ikinin yarısında işlərimizi qurtardıq. Rus qızının kiçik məktubunu verdilər. Orada yazılmışdı:
«Mənim gözlədiyim adamlar gəlmədi, işinizi qurtardıqdan sonra məni səsləyin.
Ksenya.
Yemək üçün kiçik salona girdik, şam süfrəsi hazır idi, Ksenya Pavlovna çox qəmgin bir vəziyyətdə gəldi. Əvvələ o, uzun bir yolu maşınla gəldiyindən yorulmuşdu, dincəlməmişdi, ikincisi də, onun öz yazdığına görə Rusiyadan gözlədiyi adamlar gəlib çıxmamışdı. Lakin çox təmiz və vüqarlı bir surətdə geyinmiş, saçlarını düzəltmiş və ətirlənmişdi.
O, yemək vaxtında:
– Bəli, mənim gözlədiklərim gəlib çıxmadı. Müvəffəq ola bilmədim, sizin işləriniz nə yoldadır? – soruşdu.
– Mən də bəzi tanışlarla görüşdüm.
– Sabah qayıtmayacaqsınız ki?
– Xeyr! Hələ bir-iki gün burada qalmaq lazım gələcəkdir.
Bu sözdən rus qızı sevinərək:
– Yaxşı oldu, bəlkə, iki günə qədər bizimkilər də gəlib çıxdı,
– dedi.
Doğrusu, mən bu səmimi və tərbiyəli qızın bir çar agenti olması və məni təqib etməsi şübhələrinə o qədər də əhəmiyyət vermirdim. Bu mənim tərəfimdən ehtiyatsızlıq olsa da, qıza inanırdım, nə qədər çalışsam da, çar agentinə və casusa yaraşan sifətləri bunun məsum və səmimi çöhrəsinə yaxa bilmirdim. Onun insana qarşı bəşəri münasibəti, həyata qarşı nəzəriyyəsi, dünyaya baxışı, bir ədib, bir şair kimi tərz-hərəkəti, özünün şübhəli bir adam olmadığını göstərirdi.
O, iyirmi iki yaşlarında bir qız idi. Lakin dünyanın uzun illərini yaşamış, hadisələr içərisindən süzülüb çıxmış, həyatın müsbət və mənfi cəhətlərinin bütün təcrübəsini keçmiş bir adam kimi nəzərimdə canlanırdı.
Qız mənim fikirləşdiyimi və dərin sükutumu görərkən başını qaldırıb mənə düşüncəli bir nəzər atdı və gülümsünərək:
– Dərdlərinizi mənimlə bölüşdürməməyə haqlısınız, çünki məndə bir müvəffəqiyyətsiz adama müvəffəqiyyət qazandırmaq imkanı yoxdur, – dedi. – Dərdli və çıxılmaz vəziyyətə düşən adamların bir çoxu özündən başqa hamını xoşbəxt hesab edir, lakin mən belə deyiləm. Sizin də ağır bir fikir altında əzildiyinizi hiss edirəm.
Mən onun şübhələrini dağıtmaq üçün:
– Heç bir fikrim yoxdur, xanım qızın mənim çöhrəmdə gördüyü dalğınlıq fikirdən deyil, uzun yolun yorğunluğundandır, – dedim. O güldü:
– Fikir yorğunluğu bütün yorğunluqlardan əzici və ağırdır, – dedi.
Mən onu danışmağa məcbur etmirdim, çünki onun yeməyinə mane olurdum, onsuz da gözəl qız iştahası olmayan adamlar kimi əlində çəngəl qurdalanırdı.
Qriqor ağa və onun xanımının salona gələrək bizim yanımızda oturmaları qızın qəlbindəkiləri öyrənməyimə mane olurdu. Biz gecə saat dördə qədər oturduq. Kiçik salonda bizdən başqa yenə də bəzi ailəli adam və çar zabitləri, bank direktoru, gömrükxana işçiləri var idi, Restoran həyatı başlanmışdı, lakin bura sərxoşluq və ədəbsizlik edənlər buraxılmadığı üçün restorandakılar özlərini çox rahat hiss edirdilər. Saat dörddə mən qıza müraciətlə:
– Dincəlmək istəmirsinizmi? – dedim. O, başını qaldırıb üzümə baxdı və:
– Siz dincəlmək istəyirsinizsə, mən də istərəm, – dedi. Bununla da biz qalxıb getdik. Mən onu otağına yola salanda:
– Səhər çayını birlikdə içəcəyik, – dedi.
Mən ona sual verdim:
– Saat neçədə?
– Saat 11-də yuxudan qalxa bilərsinizmi?
– Mümkündür! – dedikdə, o, əlimi sıxdı və əlində saxlayaraq:
– Sizinlə uzun-uzadı danışmaq lazım gələcəkdir. Siz bilirsiniz ki, Təbrizdə dərdə şərik olan bir cəmiyyət yoxdur. Onu da biz düzəldərik, – deyərək xudahafiz etdi və qapının daldan bağlandığını eşitdim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-culfaya-dogru
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü.Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır.
Böyük quruluşda(Səkkiz pərdəli dram əsəri)*Əsərdə iştirak edənlər
Birinci pərdəSəhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.
İkinci pərdəQoca mühəndis Mirzə Əhmədin mənzilidir. Onun qızı mühəndis Dilbər əlində portfel gəlir, üst libaslarını çıxarıb şkafdan asır, pəncərənin qarşısına gəlib dışarı baxır.*Dilbər** — İntizar çəkənlər xəyalpərəst olurmuş, çox doğru və yerində deyiblər. Dünən axşamdan bəri xəyalımdan nələr gəlib keçmədi? Bilmirəm onun başında nə hadisə var. *(Fikrə gedir)* Ah, heç bilmirəm nə üçün onun gəlməsilə maraqlanıram?! Kim bilir bəlkə də o öz Firəngizi ilə bərabər gəlir. *(Portfelindən telegram çıxarıb baxır).* Şübhəsiz ki, o tək gəlmir, telegramda yazır ki, «gəlirik» *(Başını tutub otağı dolaşır).* Ah, nə qədər acı təsəvvürlər. Altı ildir bu təsəvvürlər bir ilan kimi mənim qəlbimə sarılmış. *(Pəncərənin qarşısına gedir və öz-özünə danışır):* Yox, bu yaramaz, mən qısqanırmışam. Qoy onlar xoşbəxt yaşasınlar.
Стихи других поэтов
Gözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,
Kim ki, rəqibə minnət edir vəsli-yar üçünKim ki, rəqibə minnət edir vəsli-yar üçün,Bir əndəlibdir, sevinir novbahar üçün.
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.