Vallah genə sözü aşikar söyləmək lazımdır, mətləbi gizləməkdən fayda yoxdur. Qoy genə Molla Məs’um çıxsın mənbərə və qətlimə fitva versin, necə ki, bir ay bundan əvvəl mənbərdə movizə vaxtı deyib, deyib, ağzı köpüklənib və axırda huşu başından çıxandan sonra mübarək ağzından bu sözlər çıxıb:

«Bu tazələr bir gün olar ki, bəlayi-nakəhanə rast gələrlər. Görürsən bir paralarının axırı necə oldu? Odu Sibiriyaya təşrif aparırlar. Ay camaat, şəriət əldən getdi, qoymayın, içinizdə olan tazələri öldürün, hər nə günahı olsa mən qəbul edirəm. Günahı yoxdur, savabı var. Qoymayın, öldürün, vurun, boğun, çırın, yırtın, parçalayın, hər nə günahı var mənim boynuma. Bir paraları güman edirlər ki, axund o gün dəli olmuşdu və hətta rəvayət edirlər ki, o gecə axundu həkimə göstərdilər və həkim deyib ki, axundun beyninə qurt düşüb.

Bəli, keçək mətləbə.

Onu demək istəyirdim ki, sözünü saxlayıb deməyən namərddir. Qorxunu mülahizə edib dərdi içəridə saxlamaq müsəlman arvadının sifətidir.

Dərdməndi ki, konəd dərdi-nəhan pişi-təbib

Dərd-ubbisəbəbi qabili-dərman nəşəvəd.

Sözüm budur ki, Osmanlıya və İrana məşrutə veriləndən bu yana İstambulda və Tehranda müsəlman övrətləri yavaş-yavaş başlayıblar başlarını çuvaldan eşiyə çıxardıb ətrafa tamaşa eləməyə. Bunların bir parası əlsiz-ayaqsız bacılarına kömək eləmək fikrinə düşüblər ki, onların aclarına çörək paylasınlar, dərssizlərini dərsə qoysunlar. Hətta Tehranda bacılarımız bir yerə cəm’ olub İranın borc məsələsinə qarışıblar və öz var-yoxlarını vətən yolunda fəda etməyə razı olublar.

Bəli, işlər öz yolu ilə gedirdi və heç danışıq-manışıq yox idi. Çünki çuval öz yerində durmuşdu, bacılarımız ancaq çuvaldan başlarını çıxardıb bu işlərə məşğul olurdular. Yoxsa əgər xudanəkərdə bunların birisi cür’ət edib çuvaldan çölə çıxaydı, İstambulda da olsaydı, daşqalax edərdilər. Zarafat eləmə, qardaş, buna müsəlmançılıq deyərlər. Odur, Xivədə bir oğlan bir qıza aşiq olmaq ilə hər ikisini dar ağacından asıblar.

Axırda Kəsmai gəldi çıxdı Tehrana və Sərdar Mənsurun və Muəzissultanın pulu ilə başladı «Vəqt» qəzetəsini çıxartmağa və haman qəzetənin 21-ci nömrəsində Molla Mə’sum kimi başladı camaata nəsihət eləməyə ki, bundan sonra çuvaldan başlarını çıxardan övrətlərin başından vurub dubara çuvala soxsunlar. İndi haman Kəsmai deyir ki:

Rəftə rəft əmma bəray bə’d qəmxari konid!

Yə’ni, hərçənd övrətlərimiz bir qədər atılıb düşüb bizi mö’minlər içində biabru elədilər, əmma bundan sonra dəxi onlara fürsət verməyin! Aman günüdür, verməyin!..

Kəsmai, Kilanda bir kənddir. Bir vaxt hansı bir İran zalımı gəlib bu kəndi talan eyləsin, biçarə rəiyyət yalvarıb ki, «Sən allah bari uşaqlarımızın başını kəsmə». Kəndin adı o və’dədən qalıb Kəsmai.

Amma mən elə qanıram ki, burada açıq zad yoxdur. Biçarə belə başa düşür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XXXII. Sentyabrın 14-də Bakı

İngilis generalı Mərkəzi Kaspi Diktaturası üzvlərindən aldığı etiraz məktubu barəsində London və Bağdad ilə müzakirə apardıqdan sonra Bakını boşaltmağın təxirə salınmasını qət etdi.İngilislər Almaniya-Fransa çəbhəsindəki dəyişikliklər və Bolqarıstanın Türkiyə-Almaniya ittifaqından çıxması ilə əlaqədar olaraq, Bakının türklərə təslimini təxirə salmağa qərar verdilər. Zira Bolqarıstanın Türkiyə-Almaniya ittifaqından çıxaraq müttəfiqlərin təkliflərini qəbul ilə ayrıca sülh müqaviləsi imza etməsi, İstambula quru yolu açmış olacaq və bununla da müttəfiqlərin qoşunu İstambula girə biləcəkdi.

16 мин
XXXIII. Osmanlı xəfiyyəsi

Osmanlı xəfiyyə təşkilatının birinci gündən başladığı iş, Leyla xanımı axtarmaqdan ibarət idi.Əvvəlcə onlar Leylanın sentyabrın 14-də axşam saat ona iyirmi dəqiqə işləmiş Hacının evindən faytona oturub getdiyini öyrəndilər. Bütün şəhəri alt-üst etdilər. Onun erməni qızı Esterlə tanış olduğunu və Esterin də sentyabrın 14-də oğurlandığını öyrəndilər. Bu da fayda vermədi. Sonra onlar Bakı qoçularının şöhrətlilərini toplayaraq Leylanı və erməni qızı Esteri onlardan tələb etdilər.

12 мин
XXXIV. Leylanın romanı

1. Bağdad, mart 1917-ci il.Şərq ölkələrinin tükənməz sərvətini Dəclə çayı kimi xəlifələrin xəzinəsinə axıdan, ticarət və siyasətin əsas qərargahı kəsilən Bağdad şəhəri, martın ortalarında sanki yeni bir dövrə girməyə hazırlaşırdı.

12 мин
XXXV. İngilislər Bağdadda

Bu gün Xanəgeyn şəhəri ingilis və çar bayraqları ilə bəzənmişdi. İngilislərin Bağdadı işğal etməsi münasibətilə bayram elan edilmişdi. Bağdadın işğalı Almaniyanın cahangirlik planındakı Berlin-Bağdad məsələsini nəticəsiz qoyur və Almaniyanın İngiltərə müstəmləkələrinə yaxınlaşmaq yolunu kəsirdi.Gömrükxana bağında yerləşən Biçeraxov qərargahı nəfərləri də bugünkü bayramda iştirak edirdi. Bağ bəzənilmişdi. Limu, narınc və portağal ağaclarından yüzlərcə əlvan fənərlər asılmışdı. Bağın hər tərəfində ikinci Nikolay və onun xalası oğlu beşinci Keorkinin rəsmi asılmışdı.

8 мин

Стихи других поэтов · Сатира