“Fərman-hümayun”
Страница 3 из 3 · 67%
Nizami məktubu oxuyub güldü və Fəxrəddinə dedi:
– Heç anlamıram, Əbül-Ülanın bu həyasız cariyəsi məndən nə istəyir?
Sonra o, Hüsaməddinə cavab verib dedi:
– Möhtərəm Hüsaməddin, sizdən üzr istəyirəm, Səba xanım sizi rahatsız edibdir. Hərgah bu məktubu mən sizə yazmış olsaydım, nə qorxardım, nə də üzr istərdim. O həyasız belə bir məktub da Qətibə xanımın dilindən mənim gələcək həyat yoldaşımın adına göndəribdir. İndi bir neçə kəlmə də mənim Qətibə ilə olan əlaqəmdən danışaq. Siz ağıllı adamsınız, çox da gənc deyilsiniz və yaxşı bir düşünün, bütün varı palçıq evdən və bu evdəkilərdən ibarət olan bir şair Qətibə kimi zəngin bir qızla evlənmək xəyalına düşərmi? O mənim nəyimə lazımdır? Əcəba, siz məni o qədər namussuz, o qədər şərəfsizmi hesab edirsiniz? Mən Qətibəyə evlənib Əmir İnancın süfrəsinin başındamı sülənəcəyəm?! Siz ki, o qızın dəli sevgisini bilirsiniz. Görürsünüz ki, mən ondan qaçıram, görürsünüz ki, o mənə rahatlıq vermir. Meşədə, bağda, küçədə, meydanda – harada görürsə məni evinə dəvət edir. Nə edim? Mən şairəm, bir gəncin ümidlərini qırmağın ən böyük bir günah olduğunu anlayıram. Həm də Səba kimilərin fitnə-fəsadından qorxuram. Çünki Səba xanım kimi saray cariyələri belə bir məsələni çıraqla axtarırlar. Onlar bu kimi hadisələri alış-veriş şəklinə qoyub pul qazanırlar. Siz Hüsaməddin, Səba xanımı tanımırsınızmı? Onun Əbül-Ülanın qızı Mahtab xanımı bir vaxtda səkkiz nəfərə nişanladıb hamısından hədiyyə və zəhmət haqqı aldığını eşitməmişsinizmi?
Hüsaməddin:
– Bunların hamısını bilirəm, – dedi və əlavə etdi: – demək ki, siz mənim sevgimə maneə törətməyəcəksiniz?
– İnanın, Qətibə gözəldir, elmli, biliklidir, şöhrətlidir. Lakin bunların heç birisi mənim üçün deyil. Sizə bir şair kimi söz verirəm, mən onu sevməyəcəyəm. Mən ancaq iki kərə onun əlini sıxmışam. Bunu da məndən öz nəzakətim tələb etmişdir. Kim bilir, bəlkə təsadüf olursa bir daha onun əlini sıxmaq məcburiyyətində qalaram. Lakin bunu sevgi hissləri kimi mənə etməyin.
Fəxrəddin mənim uşaqlıq yoldaşımdır. O məni özüm qədər tanıyır, o bilir ki, Qətibənin sevgisi nə qəlbimə, nə də vicdanıma yerləşir.
Hüsaməddin Nizaminin əlini sıxaraq dedi:
– Mən vicdanlı bir zatın evində oturduğum üçün vicdanla da danışmalıyam. Sizin bu qədər alicənablığınıza bir xidmət etmək istəyirəm. Siz öz sevgili Rənanızı tez bir zamanda evinizə gətirin, çünki Qətibə sizi onun sevgisindən azad etmək üçün Rənanı da Bağdada göndəriləcək qızların siyahısına salmışdır. Zənn edirəm ki, siz onu evinizə gətirəndən sonra, Əmir ərə getmiş bir qızı ərindən alaraq Bağdada göndərməkdən utanar...
Sonra o, Fəxrəddinə tərəf döndü:
– Gənc bir qəhrəman olduğun üçün səni də sevirəm, – dedi. – Əmirdən ayıq ol, Dilşad da sənin deyil. Rica edirəm, danışdıqlarımız burada qalsın.
Sonra Hüsaməddin ayağa qalxaraq, Nizami və Fəxrəddinlə vidalaşıb, otaqdan çıxdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-ferman-humayun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən:– Konsulun Hacı Səməd xanla əlaqəsi yaxşılaşmışdır, – dedim.
Azərbaycan çar qubernatoru Səməd xanadBu məktubu sənə bütün Azərbaycan kəndlisi, işçisi, yoxsul və inqilabçı kütlələri tərəfindən yazırıq.Sən bu məktubu yaxşı oxumalısan. Çünki sənin müqəddəratını həll edən məsələlərin hamısı bu məktubun içindədir. Sən 11-ci ilin məhərrəmində çar hərbi səhra məhkəməsinin vəzifəsini həyata keçirməklə, Azərbaycanın ən seçilmiş adamlarını dara çəkdin. Sən bu günə qədər də eyni vəzifəni ifa etməkdəsən. Çar cəlladları əllərini boyamaq istəmədiyi qanlar sənin əlinlə tökülməkdədir.
Sarı Ağabala xanHacı Səməd xan bir gün əvvəl Peterburqa məktub yazmaq istəliyini mənə söyləmişdi. Bu gün səhər saat 10-da Nizamüddövlə bana getdim.Onun görüşünə ya səhər çayına, ya nahar yeməyinə, ya da şam axtı getmək olardı.
Yeni intibahnamələrTəzə buraxdığımız intibahnamələr və Hacı Səməd xanın özünə yazdığımız məktub, onun bütün varlığını sarsıtmış, idarə etmək qüvvəsinə ağır bir zərbə vurmuşdu.İntibahnamələr çıxan gün o məni öz yanına çağırdı. Son günlər o yalnız mənimlə dərdləşir və gizlin sirlərini ancaq mənə söyləyirdi.
Стихи других поэтов
Bey bismillah əzbərimdi, hey xudadan, ya ƏliƏn ibtida gəldi səda ərş-əladan, ya Əli.
Dəlilerim, bu gün dava günüdüDəlilerim, bu gün dava günüdü,Müxənnet ölkesi talanmaq gərək.
İncizablarımVəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.
Müəmma: Beş yaşından on beş raha yetişdimBeş yaşından on beş raha yetişdim,Beşi atdım, beşi tutdum, beşi nə?