Содержание
  1. İkinci şəkil
  2. Üçüncü şəkil
  3. Dördüncü şəkil

Страница 3 из 6 · 33%

Üçüncü şəkil

Astiaq padşahın toy məclisidir. Qızlar və mö’bidlər dua oxuyurlar. Şah öz ə’yanları və baş mö’bidləri ilə daxil olur. Məclisin bir tərəfində od yanır.

Mö’bidlər və qızlar — Müqəddəs od, saxla bizi Əhrimənin bəlasından,
Sədaqətdən, ədalətdən ayrılmasın qoca insan.
Müqəddəs od, öz nurunla yandır şər’in qanatını,
Böyük Hörmüzd, işıqlandır insanların həyatını.
Sən ey Zərdüşt, bəndələrin başına öz nurunu saç,
İnsanların ürəyindən behiştə bir pəncərə aç.

Dua qurtarır, hamı oda səcdə edib qalxır. Qızlar odun ətrafında müqəddəs rəqs ifa edirlər. Rəqsdən sonra baş mö’bid odun qarşısına pərdə salır.

Astiaq — (məclisi gözdən keçirib vəziri Sərtacdan soruşur):
Kimdir bu gələnlər?!

Sərtac — Bəli hökmdar,
Arran ə’yanıdır sağda duranlar,
Sol tərəfdəkilər gəlmiş cənubdan,
Ekbatandan gəlmiş beş nəfər ə’yan.

Astiaq — Bərdədən kim gəlmiş, hanı Fəramərz?

Sərtac — Də’vət edilmişdir, nədənsə gəlməz,
Oddan üz çevirmiş öz həyatında,
Deyildir o sənin hökmün altında.

Astiaq — Fəramərz sevmirsə sevməsin məni,
Düşmənim də olsa sevir vətəni.
Bəhməni görmürəm,

Sərtac — Edilmiş də’vət.
Gəlməmiş, aydındır mənə həqiqət.

Fəramərz, Qorxmaz və Dönməz öz adamları ilə daxil olub otururlar.

Astiaq — (qalxıb danışır)
Bu müqəddəs torpağı tapşırıb bizə Yəzdan,
Doğruluq, qəhrəmanlıq mirasdır babamızdan.
Yaxşılıqla tanınmış Zərdüştün qoca yurdu,
Bununla da babamız Arran taxtını qurdu.
Təmiz qanla açıram mən öz qəlbimi sizə,
Bir məlikə lazımdır bizim bu ölkəmizə.
Böylə qərar vermişdir Hörmüzdün iradəsi,
Olsun mənim məlikəm Aysoru şahzadəsi.
Bu qohumluq xalqıma səadət verə bəlkə,
Bir də böyük vətənim hiss etməsin təhlükə.

Qadınlar, qızlar Astiaqın təzə məlikəsi Bebanı daxil edirlər. Mö’bidlər və qızlar əvvəlki duanı oxuyurlar. Baş mö’bid müqəddəs odun qarşısına salınan pərdəni götürür.

Qızlar və mö’bidlər — Müqəddəs od, saxla bizi Əhrimənin bəlasından,
Sədaqətdən, ədalətdən ayrılmasın qoca insan.
Müqəddəs od, öz nurunla yandır şər’in qanatını,
Böyük Hörmüzd, işıqlandır insanların həyatını.
Sən ey Zərdüşt, bəndələrin başına öz nurunu saç,
İnsanların ürəyindən behiştə bir pəncərə aç.

Qızlar müqəddəs rəqsi bitirdikdən sonra məlikəni Astiaqın taxtı ilə yan-yana qoyulan kürsünün üstündə əyləşdirirlər. Məclisdə olanlardan heç birisi məlikəyə tə’zim etmir, Astiaq çıxılmaz bir vəziyyətdə qalır.

Sərtac — (qalxır)
Hər kəsin alnından oxunur şadlıq,
Yenidən xalqımız tapır azadlıq.
Süzülür gözlərdən dərin bir sevinc,
Məmləkət bununla yaşayacaq dinc.
Basqın olmayacaq Dəclədən Kürə,
Xalq əzilməyəcək göz görə-görə.
Dostluq yaradacaq təzə izdivac,
Hərbə qalmayacaq bir də ehtiyac.
Ürəkdən razıyıq bu izdivaca,
Layiqdir məlikə bu təxti-taca.

Məclisdə olanlar bu sözlərə e’tina etmir, hamı Fəramərzin tərəfinə baxır.

Fəramərz — (qalxır)
Məmləkətin adından danışmaq daha bəsdir,
Mənçə Arran xalqını iğfal etmək əbəsdir.
Verməz bu izdivaclar Arran xalqına şadlıq.
Siz dünənki düşməndən gözləməyin azadlıq.
O daş-qaşa bürünən sanmayın məlikədir,
Arran taxtına düşən bir silinməz ləkədir.

Astiaq — (Acıqlı)
Fəramərz bu nə sözdür? Dediklərindən utan!
Nə üçün söyləyirsən qayınatama böhtan?!
Qəhrəmansan bilirəm, qılıncdan, oxdan danış,
Siyasət işlərilə deyilsən hələ tanış.

Fəramərz — Siyasətlə tanışam, bu təntənən, bu toyun,
Sərtacın düzəltdiyi ən qorxulu bir oyun.
Lakin qazanmayacaq vəzirin bu al-verdə,
Böyük Fərhadın qanı qalmayacaqdır yerdə.
Şahım, Aysorilərdən almayınca intiqam,
Yəzdana and içirəm sakit olmayacağam.

Sərtac — (Fəramərzə)
Nəzakət yaxşı şeydir, nə təntənə, nə oyun?
Dövlət üçün böyük bir mə’nası var bu toyun!
İttifaqa girirlər böyük, kiçik dövlətlər,
Bir-birinə qoşulur ölkələr, məmləkətlər.
Biz qalırıq ortada nunun nöqtəsi kimi.

Astiaq — (məclisə)
Ey mənim ə’yanlarım, anlayın niyyətimi.
Gizlin siyasət yoxdur başladığım işlərdə,
Xalqımız yorulmuşdur bu uzun döyüşlərdə.
Gərək dinçini alsın bir qədər Arran atı,
Zəfər qartallarının dinçəlsin qol-qanatı.
Siyasət tələb edir bir qədər qalın dinçə,
Kamanları bərkidin, sığal verin qılınca.

Fəramərz — Döyüş sənətkarları evində yaşamaz dinc,
Tez paslanar, hökmdar, qınında qalsa qılınc.
Gərək yəhər altında dursun Arran atları,
Pərvaz etməsə qartal süstləşər qanatları.

Beba — (Qalxıb danışır)
Vaxt ikən bu həqarət düzəlmiş bizim üçün,
Gələcək yenə bir gün günəş atəşə üstün.
Təhqirlə qarşılandı gətirdiyim azadlıq,
Təqdir edilməmişdir sizə verdiyim şadlıq.

Fəramərz — Bu da bir təzə xəbər, əsirlikdə azadlıq!
Heç kəsə lazım deyil gətirdiyin bu şadlıq.

Astiaq — (Qışqırır)
Bağlayın qollarını, kəsin bunun səsini,
Bir daha hüzurumda çıxarmasın səsini!

Qoşun sərkərdələri yerlərindən hərəkət edərkən Fəramərz, qardaşı Dönməz, əmisi oğlanları Qorxmaz və sairlər qılınclarını qınından çıxarırlar. Qızlar təzə gəlini götürüb gedirlər, Sərtac qaçır.

Fəramərz — (Astiaqa)
Nə qədər var qılıncım, bağlanmayacaq bu qol,
Hökmdarım, indi sən, öz qolundan ayıq ol!
Satılmayacaq vətən nə qədər var nəfəsim,
Qaldıracaq ayağa, Arran xalqını səsim.
«Atlan» desəm dolacaq at belinə arranlı,
Mən xalqımın dostuyam, deyiləm əli qanlı.

Astiaq — Əmr edirəm, Fəramərz, tax qılıncı qınına!

Fəramərz — Çoxlar çıxıb sınaqdan, sən də baxtını sına!

Maral — (Gəlib qılıncı Fəramərzin əlində görür)
Bu saray sənin üçün döyüş meydanı deyil.
Maral sənə əmr edir, Fəramərz, geri çəkil!
Fərhadın nəvəsiyik, aciz sanmayın bizi,
Saraydan dişarı çıx sınayaq bəxtimizi.

Fəramərz — Xalq adından deyirəm, lakin tək bir nəfərəm,
Lazım gəlirsə bu gün qılıncımı çəkərəm.
Saray quldurlarını yıxaram təməlindən
Öz xalqımı alaram sərtacların əlindən.
Çətindir böyük xalqı ayaq altına salmaq,
Baxın, nə qədər gülünc, ölkə verib qız almaq.

Fəramərz qılıncı yerinə taxır, Marala baş endirib gedir

Astiaq — (Ə’yanlara)
Ə’yanlar, siz də gedin, məni rahat buraxın,
Böyük Hörmüzd kömək ver, boğur məni bu axın.
Sal müqəddəs nurunu əhrimənləri yandır,
Ey yaxşılıq tanrısı, bu üsyanı dayandır!

Maral — (padşaha)
İradəsiz hökmdar, iradəsiz padişah!
Olmasaydın sən mənim doğma qardaşım hərkah, Mən də silah götürüb üsyana qoşulardım.
Müqəddəslər yığılıb etsə də sənə yardım,
İnan, qardaş, yenə də sönməyəcək bu üsyan,
Çünki bu üsyanları sən özün yaradırsan.

Astiaq — Sənin dediklərin də mənə böyük yaradır,
Bacım, sən anlamırsan üsyanı kim yaradır.
Verməmişəm səni mən elə bir rəiyyətə,
Gözəlliyindir səbəb bu günkü fəlakətə.
Bədbəxtəm, dərdlərimdən deyilsən mənim agah,
Sənin üstündə küsmüş məndən necə padişah.

Maral — Səhv etmə! Fəramərzin yox üsyandan xəbəri,
Vəzirindir yaradan bütün keşmə-keşləri.

Astiaq — Vəzirim xain deyil, nə etsin sevir səni.

Maral — Onun e’tirafıdır yaradan bu fitnəni.

Astiaq — Fəramərz məhv olsa da çəkməyəcək səndən əl.

Maral — Onu rədd eləsəm də törətməz sənə ənkəl.
O deyir yad bir qıza satma bizim ölkəni,
Get gətir sarayına öz keçən məlikəni.

Astiaq — Gətirrəm məlikəni, lakin bir çətinlik var,

Maral — Nə çətinlik de görüm?

Astiaq — Səni istər Şəhriyar.

Maral — Dünya qurulmamışdır tək Maralın üstündə,
Nə üçün bir hərisə satırsan məni gündə?
Məni gah Fəramərzə, gah Sərtaca verirsən.
Maral sənindir — deyə cəbhəyə göndərirsən.
İndi də Şəhriyardır yer tutan nəzərində,
Siyasətlər qurulmaz bir qızın üzərində.

Astiaq — Şəhriyara verərəm, taxtı var, tacı vardır.

Maral — Taxtı-tacı da olsa, aciz bir hökmdardır.
Bir iradə görmədim nə onda, nə də səndə,
İki aciz hökmdar, Fərhadın ölkəsində,
Hökmüranlıq edərmiş...

Astiaq — Danışma daha bəsdir!
Şəhriyara gedirsən, e’tirazın əbəsdir.

Maral və Astiaq gedir, Sərtac başını pərdədən çıxarıb məclisə baxır.

Sərtac — Şəhriyarı buradan qovmuşam necə kərə,
Yenə də qovacağam, şahzadə getməz ərə.

Şahmar — (gəlir)
Sizi görmək istər nümayəndələr.

Sərtac — Gəlsinlər! Bəhmənə verdinmi xəbər?

Şahmar — Bəli, verdim xəbər.

Sərtac — Gedə bilərsən.

Şahmar — (gedir)
İndi gəlsin görüm nə deyir Bəhmən.
Şahmat taxtasıdır bu günkü həyat,
Çox şahlar səhnədə qalacaqdır mat. Siyasət ən böyük sənətkarlıqdır,
Hər kəsdə bu sənət bir az artıqdır
Şahmat səhnəsini o pozacaqdır,
Siyasət bilməyən uduzacaqdır.

Nümayəndələr daxil olurlar.

Haman — Biz yola düşürük möhtərəm vəzir,
Dostlarına görə fərmanın nədir?

Sərtac — Məndən padişaha aparın salam,
Onun hər əmrinə vermişəm əncam.
Tufan qoparmışam Azərbaycanda,
Hər tərəf od tutub yanır üsyanda.
Arran məmləkəti dəymiş bir-birə,
Fəramərz qoyubdur silahı yerə.
Doğrudur, xalq üçün vətən əzizdir,
Ordu çox olsa da sərkərdəsizdir.
Padişah Bebanı geri qaytardı,
Sarayda belə bir düşüncə vardı:
Şimala qayıtsın dubarə Behnaz
O qayıtmış olsa ixtilaf qalmaz.
Padişah istərsə məqsədə varsın
Behnazı cənubdan alıb aparsın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XLI. Tez-tez görüşlər

Əmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:«Möhtərəm Leyla xanım!

5 мин
XLII. Qəzvində

Biçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.

5 мин
XLIII. Qısqanclıq

Doktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi.Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi:

3 мин
XLIV. Bakıya doğru

Alman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.

2 мин

Стихи других поэтов