Miss Hannanın son günləri
Страница 1 из 2
Rusiyanın İstanbul səfiri Gitsin 22 iyul 621 nömrəli teleqramla, Türkiyənin bitərəfliyə dair verdiyi təminatdan bəhs etdiyinə baxmayaraq, Rusiya hazırlıq görür və Türkiyə hüduduna qoşun dəstələri göndərirdi. İstər Qafqaz, istərsə də İran Azərbaycanı daxilində, erməni könüllü dəstələri təşkil olunur və erməni xalqını son kərə olaraq rus mənafeyinə alət etmək üçün hazırlıq görülürdü.
Çar konsulu Orlovun çağırdığı iclasdan bir neçə saat sonra, iclasın çıxardığı qərarı bütün Təbriz eşidib bildi.
Biz Hacı Səməd xan və sərdar Rəşidin İranın bitərəfliyini pozmaq təşəbbüslərini buraxdığımız intibahnamələrlə ifşa edirdik.
İntibahnamə
Azərbaycanlılar! Dünya müharibəsi başlanmışdır. Kütlələr qoyun sürüsü kimi şərq və qərb cəbhələrinə sürülür.
Rusiya-Türkiyə dövlətləri arasında gedən müzakirələr müsbət bir nəticə vermədiyindən, yaxın günlərdə sizin bədbəxt vətəniniz də müharibə cəbhəsinə dönəcəkdir. Səməd xan və sərdar Rəşid çar konsulunun təlimat üzrə, Azərbaycan xalqını da bu qanlı vuruşmalara çəkməyə çalışır. Baxınız çar konsulu, Tehranda rus səfiri və Tiflisdə canişin Vorontsov-—Daşkova nə teleqram göndərir? Bu teleqramı diqqətlə oxuyun. Övladlarınızın bu qanlı müharibədə bu cahan— girlik vuruşmalarına sürülməsinə yol verməyin!
Teleqram Ne 549
19 iyul 1914
Surəti Tehrana və Tiflisə.
cŞücaüddövlə və sərdar Rəşid məndən rica edir ki, sizi onların canlarını imperatorun yolunda fəda etməyə hazır olduqlarını inandınm, Mən elə düşünürəm ki, Türkiyə ilə münasibətimiz mənfi bir şəkil aldığı üçün Azərbaycan qubernatorunu dəyişmək mümkün deyildir. Azərbaycanda onlar rus qoşun dəstələri və bundan da əlavə bura gətiriləcək qoşunların nəqliyyat və ərzaq işlərinin təmini məsələsini Şücaüddövlə öhdəsinə götürdü.
Türkiyə ilə müharibə baş verdiyi təqdirdə sərdar Rəşid miqdarı 20 mindən ibarət olan kürd qol ordusunun başında duracaqdır. Şücaüddövlə isə şimal qoşunları, Sərab, Qaradağ və Xalxal qəbilələri başında durmaqla Türkiyəyə hücum edəcəkdirə.
İran İnqilab Komitəsi».
Bizim bu intibahnaməmizdən bütün şəhər bir-birinə dəymişdi. Bazarda, dükanlarda hamı bu məsələdən danışırdı.
Bazarda və çarsularda Almaniya-Türkiyə tərəfdarlarını həbsə ilir və sürgün edirdilər.
Yalnız Almaniya tərəfdarı olmaq deyil, Almaniya adını çəkmək eelə həbsə, döyülməyə və təbid olunmağa səbəb olurdu.
Bu gün yenə də bazar camaatının sel kimi axıb getdiyini gördüklə maraqlandım. Hər kəs: «Alman tərəfdarını tutublar?— deyə yüyüürdü. Camaat dəstəsi bir çörəkçixananın qarşısında daha da çoxaldı. 1ər kəs boynunu uzadıb alman tərəfdarının görməyə çalışırdı.
Nəhayət, oradan tamamilə çılpaq bir adamı çəkib çarsuya saldıar. Mən yanımda duran polisdən onun kim olduğunu soruşduqda, o nənə belə cavab verdi:
– Bunun atası Təbrizin məşhur lotularından Hacı Allahyarın oğudur. Lakin bu gördüyünüzün özü də dəlidir. Adına cAllahyarxanp leyərlər. Həmin bu çörəkxanada yayı-qışı təndir damında yatar.
Mən təəccüblə polisə sual verdim:
– Çox gözəl, indi ki, bu adam dəlidir, özü də çılpaq bir dilənçidir, daha bundan nə istəyirlər?
Polis bu sual üzərində mənim üzümə tərs-tərs baxaraq:
– Necə yəni bundan nə istəyirlər? – dedi, – görmürsənmi alman tərəfdarıdır?
Mən susdum, çünki Təbrizin bugünkü vəziyyətində hər kəsi bu adla məhv etmək mümkün idi.
Mən oradan keçdim, hələ o qədər də getməmişdim ki, haman çılpaq «alman tərəfdarınıə, bir də onu dükanda yatmağa buraxan İsmailqərəni çəkə-çəkə Səməd xanın yanına aparırdılar.
Sonradan mən onun nə cür «alman tərəfdarı? olduğu haqqında doğru məlumat topladım.
Çılpaq Allahyarxan Hacı Səməd xanın fərraşbaşısından pul istəmişdir. Fərraşbaşı ona acıqlanaraq:
– Tək oğlansan, pul sənin nəyinə gərəkdir? – dedikdə haradansa dəlinin ağlına belə bir cavab gəlmişdir:
– Pulu alman qifilinə verib ağzıma vuracağam ki, bir də sənin kimi çakəşlərdən pul istəməyim.
Bu sözün üstündə də Təbriz dəlisini, alman tərəfdarı deyərək, Nizamüddövlə bağına sürüyürdülər.
kokok
Osmanlılarla rusların birinci vuruşlarında Səməd xanın türklərə qarşı qoyduğu dəstə tamamilə pozulub dağıldı.
Təbrizdə olan alman və osmanlı konsulları həbs edilərək Qafqaza sürüldükdən sonra Təbrizin siyasi vəziyyəti tamamilə dəyişdi. Gündən-günə şəhərin işğalı gözlənirdi.
Şəhəri böyük təhlükə gözləyirdi, çünki Təbriz üzərinə yürüyən Türkiyə hərbi qüvvələri nizami qoşun deyildi, gələn qüvvət əksəriyyətlə kürdlər idi. Avropalılar və rus təbəələri, eyni zamanda rus himayəsində olanlar Təbrizdən köçüb gedirdi. Konsulxana əzalarından da bir çoxu köçüb getmişdi. Təbrizdə qalan ancaq konsulun özü və bir də mütərcimləri idi, konsulun ailəsi də Rusiyaya göndərilmişdi. Osmanlı konsulunun həbs edilərək Təbrizdən göndərilməsinə baxmayaraq, osmanlı və alman tərəfdarlarının qapısı bir çoxlarının ibadətgahı olmuşdu. Bir gün əvvəl konsul məni və Ninanı çağıraraq köçüb getmək lazım gəldiyini söyləmişdi. Konsul Ninanın Təbrizdə qalmasını qorxulu hesab edirdi.
Ninanın müvəqqəti olaraq köçüb getməsinə mən də razı idim, çünki Təbrizin müqəddəratı məlum deyildi. Lakin Nina məni Təbrizdə buraxıb getmək istəmirdi. Bunun üçün də onu olduğu binadan, öz yaşadığım evə köçürmək qərarına gəlmişdim.
Bu gün Həsənağa, Tütünçüoğlu Ninanı köçürmək üçün onun şeylərini bağlamaqla məşğul idilər: biz onun Təbrizdə qaldığını gizli saxlayırdıq. Bina sahibinə və başqalarına da Ninanın Təbrizdən köçub getməsini söyləyirdik.
Mən şeyləri bağlamaqla məşğul ikən, axşam saat səkkizdə Nina da konsulxanadan qayıtdı.
Şeylər bağlanıb qurtarmaq üzrə idi, bir çoxunu da mənim evimə göndərmişdik.
Nina şeyləri nəzərdən keçirərək:
– Elə hamısı bunlardırmı? – deyə soruşdu.
– Xeyr, hazır olanları göndərmişik.
– Hara?
– Culfayal
– Culfaya nə üçün?
– Bəs sən Rusiyaya getmək istəmirdinmi?
– Xeyr! Mən sənə demədimmi? Konsulun özünə də indi bu saat qəti olaraq dedim ki, mən getmək istəmirəm!
Nina bir az düşündü:
– Eybi nədir, sən mənim getməyimi istəyirsənsə, gedərəm, amma...
O, sözünün axırını demək istəməsə belə, yenə də nə demək istədiyini bilirdim. O demək istəyirdi ki, gedirəm, amma daha qayıtmayacağam.
Mən onun uzun müddət həyəcan keçirməsinə razı olmadım və:
– Nina, sən buradan mənsiz getməyəcəksən, şeyləri o biri evimizə göndərdik, – dedim.
O şadlandı:
– Deyəsən, bizim həyatın şəkli dəyişir, – deyə qolumdan tutub məni içəri otağa apardı və redikülündən bir məktub çıxarıb mənə göstərdi.
«Möhtərəm miralay Fon Paxov. Zənn edirəm ki, bu mənim sizə yazdığım son məktub olacaqdır. İkinci məktuba qədər bir az sizin özünüzlə görüşüb şifahi söhbət edə biləcəyik, daha doğrusu, ikinci məktubu yazmaq lazım olmayacaqdır.
Ruslar və rus təbəələri qaçır, Təbrizdə olan sərvəti xaricə çıxarırlar. Buna görə də Təbrizə girmək işini sürətləndirməlisinizl Rusiyanın Təbrizdə türklər üçün qorxu təşkil edə biləcək mühüm qüvvəsi yoxdur. Səməd xanın dağılmış dəstələri hesaba alınmazsa, rusların silahlı qüvvəsi bir alaydan artıq ola bilməz. Yerli inqilabçılar xalqı intibahnamə ilə bitərəfliyə və ümumi müharibə əleyhinə mübarizə aparmağa dəvət edirlər. Məktubla bərabər şəhərə buraxılan intibahnamələrdən də birisini göndərirəm.
Türk qoşunlarını təntənə ilə qarşılamaq üçün lazımı təşəbbüslərdə bulunmuşuq.
Təbrizi türklərdən geri almaq üçün Tiflisdən, Aleksandropoldan yeni qoşun dəstələrinin yola düşməsinə aid Amerika konsulxanasında xəbər vardır, konsulxana əzalarından Frikson Amerika konsulxanasından ələ gətirilən gizlin vəsiqələri ingilislərə və ruslara satır. Siz bu barədə göndərdiyim sübut vəsiqələrinin əldə əsas tutaraq Almaniyanın Tehran səfarəti vasitəsilə amerika səfarətinə məlumat verər və buradakıların məsuliyyətə alınmasına çalışarsınızə.
Mən məktubu alıb qoynuma qoydum və Ninadan soruşdum:
– Amerika konsulxanasındakı alman casusu kim ola bilər?
– O bir amerikalı qızdır, özü də almandır.
– Onu həbsə aldılarmı?
– Xeyr!
– Nə üçün?
– Tehrana xəbər verildi. Amerika səfiri ilə razılaşdıqdan sonra qızı həbsə alacaqlar.
– Məktubu haradan ələ keçirmişlər?
– Hüdudu gizlincə keçən bir nəfər kürd tutulmuşdur. İstintaq nəticəsində onun bir nəfər osmanlı onbaşçısı olduğu meydana çıxmışdır.
Məni fikir götürdü. Amerikalı qızın bu gecə, yaxud sabah həbsə alınaraq, Rusiyaya sürgün ediləcəyi şübhəsiz idi. Lakin iş bununla da qurtarmayacaq idi. Qız və onun xidmətçisi qadın həbsə alındıqdan sonra çar yandarması bizim də yaxamızdan tutacaq idi, çünki qıza məndən yaxın adam yox idi. Xüsusən fandarm idarəsi, xidmətçi qadını kiçik bir hədə ilə danışdırmağa müvəffəq olacaq və həqiqətin içinə girə biləcək idi.
Bilmirəm, Hannanı müdafiə etməliyəmmi? Əcəba, mən hansı bir vicdanla alman casusuna kömək edə bilərəm? Biz cahangir dövlətlərə qarşı mübarizə apardığımız halda, «Almaniya hər şeydən ucadırə deyən casusun həyatını nə cür müdafiə edə bilərəm? Lakin digər tərəfdən də qızın bizə olan xidmətlərini nəzərə alaraq bu qızın çar )andarmasının əlinə verməyi müvafiq bilmirdim. Bunların hamısından sonra onun həbsə alınması məni və Ninanı da təhdid edirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-miss-hannanin-son-gunleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Alman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.
XLVDünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü.Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır.
Böyük quruluşda(Səkkiz pərdəli dram əsəri)*Əsərdə iştirak edənlər
Birinci pərdəSəhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.