Miss Hannanın son günləri
Страница 2 из 2 · 50%
Onu müdafiə etmək qərarına gəldim və müdafiə hazırlığını bitirdikdən sonra gecə saat 12-də onun qapısını vurub içəri girdim. O, hələ yatmamışdı. Oturub oxuyurdu, mənim belə gec vaxtda onun evinə gəldiyimdən təəccüb elədi.
– Əcəba, günəş qərbdənmi doğmuş? – dedi. – Gecənin bu vaxtında sən hara, mənim evim hara?
– Səni könlüm istədi!
– Çox məmnunam! Amna sənə yeni bir söz deməliyəm!
– Nə söz?
– Mən özümə söz vermişəm ki, bir daha səninlə siyasi mübahisəyə girişməyim, çünki biz belə söhbətlərlə şəxsi həyatımızda ixtilaf törətmiş oluruq.
– İxtilaf siyasi söhbətlərdən çıxmır, əksinə, ixtilaf şəxsi həyatda törəməkdədir.
– Bizim şəxsi həyatımızda nə kimi ixtilaf törəmişdir?
– Gözəl Hanna, səninlə mənim həyatım tamamilə ixtilaf və ziddiyyətdən, özü də düzəlməz, islahedilməz və aradan qalxması mümkün olmayan ziddiyyətdən ibarətdir. Bizim ideyalarımız arasındakı məsafə çox böyükdür. Aramızda uçurumlar vardır. Səndə mənim xoşladığım tək bir sifət varsa, o da gözəlliyindir, sənin məni sevməyindirl
– Əcəba, bu kifayət deyildirmi?
– Xeyr, kifayət deyildir!
– Nə üçün?
– Bu sevgi nəticəsiz, bar verməməyə məhkum, uğursuz bir sevgidir, çünki aramızda sənin bir alman casusu olduğun kimi keçilməz bir uçurum durur!
– Əcəba, öz millətini sevən, onun şərəfini yüksəltməyə çalışan casusmu hesab olunur?
– Casus işi görərsə, casus hesab oluna bilməzmi?
– Bu adamın daşıdığı vəzifədirsə?
– Mən əvvəlcə sənin bu çirkin vəzifədə işlədiyini bilsəydim, bəlkə də, səni bu yoldan qaytarardıml Çünki sən çox gəncsən, mən sənə Almaniya cahangirliyinin iç üzünü göstərər və səni bu vəzifədən iyrəndirərdim. Lakin sən hər şeydən qiymətli olan qızlıq namüsunu mənə etibar edərkən, qəlbində olan bu sirri və daşıdığın bu vəzifəni məndən gizlətdin!
Qızın rəngi qızardı. Əllərini daraqlayaraq soruşdu:
– Söylə görüm hansı vəzifəni deyirsən?
– Sənin Almaniya cahangirliyi mənfəətinə işləyib və alman-türk ordusu ərkani-hərbi ilə əlaqə saxladığın casusluq deyildirmi?
– Buna dair bir vəsiqəniz, yaxud bir sübutunuz yoxdur! Zənn edirəm ki, heç kəs də bunu mənə isbat edə bilməz!
Mən onun gözlərinə baxdım, bu baxışlar acıqlı baxışlardı. O, son mərhələdə belə qəlbini məndən gizləyirdi. Əlimi qoltuq cibimə atınca, qız sanki bir şey hiss etdi və titrək nəzərlərini əlimdən çəkmək istədisə də bacarmadı.
O, kənarda oturmuşdu, mən başıma hərəkət verərək:
– Dur yaxın gəl! – dedim və kağızı açdım.
O kağızın necə bir kağız olduğunu bilmirdim. Yanıma gəldikdən sonra mən kağızı ona göstərərək:
– Bax gör, bu məktubu alman miralayı Fon Paxenə yazan sən deyilsənmi?
Qız özünü itirdi, qorxusundan titrədi və tutqun bir səslə:
– Mən yazmışam, – deyə etiraf etdi. - Mən məhv oldum. Sən bu məktubu haradan ələ keçirdin?
Mən yenə də sakit və nəsihətedici bir surətdə:
– Çox təəssüf edirəm ki, mənuzun, qiymətli vaxtlarımı bir alman casusu ilə keçirdim: alman casusu isə sənətində mahir olmadığı üçün öz sevdiyi adamın kim olduğunu bilmədi, – dedim.
Qızın dodaqlarında və üzündə bir zərrə olsa qırmızılıq qalmamışdı. O mənə yalnız bircə sual verdi:
– Məni həbsmi edəcəklər?
– Edəcəklər! Sənin məktub aparan qasidin tutulmuşdu, məsələni bu gün Tehrana xəbər vermişlər. Amerika səfarətinin razılığı əldə edilərsə, səni bu gecə, yaxud sabah həbsə alacaqlar!
Qızın başı stolun üzərinə düşdü və qarşısında oxuduğu kitabı əlləri ilə didməyə və şiddətlə ağlayaraq içini çəkməyə başladı. Mən orada çox otura bilməyəcəkdim. Onu həbsə almaq üçün indi, yaxud bir saat sonra konsul kazaklarının evi əhatə edəcəyi ehtimalı var idi. Buna görə də mən:
– Ağlamağa lüzum yoxdu, – dedim. – Özünü ələ al! Belə vəzifələri öhdəsinə götürən bir qızın qəlbi də casus qəlbi olmalıdı!
Qızın qara saçlarının hər telindən bir damcı tər düşürdü, o ümidsizliklə:
– Artıq məhv oldum! - dedi. – Mən hər şeyi itirdim. Atamı, anamı, vətənimi və hər şeydən qiymətli olan sevgimi də – səni də itirdim. Ah, mən rus zabitlərinin əlinə düşməkdən nə qədər qorxuram, hələ bir casus sifətilə əsir düşmək, daha qorxulu və daha müdhişdir.
Mən sözü uzatmağa imkan vermədim, çünki özümüzün əngələ düşməməyimiz üçün amerikalı qızı müdafiə etmək qərarına gəlmişdim.
Qız yaşlı gözlərini mənə çevirərək yalvarmağa başladı:
– Mən sənin iqtidarına inanıram, rica edirəm, mümkün isə mənim müdafiəmə çalış, mən sənə söz verirəm, artıq bu iyrənc yolu təqib etməyəcəyəm!
Mən:
– Sənin doğru yola qayıdıb-qayıtmayacağından danışmayacağam, qorxu qarşısında hər bir günahkarın tövbə etməsi təbiidir, – dedim, – mən yalnız səninlə dostcasına keçirdiyimiz saatların xatirinə, səni çar zabitlərinin əlində görməmək üçün son kərə bu təhlükədən qurtarmaq qərarına gəlmişəm.
Bu söz üzərinə qız əyilib əlimi öpmək istərkən, əlimi çəkdim, o, başını yenə də mənim çiynimə söykədi, mən qalxdım:
– Dur, – dedim, – oturmağa vaxt yoxdur, maşın küçədə səni gözləyir.
– Mən hara getməliyəm?
– Cəbhəyə buradan iki saatlıq yoldur. Şofer tanışımızdır. Səni ötürəcək adam da vardır. Lakin xidmətçi qadını da aparmalısan, cünki o burada qalırsa kiçik bir hədə ilə bütün sirri aça bilər. Qıymətli şeyləri götür, qapıları möhürlə, bəlkə, sən yenə də buraya qayıtdın.
– Qiymətli şeyləri sən götürüb apar, mənsə, ancaq libaslarımı götürəcəyəm, hərgah Təbrizə qayıdarsam, şeyləri qaytararsınız.
Qız qalxdı, xidmətçisi ixtiyar qadına da məsələni anlatdı. Yarım saat çəkmədən bütün şeyləri yığışdırdı. O, qapını bağlayıb dışarı çıxarkən ağladı və dodaqlarını mənə uzadaraq:
– And olsun anamın canına, bu dodaqları sənin üçün saxlamışam,
– dedi.
Mən:
– Mən də dodaqlarımın sevdiyim qızın dodağından ayrı dodağa dəyməyəcəyinə and içmişəm, - deyə əlini sıxaraq, onunla vidalaşdım.
Maşın hərəkət etdi. Fənərin işığı Təbriz gecəsi dumanlarının içərisində qeyb olub gedərkən, mən də alman casusu ilə korladığım üçillik tanışlığın dumanlı səhifələrini qapadım. DÖRDÜNCÜ HİSSƏ
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-miss-hannanin-son-gunleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Alman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.
XLVDünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü.Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır.
Böyük quruluşda(Səkkiz pərdəli dram əsəri)*Əsərdə iştirak edənlər
Birinci pərdəSəhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.