Əmir İnancın Azərbaycan istiqlalı barəsində buraxdığı müraciətnaməni ifşa etmək və bu istiqlalın nədən ibarət olduğunu xalqa anlatmaq üçün geniş bir müşavirə təşkil edilmişdi.

Müşavirədəki müxtəlif fikirlərdən birisi də Fəxrəddinin Aranın istiqlaliyyətini elan etmək barəsindəki təkliflərindən ibarət idi. O, Əmir İnanc tərəfindən buraxılan müraciətnamə məsələsinə keçərək dedi:

– Bu müraciətnamə hər nə məqsədlə buraxılıbdırsa, onunla işim yoxdur. Lakin bu gün məmləkətdə istiqlaliyyət elan etməyin vaxtı yetişmişdir. Aran ölkəsi öz böyüklüyü etibarilə Şirvan şahlığından heç də kiçik deyil. Şirvanın genişlənməyə imkanı yoxdursa, bizim buna imkanımız vardır. Biz öz sərhədimizi Araz, Kür çayları sahillərinin o biri tərəfinə də keçirə bilərik. Zaman elə bir zamandır ki, fikrimizə manea törədə biləcək dövlətlərin də başı qarışıqdır. Biz sabahın özündə Əmir İnancın da qulağından tutub buradan xaric edə bilərik.

Fəxrəddin uzun-uzadı danışdı, fikirləri müşavirədə iştirak edən avamlar və dünyagörüşü dar olanlar tərəfindən təqdir edildi, hər kəs bu istiqlaliyyət münasibətilə bir-birinin əlini sıxıb təbrik etdi. Lakin bu təbrik və bu alqışlara baxmayaraq Fəxrəddinin ortalığa atdığı fikirlər haqqında qərar təklif edən yox idi. Fəxrəddin çıxılmaz bir vəziyyətdə qalmışdı. Nəhayət, o, müşavirə otağını bir neçə dəfə o tərəf bu tərəfə dolaşandan sonra üzünü Nizamiyə tutub soruşdu:

– İlyas, sən danışmayacaqsanmı?

Nizami özünü düzəltdi, xırda və yumru gözlərinin qapaqlarını qaldırdı, qəliz qaşlarını çataraq Fəxrəddinin üzünə baxdı və bir neçə saniyə sükutdan sonra dedi:

– Mən sənə yüz kərə demişəm ki, insan öz şəxsinə aid məsələlərdə nə qədər ehtiyatsız olursa olsun, yenə də ümumi məsələlərin müzakirəsində ehtiyatla hərəkət etməlidir. Sənin təklif etdiyin istiqlaliyyət sözü elə bir sözdür ki, onu bir dəqiqənin içərisində elan etmək olar, lakin həyata keçirmək olmaz, çünki bunun üçün möhkəm bir təşkilatın on illərcə hazırlıq aparması lazımdır. Əvvəla, istiqlalı müdafiə üçün ölkənin rəqiblərinə qarşı mütəşəkkil və qüvvətli bir ordu lazımdır. Təzə bir hökumət təşkili üçün təcrübəli və siyasətşünas hökumət ərləri lazımdır. Sən Fəxrəddin, yaxşı bilirsən ki, hicrətin 541-ci illərindən başlayaraq Şərqi təzədən bölüşmək üçün qanlı müharibələr gedir. Bu bölgüdə iştirak üçün vaxt ikən hazırlamaq lazım idi. Hərgah Fəxrəddinlər xəlifənin nüfuzdan düşməsini əsas tutaraq istiqlaliyyət elan etmək istəyirlərsə, tamamilə yanılırlar. Xəlifənin itirdiyi nüfuzu başqaları əldə etmişdir. Şərqin təzədən bölüşdürülməsi mərəkəsində beş qüvvətli hökumət qan tökməkdədir. Bu hökumətlər yalnız Şərqi deyil, Şərqdə mövcud olan xəlifə nüfuzunu da aralığa qoyub təqsim edirlər. Bir tərəfdən Soltan Mahmud, Soltan Məsud ilə çarpışır. Xarəzm şahları Azərbaycan atabəyləri ilə Rey və İraq üstündə bir-birlərinin boğazını üzürlər. Misirdə fatimilər hökuməti süqut etmiş və onların yerində dəhşətli bir hökumət təşkil edən Əyyubilər, Fərat və Dəclə sahillərinə qədər axıb gəlməkdədirlər. Hazırda Şərqin təqsimində iştirak etmək üçün mübarizə aparmaqda olan beş hökumətin altıncısı olmaq lazım gəlir. Bizim əlimizdə belə bir imkan olsaydı, yalnız Aran istiqlaliyyətini deyil, ümumiyyətlə Şimali və Cənubi Azərbaycanın istiqlaliyyətini elan edərdik. Fəxrəddinin özü bilir ki, mən şairəm, siyasət xadimi deyiləm, lakin məsələ xalqın müqəddəratı üzərinə gəldikdə mən siyasi bir adam olmağı da bacararam. Biz, Fəxrəddinin göstərdiyi xətti-hərəkətlə irəli getsək, fars və ərəb cahangirlərinin keçmişdə və bundan sonra aparacaqları xətti-hərəkətə kömək vermiş olacağıq. Bir də xırda hökumətlər təşkil etmək, Azərbaycanı parçalamaq, gələcək üçün düşündüyümüz birliyi geriyə atmaq deməkdir. Bunsuz da xalqlarımız dinlərə, məzhəblərə, təriqətlərə ayrılmışdır. Bu kimi təfriqələr bir daha davam edərsə, düşmən hər parçanı bir bucaqda basıb yeyə bilər. Təbiidir ki, biz min illərdən bəri yüz yerə parçalanmış vahid insan qardaşlığını təşkil edə bilməyəcəyik. Çünki əsrlərin tarixi dəhşətləri insanları bir-birilə uyuşa biləcək vəziyyətdən tamamilə uzaqlaşdırmışdır. Bəlkə də gələcəyin böyük dahiləri insan və fikir birliyi məsələsini meydana atıb müvəffəqiyyət qazanacaqdır. Lakin hələlik bizdə o qüvvət, o əhatə və o qədər dərin təşkilatçılıq yoxdur. Bunun üçün biz özümüzdə bu acizliyi hiss edərkən, heç olmazsa Cənubi və Şimali azərbaycanlıların qardaşlığı məsələsini düzəltməyə başlayaq, çünki buna onların qomiyyəti də icazə verir. İçərimizdə ərəb və İran mədəniyyəti sözünü tez-tez təkrar edənlər öz millətinin, öz qomiyyətinin qədim mədəniyyət tarixini unudan adamlardır. Biz bu qəbil adamlara ya anlaqsız, yainki əcnəbi puluna satılan adamlar kimi baxırıq. Qabaqca üzümü Hacib ibn-Malikə tutub deyirəm, o öz çıxışında “bizə ərəblərlə əlbir işləmək lazımdır” – deyirdi. O bilməlidir ki, ərəblər hələ indi də azərbaycanlıların, daha açıq desək, Midiya xalqının qurduğu hökuməti qura bilməmişlər. Mən özüm də müsəlmanam, hətta həqiqi müsəlmanam, lakin bunu deməliyəm ki, ərəblər bizə yalnız din gətirdilər, mədəniyyət gətirmədilər. İran mədəniyyəti məsələsinə gəldikdə, onlar da hənuz Midiya mədəniyyətinin irsilə yaşamaqdadırlar.

Əlbəttə, danışılan sözlərin və ortalığa atılan müxtəlif fikirlərin hamısına cavab verə bilmədim. Mən ancaq bunu demək istərdim ki, Şimali Azərbaycanla Cənubi Azərbaycan birliyi düzəlmədən, bu iki məmləkətdə azadlıq arzusu etmək doğru deyildir. Buna görə də birinci növbədə, Azərbaycan xalqının təriqət-çıxışında “bizə ərəblərlə əlbir işləmək lazımdır. Mən onu yəqinliklə deyə bilərəm ki, Midiya dövlətinin dağılması səbəblərini axtarmış olsaq, yenə də onu əqidələrin və təriqətlərin törətdiyi ixtilaflarda tapa bilərik.

Əvvəl iranlılar, sonra da ərəblər Azərbaycan xalqının birliyini pozmaq üçün cürbəcür təriqətlər yaratdılar. Hazırda təriqət mübarizələri ciddi bir şəkil almaqdadır. Bunun üçün də Cənubi və Şimali Azərbaycanı Əxi Fərrux Zəncaninin meydana atdığı qardaşlıq təriqəti ətrafına yığmalıyıq. Çünki bu təriqət dini bir təriqət deyildir. Heç olmasa bu təriqətdə birlik ünsürləri vardır. Bununla da biz Cənubun və Şimalın qardaşlıq əsasını qoya bilərik. Hazırda isə Əmir İnancın Şirvan şahlığına qarşı apardığı təbliğatda bitərəf qalmalıyıq, çünki bu məsələlərin hamısı bir neçə günlük ömrə malikdir.

Sözlərimin bir çoxu Fəxrəddinə aiddir. Bir daha ona tapşırmalıyam ki, ehtiyatlı olmalıdır, biləks öz başını çox sadə bir məsələdən ötrü sındıra bilər. Bizə Aranda hökumət qurmaq lazım deyil, bir kərə bilmək lazımdır ki, böyük dövlətlərin arasında təşkil edilmiş kiçik dövlətlər müəyyən bir siyasətin nəticəsində yaradılır.

Müşavirə Nizaminin fikirlərini təsdiq etsə də, Fəxrəddin yenə də öz fikrində qaldı. Nizami Əmir İnancın sarayının ətrafında gizlin gözətçilər qoymağı və onun xariclə olan əlaqəsini öyrənməyi təklif etdi. Bu təklifi bir səslə qəbul etdilər. Bu vəzifə Fəxrəddinə tapşırıldı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Məşədi Kazım ağa

Konsulxanada çox oturmaq mümkün deyildi. Nə mən, nə də Nina konsulun əli ilə həyata keçirilən cəza qanunlarının dəhşətinə davam gətirə bilmir və konsulun cəzaya aid verdiyi fərmanları dinləməyi bacarmırdıq. Nina özünü məndən daha fəna hiss edirdi. Onu Ələkbər yoldaşla faytona qoyub evə yola saldım; özüm şəhərə çıxmaq istədim. O tərəf-bu tərəfə çıxmaq fayda verməsə belə, yenə mən rahat otura bilmirdim. Qaçanlar qaçmışdı. Onlardan nigaran deyildim, çünki onlar silahlı idi. Onların qarşısına çıxa biləcək bir qüvvə xəyalıma gəlmirdi. Onlar hər nə olursa-olsun çar nüfuz məntəqəsini yarıb Türkiyə torpağına keçə biləcəklər idi.Təbrizdə qalan rəhbərlərdən bir çoxu həbsə alınmış, dar ağaclarının hazır olmasını gözləyirdi. Həbsə alınmayanlar isə Təbrizdən bir tərəfə çıxmaq imkanını əldə edə bilmədiklərindən gələcək fəlakətin intizarını çəkirdilər.

16 мин
İki matəm

Bu gün Təbriz şəhəri iki böyük matəm üçün qara geyinmişdir. Onun birisi aşura günü münasibətilə saxlanan matəm, ikincisi də inqilab rəhbərlərinin dara çəkilməsi matəmi idi.Təbriz xalqının zehnini, hər şeydən artıq imam Hüseynin matəmi məşğul edirdi. Bu matəm başqa illərə nisbətən bu il daha geniş və daha təntənəli keçirilirdi. Bu gün Təbriz camaatı özünü qismən azad hiss edirdi, çünki çar konsulu aşura gününü nəzərə alaraq, küçədə gəzən əhaliyə mane olmamasını və vəsiqə soruşulmamasını tapşırmışdı. Şəhər camaatına gəldikdə, bu azadlığın konsul tərəfindən deyil, imam Hüseyn tərəfindən verildiyi etiqadı ilə təziyə ənənəsini daha da canlandırırdı. Hər kəsin alnında qırmızı lakla yazılmış – «ya imam Hüseyn» möhrü, hər kəsin boynunda qara şal, yaxud təziyə əlaməti olaraq bir hamam qətifəsi vardı. Birisi üzünü palçıqlamış, özünü xortdan şəklinə salmış, o birisi bədəninə dəmir parçaları keçirmiş, bir başqası zəncir vurur, o birisi böyük bir daşı götürüb döşünə döyür, başqası da şir dərisi geyinib, yerdə sürünür, onun dalınca gedənlər isə:

8 мин
General-qubernator

Bu il, yüz illərdən bəri görülməyən bir hadisə zühura gəldi. Təbriz xalqı aşuradan qırx gün keçənə qədər təziyə saxlardı. Onlar adət üzrə imamın qırxı çıxana qədər ağladılar. Lakin bu il, məhərrəm ayının 14-də bütün təziyə məclisləri yığışdı, çünki bu gün Azərbaycan valisi adı ilə gələn çar qubernatoru Hacı Səmədxan şəhərə daxil olacaq idi.Bu günü təntənəli keçirmək üçün istər Rusiya konsulxanası, istərsə yerli əks-inqilab böyük bir bayram hazırlığı görmüşdü.

10 мин
Misyonerlər və müstəşriqlər

Mən bu adı daşıyanlarla görüşmək və onlarla mübahisəyə girişməyi heç də sevməzdim. Hələ özüm deyil, başqaları belə bunlarla mübahisəyə girişdiyi zaman dinləməkdən iyrənərdim.Bəzən miss Hannanın dini məsələlərə aid söhbətləri də məni yorurdu. Qızın özü də bunu anlayırdı. Lakin buna baxmayaraq, yenə də o, dini söhbətlər və təriqət mübahisələri, məzhəb ixtilafları barəsində uzun-uzadı danışırdı. Çünki miss Hanna lap əvvəldən İrana bu vəzifə ilə gəldiyini söyləmişdi.

21 мин

Стихи других поэтов