Страница 1 из 3

1903-cü il aprelin 27-də keçirilən nümayiş Bakıda ümumi tətillər zəminəsini hazırladı. Bakı komitəsi, müxtəlif millətlərdən ibarət olan Bakı fəhlələri arasında həmrəylik duyğularının əmələ gəldiyini və inkişaf etdiyini gördü.

Mayın birində ümumi tətil gözlənilirdi. Özünü itirmiş yerli hökumət işçilərin ortaya atdıqları tələblərə burjuaziyanı razı salmaq əvəzində, Rusiyanın başqa yerlərində olduğu kimi, Bakıda da fəhlələrin həmrəyliyini pozmaq işini əsas götürmüşdü.

Çarın nökərləri şəhər camaatı arasına müxtəlif və qorxulu şayiələr yaymağa başladılar. Şəhərdə talanlar başlanacağı haqqında ciddi şayiələr buraxıldı. Şəhərdəki yəhudilər, Kişinyov hadisələrinin Bakıda da olacağı xəbərlərindən, ermənilər və müsəlmanlar isə erməni-müsəlman talanı baş verəcəyi ehtimalından qorxuya düşdülər.

Bakı komitəsi müxtəlif millətlərdən ibarət olan Bakı fəhlələrini başa salmaq və bu şayiələrin hökumət və polis tərəfindən meydana atıldığını izah etmək üçün fəhlələr arasında ciddi iş aparırdı.

Çar hökuməti inqilab hərəkatını boğmaq üçün talanlar düzəltmək işindən daha yüngül bir üsul tapa bilməmişdi.

Bakıda, aprelin 27-də olan nümayiş bütün Rusiyada, eyni zamanda Zaqafqaziyada başlanmış inqilabi hərəkat ilə bir vaxtda olmuşdu. Buna görə də inqilabi hərəkatı boğmaq üçün hökumətin başqa yerlərdə həyata keçirdiyi xəyanətin Bakıda da təkrar olunacağına inananlar var idi. Bakı əhalisi, mayın birində olacaq nümayişin milli qırğınlarla qarşılanacağına inanırdı. Bunu nəzərə alaraq tətil komitələri, Bakı komitəsinin rəhbərliyi ilə may nümayişini şəhər içərisində deyil, şəhərdən kənar bir yerdə etmək üçün hazırlıq aparırdı.

Tətil komitəsi mayın biri üçün müxtəlif dillərdə üç min nüsxə vərəqə çap etdirdi, fəhlələri 1 May günündə ümumi tətilə dəvət elədi.

Mayın birində o vaxta qədər misli görülməmiş böyük tətil başladı: yalnız şəhərdəki zavodlar deyil, Qaraşəhər, Ağşəhər, Bayıl, Bibiheybət, Balaxanı və sair mədən dairələrində də tətillər bir-birini təqib etdi. Tətilə qoşulmayıb işləyən yalnız buruq fəhlələri idi ki, bunların da çoxunu yerli təşkil edirdi.

Sahibkarlar bu tətillərə az da olsa müqavimət göstərmirdi, çünki aprelin 27-də olan nümayişin dəhşətini hələ unutmamışdılar.

Bakı şəhəri mayın birinci günü qeyri-adi bir vəziyyət içərisində idi. Polis və qoşun hissələri öz qaydası ilə hazırlanmışdı. Mağazaların, dükanların bir çoxu bağlanmışdı. Küçələrə çıxan fəhlələr bayram münasibətilə təzə paltar geymişdilər. Hərə bir söz danışırdı.

Dünənki danışıqlardan bir əsər də yox idi. Banklarda, birjada, neft-mazut və kurs söhbətləri getmirdi. Hər kəsin dilində intibahnamə, nümayiş, talan, qırğın, Kişinyov və başqa sözlər gəzirdi. Varlılar da: «Bu vəziyyət çox uzun davam etməz, biz böyük bir inqilab ərəfəsində durmuşuq», — sözünü təkrar edirdilər.

Bu gün məktəb uşaqlarının və tələbələrin bir çoxu bayram etmişdi.

Bakı komitəsinin ayıqlığı və tədbiri nəticəsində çar polisi milli talanlar və milli qırğınlar haqqındakı fikrini yerinə yetirə bilmədi. Qafqaz canişini Bakı polisinin yuxarı polis orqanları tərəfindən verilən tapşırıqları yerinə yetirməkdən aciz olduğunu hiss edərək, məşhur milli qırğınlar sənətkarı sayılan general Nakaşidzenin Bakıya təyin edilməsi üçün Peterburq ilə müzakirə aparırdı.

Aprelin 27-dəki nümayişlərdən sonra Bakı burjualarından bir çoxu «May nümayişi daha şiddətli və qanlı olacaqdır» deyə şəhərdən çıxmağa, öz ailələri ilə Bakı bağlarına köçməyə başlamışdı.

Aprelin iyirmi doqquzunda, axşam saat dörddə fəhlə hərəkatının ən qəddar bir düşməni, eyni zamanda həddindən artıq qorxaq olan Hacı Zeynalabdin Tağıyev də öz xanımı ilə Mərdəkan bağlarına köçməyə hazırlaşmışdı, lakin xanım ən inqilabi işçilərin yaşadığı mədən dairəsindən keçib Mərdəkana getməkdən qorxurdu. Bunun üçün də Hacının xanımı Bakının hərbi qubernatoru general Əlixanov Avarskinin xanımı Zərintac xanıma müraciətlə onları Mərdəkana qədər aparmaq üçün bir neçə kazak istəmişdi ki, bu da Bakı varlılarının həyəcanına səbəb olmuşdu.

Hacının ailəsinin Mərdəkana köçməsini və onların kazakların müdafiəsi altında Bakıdan çıxmasını yerli xalq böyük həyəcanla qarşıladı. Avam camaat bunun bir hadisə ilə əlaqədar olduğunu və may günü qırğın və talan başlanacağını yəqin etdi. Hacının Bakıdan Mərdəkan kəndinə qaçması barəsində xalq şairlərindən maştağalı Ağababa aşağıdakı şeri yazdı:

Dövlətliyəm, var dövlətim binəsab,
Eyləmirəm heç bir şeydən ictinab,
Onda ki, bu şəhərə düşər inqilab,
Mən qaçaram Mərdəkana, nə vecimə?

Aprelin iyirmi doqquzunda başlanan xırda tətillər iyulun ikisindən ümumi tətil şəklini aldı.

İyulun 2-də birinci olaraq maşıngayıran zavodlarda tətil başlandı. Bu tətil tez zamanda bütün fabrik-zavod dairəsinə və ümumiyyətlə Bibiheybət mədənlərinə yayıldı. Bütün fəhlələr fabrik-zavod və mədənlərin qabağına toplanıb maaşlarının artırılmasını tələb etdilər.

Tətil iyulun beşində dəmir yoluna da keçdi. Stansiyada həyat tamamilə dayandı. Minik qatarı belə yola salınmadı.

Bakı qubernatoru məsələni Qafqaz canişininə xəbər verdi, cavabında aşağıdakı teleqramı aldı:

«Dəmir yolunu yerli hərbi qüvvələrin müdafiəsi altında işlətməli, işləmək istəməyənləri qoşun vasitəsi ilə məcbur etməli!».

Bakının neft həyatı söndü! Burjuaziyanın sandığına qızıl tökmək üçün yerin tərkindən mazut çəkən dolçalar dayanmışdı. Buruqların təpəsində fırlanan kəlləçarxların cırıltısı eşidilmirdi. Çarxların boğazına dolaşan qayışlar dincini alırdı. İnadlı motorlar və elektrik maşınları fəhlə sinfinə təslim olmuşdu. Buruqlar, xaraba məscidlərin minarələri kimi məhzun-məhzun baxır və üzərinə qonan bayquşlarla dərdləşirdi.

Ayın altısında Neft Sənayeçiləri Şurasının sədri yerini dolandıran Taqianosov Tiflisdən başlamış Peterburqa qədər fəryad və həyəcanla dolu teleqramlar yağdırmağa başladı. O, yalnız neft məsələsinə deyil, ümumiyyətlə tətil məsələsinə qarışırdı. O, təkcə neft fəhlələrinin tətilini deyil, bütün tətilin boğulması üçün çar hökuməti qarşısında məsələ qoyurdu. O, Tiflisə belə bir teleqram göndərdi:

«Bir neçə gündür ki, zavod və mədən dairəsində fəhlə hərəkatı başlanmışdır. Hələlik onlar işləyənləri məcburi surətdə işdən çıxarmaqla, çap olunmuş intibahnamələr vasitəsi ilə bir çox tələblər verirlər. Bu gün axşama yaxın fəhlələrin hərəkatı qorxulu bir rəng almışdı. Böyük izdiham (burada ləzgilər və müsəlmanlar da vardı) dəstə-dəstə Balaxanı meydançasına yığışırdı. Onlar yolda mədən əmlakını talan edir, rezervuarları sındırır, nefti axıdırdılar. Bütün mədənlərdə, zavodlarda işlər məcburi surətdə dayandırılmışdır. Şəhərdə bu gün səhərdən at dəmir yolu (konka) hərəkəti dayanmışdır. Bu saat neft mədənlərində yanğın başlanmış və qarət gedir. Mədənlər, zavodlar və şəhər əhalisi böyük bir iztirab içərisindədir. Məhəlli hökumətin əli altında lazımi qədər hərbi qüvvə olmadığı üçün asayişi saxlaya bilmir. Ona görə də qarət böyük miqyasda genişlənir. Bütün zavod və mədənlərin məhv olması qorxusu və hətta qanlı qırğın qorxusu da yox deyildir. Bakı qubernatorunun hərbi qüvvə tələb etməsi münasibəti ilə, sənaye sahiblərinin təcili iclası vəkaləti ilə neft sənayeçiləri şurası təkidli bir surətdə rica edir: işlərin qorxulu vəziyyətini nəzərə alaraq, istənilən qüvvənin tezliklə göndərilməsinə binaküzarlıq edəsiniz.

Əslini imza etmişdir: Neft Sənayeçiləri Şurası sədri yerini dolandıran Taqianosov».

Neft sənayeçiləri çar jandarmeriyası və çar polisi ilə əlbir işləyib, tətil hərəkatını qoşun vasitəsilə boğmağa çalışırkən, hərəkat daha da genişlənir, hər tərəfə yayılırdı.

Fəhlələr, heç bir qorxu qabağında dayanmayaraq tətil komitəsinin göstərişi ilə hərəkət edirdilər. İdraklı fəhlələr, mədənlərin yandırılmasına və talan edilməsinə mane olmaq istəsə də, bir para başıpozuqlar yenə də yanğın və qarət işlərinə imkan verməyə çalışırdılar.

Əsgər ayın altısında axşam saat doqquzda Jenya ilə görüşüb sabah tezdən Volçiye vorotada çağırılan mitinqə gedəcəyini xəbər vermişdi.

Jenya tətil komitəsi tərəfindən çağırılan bu mitinqə getmək istəmirdi, çünki ayaqqabıları uzaq yol getmək üçün yaramırdı. Bu mitinqin olduqca izdihamlı keçəcəyi haqqında onun geniş məlumatı var idi. Mitinqin hazırlığı üçün tətil komitəsi on dörd min intibahnamə buraxmışdı.

Restoran qulluqçuları çap olunmuş intibahnamələri, matrosların yaşayış yerlərinə qədər aparıb paylamışdılar. Tətil komitəsi, hökumətin fitnəkarlığına imkan verməmək üçün mitinqi şəhərdən kənarda çağırmışdı.

Jenya səhər tezdən oturub düşünürdü. Getmək istəyirdi, lakin ayaqqabıları tamamilə işdən düşmüşdü. Dünən bunu Əsgərə dediyi zaman, Əsgər ona: «Sabah səni Karantinni küçənin tinində gözləyəcəyəm, gələrsən, — demişdi. — Sənə təzə çust da alıb gətirəcəyəm, onu sən mənə dərs verdiyinə görə hədiyyə verəcəyəm».

Jenya buna inanmırdı, inanmamağa da haqlı idi, çünki yoldaşlarının heç birisində pul yox idi. Böyük tərəddüdlə ayağa qalxdı, cırıq çustlarını ayağına taxıb, Karantinni küçəyə tərəf yola düşdü.

Əsgər onu gözləyirdi. Jenya onunla görüşən kimi Əsgər cibindən bir cüt çust çıxarıb ona verdi. Çust çox zərif, qiymətli və gözəl olduğu üçün Jenyanın xoşuna gəldi.

– Buna nə qədər verdin?

– Nəyinə gərəkdir?

– Bilmək istərdim. Çox yaxşı tikilibdir.

– Bir manat 80 qəpik vermişəm.

– Ucuzunu ala bilməzdinmi?

– Bir halda ki, bunu almağa imkan vardır, daha nə üçün ucuzunu alaq?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Elmi-nücum

İcmali-kar, şəhri-cəmadi-əvvəl*Hükəmayi-İraniyyənin elm nücumdan çıxardığı mə’lumatdan belə mə’lum olur ki, bu ayda bir para yarım müəllimlərin xürrəm və xoşdil olması, mərsiyəxanlıq bazarının kəsadı, əhli-kəsəbənin müsavi surətdə yaşaması, füqəranın müflus olması, saillərin bilmərrə dağılması, viranələrin xərabə şəklinə düşməsi, bimarların pərişanlıq mərəzindən vəfat etməsi, bir para xəlayiqin içində sərmazədlik, baş ağrısı bə’zi şəhərlərdə zühur edəcək, İran və Xorasan səmtində paxlanın və ləbləbinin ərzaqi-firavan olması aşikardır. Soyuq vurmuşların tərləmək ilə şəfa tapması mə’lum olur. Ünas tayfasının sazəndəyə, ləhvi-ləəbə məşğul olmaları, xüsusən bu ayda qarışqaların cəlayi-vətən olması və otaqlarını, imarətlərini su basması mə’lum olur. Bu barədən İran təqvimində yazır. Dağlarda və meşələrdə quş və heyvanat yuvalarının tə’miratı və bu ayın axırlarında Afrika səmtində zəhərli ilanların vüquşu, bu ayda qışlaqların isti olmağı və qışlaqlardan xəlayiqin dağlara dağılması, böyük irmaq və çaylardan baxata götürülmüş arxları və dəhnələri selin bərbad etməsi görsənir. Xüsusən bu ayda itlər öz sahiblərinə əbədə hürməyəcəklər. Bu ayda camaatın hamama getməyə, həna yaxmağa, palçıq qoymağa rəğbəti olacaq, əlavə dağ kəndlərində, bə’zi şəhərlərdə xəlayiqin qoç saxlamaq, it boğuşdurmaq, əl quşu uçurmaq, şikarə getmək kimi işləri, Tiflis şəhərində qənarə bülbül saxlamaq kimi işlər də peyda olacaq, iğtişaşı Yəmən və Misr həvalisində başlanacaq, padişahlar bir-birlərilə sual-cavab edəcək. Bunu İran təqvimi yazır. Urmi və Xoy hamamlarında dəllək şakirdlərinin rəvac bazarı, Marağada döyül və dünbək çalanların zə’f halı, İranın bir para yerlərində həml və nəql əşyalarını ərradaə ilə yeritmək meydana çıxacaq, Binab ətrafında saillərin iğtişaşı, Kirmanda, Qəzvində, Təbrizdə şeyxi, üsuli mübahisəsi zühur edəcək, tiryak əməliyyatının tərəqqisi, tiryakin xəlayiqə nəf’i, İraqi-Əcəm səmtində, xüsusən Azərbaycanda, Əhər səmtində şəbihkərdunların tə’til etməsi, Qaraçadağ mahalında çubuq başı çarıq bağının tərəqqisi, xəlayiqin ümdə ehtiyacı oraq və kərəntiyə olacaqdır. Mərənd səmtində dərvişlik elminin intişara başlaması, mübtədi dərvişlərin çoxalması.

2 мин
Balaca felyeton

Bir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət.*Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla.

4 мин
Qəlbim tutulmuşdu

Yayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:Asudə bizik, bizləri görcək sitəm ağlar,

2 мин
Məktub

Cənab Molla Nəsrəddin! Bir necə gün bundan müqəddəm İranda bir şair rəfiqimə yazıb İrandan mə’lumat istəmişdim. Çünki on ildir İranı görməmişdim. Dünən rəfiqimdən fars lisanında bu məzmunda bir məktub yetişdi. Məktubu farscadan eynən tərcümə edib idarənizə təqdim edirəm:Əziz qardaşım Hərdəmxəyal! Minlərcə şükürlər, hökumətin sayeyi-mərhəmətində hürr və asudə yaşayıb gündən-günə tərəqqi və təməddün aləminə sarışıb mədəni millətlər, müəzzəm hökumətlər sırasına keçirik!.. Asiya meydanında bir elektrik fanusu kimi qətəati-xəmsədə olan bəni-nəv’i-bəşəri işıqlandırıb aləmi-mədəniyyəti birdən-birə tənvir etmişik.

2 мин

Стихи других поэтов