Qalıb
Əhməd şah xəl olunandan sonra istəyir Tehrandakı əmlakını satsın.
Satmışam hər yanı ancaq ləfzi-İranım qalıb.
Bir dili’-pürşəhvətim, bir də yox imanım qalıb.
İndi ki, təxti-hökumətdən salıb millət məni,
İndi ki, xalqım hesab etmişlə biqeyrət məni
Pullarım şantanda bitmişdir basıb heyrət məni
Çirk qalstuk, köynəkimlə, boş cibişdanım qalıb,
Bir tütünsüz narkiləm, bir sövti-qəlyanım qalıb.
Qalmışam qürbətdə pulsuz çox məlalım var mənim
Məmləkətdə bir bölük əhli-əyalım var mənim
Həm də Tehranda bir az məxsusi malım var mənim
Altı hamam ilə dörd-beş əski gülxanım qalıb.
Dörd uçuq karvansaram, bir qədri dükkanım qalıb,
Əlli-altımış fabrikim, hər yerdə dörd-beş mə’dənim,
Cümlə tiryəkxanələrdə var böyük səhmim mənim,
Böylə sərvətlə rəvamı qürbət olsun məskənim?
Orda, Tehran ilə Şimran, burda şantanım qalıb.
Orda İran, burda bir qəlbi-pərişanım qalıb.
İşləyib öz zəhmətimlə bir neçə mülk almışam
Öz atamdan qalma xərc ilə otaq saldırmışam
Dövlətim orda, mən isə burda pulsuz qalmışam
Bir silindir, bir əsa, bir köhnə yorğanım qalıb,
Bir dili-pürşəhvətim, bir də yox imanım qalıb.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-qalib
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünyada heç bir çətin iş yoxdur ki, müsəlmanın əlindən gəlməyə. Əgər müsəlman milləti istəsə dağı dağ üstünə qoyar. Amma biz görürük ki, müsəlmanlar həmişə hər bir işi yarımçıq qoyub heç bir barədən tərəqqi tapmayıblar.Bunun səbəbi odur ki, müsəlman tayfası həmişə dağınıq olub, heç bir işdə fikir və əməllərini birləşdirib müttəfiq olmayıblar.
Qafqazda idareyi-məşrutə(Politika söhbəti)*Həşdat il bundan irəli rus qoşunları İrəvan və Naxçıvan mahalında İran sərbazları ilə dava eləyəndə rus sərkərdəsi məşhur Paskeviç, Nikolay padşaha bu məzmunda bir teleqram göndərmişdi:
İbadətHərdən bir mənim xəyalıma bir belə şey gəlir: cənab molla Yusif Talıbzadə kitabında yazır ki, məscidə daxil olanda gərəkdir sağ ayaq ilə daxil olmaq və xaric olanda sol ayaq ilə çıxmaq.Mən bu sözləri oxuyandan sonra öz-özümə dedim ki, bundan sonra əlbət gərək bu nəsihətə əməl sliyəm.
Ana diliHərdən bir mənim xəyalıma bir belə şey gəlir:Mən universitet, yə’ni darülfünundan tazə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı axund molla Səbzəli gəldi bizim evə, mənim görüşümə. Evimizdə heç kəs yox idi anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asır.
Стихи других поэтов · Сатира
Bir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.
Vücudi-lətifin, ey taci-sərimCəfərqulu xana*Vücudi-lətifin, ey taci-sərim,
GərəkGet dolangınan, xamsən hənuz,Konsul olmağa çox hünər gərək.
Demədimİşimiz boş danışıq, həmdü sənadır, demədim?Ay Baba, işlərimiz xeyli fənadır, demədim?