Satılsa
İran hökuməti tacın üstündəki cavahirləri satıb dəmir yol çəkmək istəyir.
Bitməz işimiz büsbütün İran da satılsa,
Tarixi-Kəyan, şöhrəti-Sasan da satılsa.
Gəlməz qara beş-on paralıq daneyi-əlmas
Bir taci-Kəyan, bir daha bunlar kimi əcnas
Gər tac Kəyan açmasa göz, olmasa cəssas
İran çıxamaz sahilə əmman da satılsa
Tarixi-Kəyan, şöhrəti-Sasan da satılsa,
Tacilə satılmazsa əgər tac geyənlər
Azad olamaz onlara allah deyənlər
Orda çölə düşməzsə əgər müftə yeyənlər
Bir iş görəməz məmləkət hər yan da satılsa
Tarixi-Kəyan, şöhrəti-Sasan da satılsa.
Bərbad olan İran ilə bir yardıma möhtac
Yetməz onu islaha əvət boş quru bir tac
Tac ilə tac altındakılar olmasa hərrac
Abad olamaz Rey, Təbəristan da satılsa
Tarixi-Kəyan, şöhrəti-Sasan da satılsa.
Tacın neçə yüz xırdası var dövrü bərində
Şahın özü bir tac satır hər səfərində
İş başdadır, yox mə’sələ tacın dəyərində
Bu baş, bu bədən, bu qafa, bu can da satılsa
Tarixi-Kəyan, şöhrəti-Sasan da satılsa.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-satilsa
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Poçt-teleqraf rəisi ilə mən hamıdan əvvəl yatağımızdan çıxıb əl-üzümüzü yuduq, balkona çıxarkən Hacı xanın bizdən əvvəl qalxdığını gördük. Bərabər oturub bir o qədər söhbət etmişdik ki, onun qulluqçularından biri gəlib baş əyərək:– Cənab xan, hamam hazırdır, – dedi.
Təbriz yollarındaŞeylərimiz faytonda idi, nəhayət, Ələkbər yoldaş da bir böyük paket rus papirosu gətirib faytona qoydu və:– Bunlar da yollarda duran çar soldatlarına hədiyyədir, – dedi.
Birinci iclasSəhər erkən qalxmışdım. Hüseynəli əmi bizdən də tez yuxudan durub həyəti sulamaqda idi. Mən ona bir məktub verərək Mirzə Əhməd Süheylinin evinə gördərdim. Məktubda evdə oturub məni gözləməsini yazmışdım. Çünki başqa yerdə iclas etmək mümkün deyildi. Hacı Əli, Abasəli qəndfüruş və başqa inqilab rəhbərlərinin qapısında xəfiyyələr dolaşdığından o tərəflərə dolanmaq mümkün deyildi.Səhər çayını Mirzə Əhmədin evində içməli idik. Hüseynəli əminin samovarı hazırlamasına baxmayaraq, biz Əlekbər yoldaşla birlikdə Mirzə Əhmədin evinə getdik.
Nina ilə ikinci görüşNina məni bir saatdan bəri gözləyirmiş, mən içəri girdikdə o, gözlərinə inanmayan bir adam kimi üzümə baxdı və əllərini üzünə tutdu. Nina daima ağlamaq istədikdə əllərini üzünə tutardı, bunu Təhminə xanımın qızları da bilirdi, bunun üçün də Nina əllərini üzünə tutarkən Təhminə xanımın qızları dışarı çıxdı.Nina ağlayırdı, mən onun əllərini üzündən çəkdim, saçlarını oxşamağa başladım. Bu oxşamadan aldığım səmimi hislər vücudumun hər yerinə yayıldı.
Стихи других поэтов · Сатира
Molla Həsən, niyyətinə mərhəba,İş düzələr, deyirdin bu gün, sabah.
Dəllək... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdansonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. Imdi əgər Cuqqulu
Teatr tənqidiYeni tamaşa gedir səhnəmizdə, çox gözəl,Məqaləsi yazılıb əsərdən xeyli əvvəl:
Sonya, ey dilbəri-pakizə əda!Ты, Соня, прелесть и краса, небесный свет!Мне, Нагди-беку, без тебя и жизни нет!