Tazə təbabət
Faşist Almaniyasında çıxan bir tibbi məcmuədə yazılır ki, «slavyan irqinə ət zərərdir».
Başqa nəzərlə baxmayın başladığım bu qarətə,
Çünki mənim təşəbbüsüm arxalanır təbabətə.
Slavyan millətinin mə’dəsinə zərərdir ət,
Tazə təbabət aclığı gördü bu xalqa məsləhət.
Vicdanımız sığışmayır heyvanı candan eyləmək,
Adətimiz olub daha el talamaq, adam yemək.
Mal-qaradan təmizlədik aldığımız o yurdları,
Yırtdı, dağıtdı, çeynədi xalqı faşizm qurdları.
Töylədə qoymadıq inək, hində də yox toyuq-cücə.
Məsləkimiz də, elm də, fənn də bağlıdır küçə.
Məhv edərəm bu məsləkə etməsə xidmət elmü fənn,
Saldıraram onun da mən boynuna qanlı bir kəfən.
Elm deyir ki: məhv olub məhbəsə dönsün ölkələr,
Fənn deyir ki: öldürün! Qalsa salamət, ət yeyər...
Taleyim etsə bir kömək, mümkünüm olsa bir kərə, —
Tapşıraram bu ərzi mən ac və quduz köpəklərə.
Taxmışam öz qiyafəmi fəlsəfəyə, təbabətə,
Lakin inanmıram bu gün bəxtimə, qalibiyyətə.
Hər nə qazanmışam xəyal, əldəkilər deyil mənim,
Mən düşünən düz olmadı, hərbi uzatdı düşmənim.
Gündə yüz əlli min kərə yalan desəm dirilmərəm,
Ət də yesəm dirilmərəm, bal da yesəm dirilmərəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-taze-tebabet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Fevral ayının üçü idi. Bakı fəhlələrinin keçirdiyi həyəcanlı və iztirablı günlərin ən birincisi idi. Belə bir həyəcan ancaq 1902-ci ilin sentyabr ayında bir dəfə Lado tutulan gün, bir dəfə də o, etap ilə Tiflis şəhərinə göndərilən gün baş vermişdi.Bu gün hər kəs bir cür danışırdı:
Bakı Komitəsinin xətti-hərəkətiMontinin yoldaşları məhkəmə qapısında durub onu gözləyirdi. Salonun qapısından çıxanlar danışır, üzlərindən narazılıq tökülürdü.– Vallah, billah, işləri xarab eləyən hökumətin özüdür!
Erməni-müsəlman qırğını başlandı1905-ci il fevral ayının altısında çar hökumətinin çoxdan bəri hazırladığı xəyanət şayiələr şəklindən çıxıb, bir həqiqət şəklinə girdi.Baş verən böyük bədbəxt hadisə kiçik bir hadisədən başlandı.
SusannaBakı yanğınların, barıt tüstülərinin, quldurların və soyğunçuların ixtiyarına verilmişdi. Rayonlar da eyni vəziyyətdə idi; Bakının qeydinə qalan ancaq Bakı Komitəsi idi.İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi ki, o da şəhərdə olan toqquşmaların rayonlara yayılmasına mane olmaqdan ibarət idi. Bakı Komitəsi bütün diqqəti mədən dairələrinə verməyi, eyni zamanda şəhər əhalisinə müraciətnamə buraxmağı, hökumətin xəyanətlərini ifşa etməyi, qırğınların nə üçün düzəldiyini zəhmətkeş kütlələrə bildirməyi qərara aldı. Bu müraciətnamədə bütün zəhmətkeşlər tətil etməyə çağırılırdı.
Стихи других поэтов · Сатира
Eyləyibdir yenə, mən hiç nə bilməm, qazi,Xəlq arasında olubdur belə mülzəm qazi.
Heç yox imişFaşistlərin burnun əcəb ovdular,Qoşunların Moskvadan qovdular.
Tanıya bildimSəni gec də olsa tanıya bildim,Vətənə, millətə gərəksizsənmiş.
Çəpər çəkməsinZəmanəmiz Nuşirəvan əsridir,De bağbana, bağa çəpər çəkməsin!