Hitler öz casuslarını Sovetlər İttifaqına göndərdiyi zaman onlara faşistlərin yaxşı, ədalətli adamlar olduğunu, işğal etdikləri ölkələrdə əhali ilə yaxşı rəftar etdiklərini və ərzağın bol olması şayiələrini yaymaq üçün təlimat verirdi.

Həvəsin var toxu hər tin başı minlərcə yalan,
Toxu, lakin onu yox bir qara dinarə alan.
Yediyin, içdiyin, axtardığın insan qanıdır,
Səni məhv eylədiyin ölkələr, ellər tanıdır.
Yerə girsən yenə gizlənməyəcək zati-südün,
Bilir aləm quduz itlərdən alınmış öyüdün.
Elə bir fahişəsən yüz kərə vursan da bəzək,
Bir gəlin şəklinə girsən də, təzəksən ki, təzək!
Başqa ad yox, bütün aləm səni cəllad sayır,
Dırnağından o kimin qanlarıdır damcılayır?!

O yalan mərhəmətin, ne’mətin, ədlinlə sənin
Çıxa bilməz bu qış aclıqlar içindən vətənin.
Xalqı aldatmaz o rəngin, o yalan və’dələrin,
Bəllidir yer üzünün xalqına dabbağda dərin.
Sən deyirsən kölələr yurduna dönsün bu cahan,
Qan tökürsən, düşün, ancaq boğacaqdır səni qan.
Tülkünün Məkkəyə getməkliyi aydın bəşərə,
Qara, mənhus adın aclıq gətirir ölkələrə.
İti təhqir eləməkdir sənə ad versələr it,
Elə itsən ki, yumaz çəmdəyini Bəhri-mühit.
Sənin alnında faşizmin elə bir damğası var,
Görə hər kəs deyəcəkdir canavarsan, canavar!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира